Siyasət (Bu gün, 08:12)
Abbas Abbasovun Milli Şurası hələ də “işləyir”
2013-cü il prezident seçkisi ərəfəsində Kremlin Azərbaycanda hakimiyyət dəyişikliyi planları daha geniş miqyaslı idi. Moskva Azərbaycanın şəhər və rayonlarında dayaq nöqtələri yaratmaq üçün Rusiyada yaşayan imkanlı azərbaycanlılardan, xüsusilə Milyarderlər İttifaqının üzvlərindən istifadə etməyi planlaşdırırdı. Rusiyadakı Azərbaycan diasporunun fəaliyyəti də bu istiqamətə yönləndirilmişdi. Məqsəd seçkilərdən əvvəl həm sosial baza, həm də maliyyə-ideoloji dayaqlar yaratmaq idi.2013-cü ildə azərbaycanlı oliqarxların şərti adı “Milyarderlər ittifaqı” (Rusiya Azərbaycan Təşkilatları İttifaqı) olan qurumda birləşməsi, onlara “liderliyi” baş nazirin keçmiş müavini Abbas Abbasovun etməsi çoxlarının yadındadır. Bu təşkilat Moskvanın layihəsi və prezident seçkisi ərəfəsində Azərbaycan hakimiyyətinə qarşı təzyiq kimi qiymətləndirilirdi.
Bu həmin Abbas Abbasov idi ki, 2006-cı ildə vəzifəsindən azad edildi və “İstiqlal” ordeni ilə təltif edilərək hörmətlə yola salındı. Məxfi strukturlar, xüsusilə kəşfiyyatla yaxınlığı şübhə doğurmayan Abbas Abbasov təməlli Rusiyaya yerləşdi və burada yeni planlar qurmağa başladı. O, Rusiyadakı Azərbaycan diasporu adı altında pərdələnərək anti-Azərbaycan fəaliyyətə keçdi. Amma əlbəttə ki, hakimiyyət dəyişikliyi kimi ciddi planları Azərbaycanın içində dəstək olmadan həyata keçirmək mümkün deyildi. “Milyarderlər İttifaqı” qurmaqla iş bitmirdi - onların Azərbaycanın siyasi müxalifəti ilə əlaqələrini formalaşdırmaq, koordinasiya etmək gərəkirdi.
Məhz bu ərəfədə Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevin davranışları xüsusi diqqət çəkmişdi. Müxalifətin “boz kardinal” ayaması verdiyi PA rəhbəri nədənsə, Bakıda yaradılan bu antihakimiyyət qurumunu sanki “görməzdən gəlir”, onların toplantılarının şəhərin ən yaxşı zallarında keçirilməsinə maneə yaradılmır, Rüstəm İbrahimbəyov Bakıda sərbəst hərəkət edir, xüsusilə də Əli Kərimlinin nəzarətində olan nəşrdə hər gün müxalifət lideri kimi “alovlu” müsahibələr verirdi.
Hər fürsətdə hakimiyyət daxilində gücünü göstərməyə meylli olan Mehdiyevin susqunluğu illər öncə də bir çox təhlilçilərin diqqətindən yayınmamışdı. “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu 6 il öncə Azlogos.eu saytının rəhbəri Ələkbər Əliyevə müsahibəsində Milli Şura üçbucağını belə sıralamışdı: Abbas Abbasov - Əli Kərimli - Ramiz Mehdiyev.
Milli Şura böyük oyun və oyunçuların iştirakı ilə qurulmuşdu. Mehdiyev də Abbas Abbasovla Kremlin kabinetlərində razılaşdığı planı müəyyən mərhələdə dəyişdirərək hakimiyyətə öz iddiasını ortaya qoymağı düşünürdü. Bu səbəbdən bəzi müxalifət liderlərinin namizəd kimi sıradan çıxarılması lazım gəldi. Öz liderinin partiyasını hələ sağlığında əlindən almağa nail olmuş Əli Kərimlinin birdən-birə namizədlikdən geri çəkilməsi də təsadüfi deyildi.
