Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (30-11-2014, 19:44)
Nəsimi rayonunda "ağac soyqirimi"

 

"Meşə kimiydi, kəsdilər, doğradılar, yerində bünövrə qazdılar"

 

Daha bir ağac soyqırımı və onların yerinə tikilən daha bir bina
Paytaxtın Nəsimi rayonu ərazisində, Hənifə Ələsgərov küçəsində daha bir “ağac qətliamı” edilib
Mediatv.az  bildirir ki, bu haqda musavat.com saytının redaksiyasına məlumat daxil olub. 
Məlumat əsasında həmin əraziyə yollandıq. Hadisə yerində olduğumuz zaman kəsinti işləri dayandırılmışdı. Müşahidəmiz zamanı anlaşıldı ki, ərazidə vaxtı ilə çoxlu sayda ağac olub. Amma onların böyük hissəsi artıq məhv edilib. Öyrədik ki, ağacların kəsilməsi proseduru əsasən gecələr, xüsusilə də saat 2-dən sonra aparılıb, ona görə də ətrafda yaşayanlar bundan xəbərsiz qalıblar.
Ərazidə olarkən onu da öyrəndik ki, kəsilən ağacların yerində hündür mərtəbəli yaşayış binası tikiləcək. Amma tikinti işləri davam etmir, nəyə görəsə dayandırlıb. 
Hənifə Ələsgərov küçəsinin sakinlərindən aldığımız məlumata görə, tikinti işləri uzun müddətdir ki, dayandırılıb. Svetlana Kazımova deyir ki, binanın bünövrəsi qoyularkən çoxlu ağaclar kəsilib: “Mən burada 3 ildir ki, yaşayıram. Əvvəlcə burada çoxlu ağac vardı, meşə kimiydi. Amma onların böyük hissəsi kəsildi. Az bir hissəsi qalmışdı. Binanın isə bünövrəsi artıq qazılmışdı. Bir müddət sonra bünövrəni betonladılar və ətrafında olan ağacları da kəsdilər. Özünüz də görürsünüz. Getdikcə binalar çoxalır, ağaclar isə məhv edilir. Bizə təmiz havanı binalar yox, yaşıllıqlar, ağaclar qazandırır”.
Ərazidə yaşayan sakinlərdən biri olan Vasif Sultanov deyir: “Bura şəhərin mərkəz yerlərindən biridir. 1 saylı Şəhər Klinik Xəstəxanasının (Semaşko) yaxınlığıdır. Heç kim görmürmü bu tikintini? Bu necə ola bilər? Ağacları kəsiblər. Yaşayış binası tikəcəklər. Amma uzun zamandır ki, tikinti dayanıb. Görünür, tikinti şirkətinin pulu çatmayıb. Nə vaxtsa yeni şirkət buranı alsa, o zaman tikinti davam edəcək. Bu da o deməkdir ki, geridə qalan ağaclar da kəsiləcək”. 
Məlumat almaq üçün tikinti aparılan ərazinin mühafizə xidmətinə yaxınlaşdıq. Onlardan aldığımız məlumata görə, binanın tikinti işləri dayanıb. Buna səbəb isə hələ də tikintini hansı şirkətin davam etdirəcəyinin məlum olmamasıdır.
Onların dediklərinin nə qədər doğru olub-olmaması məlum deyil. Məlum olan budur ki, Bakıda ağaclara qarşı soyqırım davam edir və bunların siyahısına Hənifə Ələsgərov küçəsindəki ağaclar da qatılıb.

 



шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024