Cəmiyyət / Slayd (10-11-2014, 20:46)
Ziya Məmmədovun qardaşından ağac qətliamı - Fotolar
Naxçıvani küçəsində 20 illik ağaclar kökündən kəsildi
Ötən həftə Bakı şəhəri Binəqədi rayonu Naxçıvani küçəsi 4 B binasının arxasında yaşı 20 ildən çox olan ağaclar kökündən kəsilib.
Hadisə şahidlərinin sözlərinə görə, 102 saylı MİS əməkdaşlarının iştirakı ilə kəsilən ağacların kəsilməsinə səbəb həmin yerdə mərmər dükanının inşa edilməsidir.
“Təmiz Binəqədi” rayonunun rəhbərliyi bu hadisədən özlərini təmiz çıxara bilsələr, həmin ağacları da terror gözləyir.(Avropa.info)
Belə ki, Naxçıvani 4B mənzil 62 ünvanında yerləşən və binanın 1-ci mərtəbəsində olan mənzili satın alan işbazlar binanın arxitekturasını kobud şəkildə pozaraq, həmin mənzili dükan kimi istifadə etməyi planlaşdırırlar. Həmin mənzilin arxa tərəfində yerləşən və hələ 1994-cü ildə yerli sakinlər tərəfindən əkilmiş tut ağaclarını kəsdirən iş adamları izi itirmək üçün ağac köklərini daş plitələrlə gizlətməyə çalışıblar. Baxçada olan digər iki nar ağacını isə növbəti mərhələdə kəsməyi planlaşdırırlar. Bütün ağacları bir gündə kəsib sakinlərin diqqətini cəlb etməməyə çalışan işbazlar özlərini millət vəkili Elton Məmmədovun yaxın adamları kimi təqdim edir və hər şeyi Binəqədi İcra Hakimiyyəti ilə razılaşdırdıqlarını bildirirlər.
Artıq bir-neçə gündür ki, kökündən kəsilmiş həmin ağaclarla bağlı Binəqədi rayonun rəsmiləri heç bir tədbir görmür, əksinə hadisədən xəbərsiz kimi davranırlar. Bakı şəhərinin favorit rayonu kimi özünü reklam edən və “Təmiz Binəqədi” devizi ilə aləmə səs salan rayon rəhbərliyinin təmizlik deyəndə ağac terrorunu nəzərdə tutduğu məlum olub. Əməkdaşımızın hadisə yerindən çəkdiyi fotolara baxanda da hələ rəngi qurumamış həmin ağacların kökündən kəsildiyi açıq-aydın görünür. İki ədəd nar ağacının isə növbəti terror qurbanı olacağı yəqin edilir. Hər halda
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024