Bu gedişlə Abbas Abbasov və Ramiz Mehdiyev ortaq namizədləri - Rüstəm İbrahimbəyovun liderliyini reallaşdırdılar. Halbuki onların hamısı bilirdi ki, Rusiya vətəndaşının Azərbaycanda prezidentliyə namizəd olması qanunsuz və mümkünsüzdür.
Abbas Abbasov heç nəyə nail olmayandan sonra səhv etmiriksə, 2015-ci ildə Mili Şuranın bağlandığını və özünün də siyasətdən getdiyini elan etdi. Amma o vaxtdan 10 il ötüb, Əli Kərimli isə hələ də heç bir fəaliyyəti olmayan qurumu “işlədir”. Məsələn, 2019-cu il 19 oktyabrda Milli Şuranın qanunsuz aksiya cəhdi də məhz Mehdiyevin sifarişini yerinə yetirmək üçün olmuşdu. Amma təxribat cəhdi baş tutmadı və Mehdiyev 23 oktyabrda vəzifəsindən uzaqlaşdırıldı. Bundan sonra Milli Şura bir daha küçəyə çıxmadı....
Mehdiyevin hakimiyyətə qarşı xəyanəti - özünün rəhbərliyi ilə hakimiyyəti zorla ələ keçirmək planını bu dəfə Dövlət Şurası adı altında gerçəkləşdirmək istəyinə də bəlkə də təsadüf kimi baxmaq olardı. Amma heç şübhə yoxdur ki, Dövlət Şurasında Əli Kərimlinin də adı olması haqda iddialar təsadüf ola bilməz...
Bu barədə “Yeni Müsavat”a danışan Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə bildirdi ki, ümumiyyətlə, belə bir iddialar mətbuatda hallanıb: “Milli Şuranın Rusiya ilə bağlı olması prezident seçkisində Rüstəm İbrahimbəyovun sədr gətirilməsi müəyyən iddiaların doğruluğunu ortaya qoymuşdu. Milli Şura istəyirdi Rusiyanın əli ilə hakimiyyətə gəlsin. Ramiz Mehdiyevin Rusiyaya bağlı olduğu şübhəsizdir. Eyni zamanda Ramiz Mehdiyevlə Milli Şura arasında hələ Mehdiyev vəzifədə olarkən əlaqələrin olduğu da dəfələrlə deyilib. Uzun illər Rusiya ilə işbirliyində olan şəxslə Milli Şura hələ o zamanlardan əlaqəli olubsa, həmin şəxsin Dövlət Şurası qurmaq planının da iştirakçısı olması mümkündür”.
M.Əsədullazadə xatırlatdı ki, müxalifətdə, xüsusilə Milli Şurada bəzi şəxslərin siyasəti Mehdiyevin maraqlarına xidmət edib və Mehdiyev onlara dəstək verib: “Ramiz Mehdiyevin Dövlət Şurası ilə Milli Şura arasında əlaqələrin olması iddialarını keçmişdə olan əlaqələr istər-istəməz inandırıcı edir. Ola bilsin ki, iki Şuranı birləşdirmək planı da mövcud olub. Milli Şura 2013-cü il prezident seçkisində Rusiyanın dəstəyi ilə hakimiyyətə sahiblənmək istəyirdi. Ancaq əslində Moskva onları hakimiyyətə gətirmək planında deyildi. Sadəcə olaraq, onların əli ilə Bakıya təzyiq edirdi. Ramiz Mehdiyevin Dövlət Şurası siyahısında Milli Şuranın rəhbərliyindən kimlərinsə adının olduğu rəsmən təsdiqlənsə, təəccüblənməyə ehtiyac yoxdur. Çünki onların işbirliyinin qədim tarixi var".
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025

























