Sosial (Bu gün, 08:57)
AZƏRİQAZ-da hansı qanunlar keçərlidir... BİLİNMİR! - NARAZILIQ VAR...
Mən 2-ci Qarabağ müharibəsi veteranıyam və cənab Prezident tərəfindən “Ağdamın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişəm..." "DİA-AZ" xəbər verir ki, bunu özünün etiraz dolu müraciətində qeyd edən Vətən Müharibəsi iştirakçısı Daşqın Abbasov daha sonra bildirir:"İki dəfə Azəriqaz İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun qəbulunda olmuşam. Qəbul zamanı sosial vəziyyətimin çətin olduğunu, həmçinin yaşayış yerimdən 75 km uzaqda yerləşən Kürdəmir Xidmət Sahəsində çalışdığımı bildirmişəm. Himayəmdə yaşlı atamın olması və gündəlik uzun məsafə qət etməyim mənim üçün ciddi problemlər yaradır. Həmkarlar ittifaqına da müraciət etmiş, yol xərclərimlə bağlı dəstək göstərilməsini xahiş etmişəm.Baş direktordan iş yerimin usta və mühəndis kimi yaşadığım Göyçay rayonuna dəyişdirilməsi üçün kömək göstərilməsini rica etməyimə baxmayaraq, müraciətlərim təmin edilməyib və heç bir dəstək göstərilməyib.Cənab Prezident dəfələrlə çıxışlarında müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərilməsini, onların incidilməməsini tapşırıb. Veteranlar haqqında qanunun 1-ci maddəsinə əsasən, hər bir veteranın zəruri tələbatını təmin edən səviyyədə müxtəlif sosial xidmətlərlə təmin olunması, fiziki və psixoloji sağlamlığı və fəal uzunömürlülüyü üçün şərait yaradılması nəzərdə tutulur.Təəssüf ki, Azəriqaz İstehsalat Birliyinin rəhbərliyi nə cənab Prezidentin tapşırıqlarını icra edir, nə də Veteranlar haqqında qanunun tələblərinə əməl edir..."
Narazı vətəndaş daha sonra bildirir:
"Həmkarlar ittifaqından mənə bildirilir ki, əgər həmkarlar ittifaqından imtina etsəm, aylıq əməkhaqqıma əlavə verilən 150 manat və ildə bir dəfə 8 Noyabr Zəfər Bayramı münasibətilə ödənilən minimum əməkhaqqının iki misli məbləğində olan ödəniş mənə verilməyəcək. Bu isə həmkarlar ittifaqına üzvlüyün məcburiləşdirilməsi kimi qiymətləndirilə bilər ki, belə bir yanaşma nə əmək qanunvericiliyinə, nə də əməkdaşların sosial hüquqlarına uyğun gəlmir.Dövlət rəhbərliyi tərəfindən əməkdaşların sosial təminatı ilə bağlı verilən tapşırıqlar bəllidir. Təəssüf ki, qeyd olunan tapşırıqların yerinə yetirilməsində müəssisə səviyyəsində ciddi uyğunsuzluqlar müşahidə olunur..."
"DİA-AZ" qeyd edir ki, SOCAR "Azəriqaz" İB-nin iscisi Daşqın Abbasovun müraciəti Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı tərəfindən ictimailəşdirib. NHMT sədri Həmkarlar İttifaqının açıqlamasını əsassız adlandırıb.
Məsələ diqqətimizdədir...
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025























