Sosial (Dünən, 23:16)
“Süpürgəyə, sabuna və zibil qabına milyonlar xərclənəcək” - “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-dən MİLYONLUQ TENDER
Bakı şəhərində mənzil-kommunal xidmətlərinin təmin edilməsi məqsədi ilə elan olunan və “BAKI ŞƏHƏR ƏSASLI TİKİNTİ VƏ TƏMİR” MMC tərəfindən keçirilən tender ictimaiyyətdə ciddi suallar doğurub.
Yenicag.az xəbər verir ki, ehtimal olunan qiyməti 23.863.427,72 AZN (təxminən 24 milyon manat) olan müsabiqə (№2026/AT/00221/V2) tullantı qabları, məişət inventarları, iş geyimləri və texniki avadanlıqlar daxil olmaqla son dərəcə geniş məhsul siyahısını əhatə edir.
Mütəxəssislər bildirir ki, bu qədər müxtəlif kateqoriyalı malların bir paketdə birləşdirilməsi tenderdə real rəqabəti məhdudlaşdırmaqla yanaşı, qiymətlərin süni şəkildə şişirdilməsi riskini də artırır.
Xüsusilə diqqət çəkən məqam plastik və metal zibil konteynerlərinin, eləcə də onların ehtiyat hissələrinin böyük həcmdə alınmasıdır. Məsələn, 1100 litrlik plastik və metal konteynerlərdən ümumilikdə 10 mindən çox ədəd, təkcə təkər və qapaqlardan isə minlərlə ədəd nəzərdə tutulur. Bazardakı orta qiymətlərlə müqayisədə bu həcmdə alış zamanı ciddi endirimlərin mümkün olduğu halda, tenderin ümumi dəyərinin 23,8 milyon manata yaxın müəyyən edilməsi qiymətlərin real bazar göstəricilərindən xeyli yüksək hesablandığına dair şübhələr yaradır.
Bundan əlavə, siyahıya 620 min ədəd süpürgə, 80 min cüt əlcək, 60 min ədəd 100 qramlıq təsərrüfat sabunu, 300 min kvadratmetr şüşəruberoid, 280 min kq emulsiya və 4 min ton texniki duz kimi kütləvi istehlak məhsullarının daxil edilməsi tenderin maliyyə yükünü kəskin artırır. Ekspertlər qeyd edirlər ki, bu cür gündəlik və asan əldə olunan mallar üzrə qiymətlərin ayrıca və şəffaf lotlarla keçirilməsi daha məqsədəuyğun olardı. Mövcud halda isə bütün malların bir tenderdə cəmlənməsi nəzarəti çətinləşdirir və şişirdilmiş smeta ehtimalını gücləndirir.
Digər problem isə texniki avadanlıqların və geyimlərin “yüksək keyfiyyətli” kimi ümumi və ölçülə bilməyən ifadələrlə təsvir olunmasıdır. Generatorlar, kompressorlar, otbiçənlər, motorlu ağackəsənlər, eləcə də minlərlə ədəd iş geyimi və ayaqqabının konkret texniki standartlar və marka göstəriciləri olmadan təqdim edilməsi qiymət manipulyasiyası üçün əlverişli zəmin yaradır. Mütəxəssislərin fikrincə, bu tender üzrə şəffaflıq, real bazar qiymətləri ilə müqayisə və ictimai nəzarət təmin olunmadığı təqdirdə, dövlət vəsaitinin səmərəsiz xərclənməsi riski ciddi olaraq qalır.
Yenicag.az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
5 02 2026
5 02 2026
5 02 2026
5 02 2026
5 02 2026
5 02 2026
5 02 2026
5 02 2026
5 02 2026
5 02 2026
5 02 2026
5 02 2026
5 02 2026
5 02 2026
5 02 2026
5 02 2026
5 02 2026
5 02 2026
5 02 2026
5 02 2026
5 02 2026
5 02 2026
5 02 2026
5 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026


























