Region (Bu gün, 14:08)
İmişlidə məktəb direktorunun şagirdi döyməsini kimlər ört-basdır edir? - VİDEO
8 | |

Ötən həftə ölkə gündəminin əsas müzakirəsi İmişli rayonu Hacıalmuradlı kənd orta məktəb şagirdinin fiziki zorakılığa məruz qalması görüntüsünün sosial mediada yayılması oldu.
Həmin görüntünün bir neçə il öncə çəkildiyi və kadrda şagirdi döyən şəxsin Hacıalmuradlı kənd orta məktəbinin hazırkı direktoru Ruslan İbayevin olduğu bildirilir.
AzFakt.com xəbər verir ki, şagirdə qarşı zorakılıq edən Ruslan İbayev həmin vaxt Hacıalmuradlı kənd orta məktəbinin direktor müavini vəzifəsini tuturmuş.

Ruslan İbayev 2022-ci ildə Hacıalmuradlı kənd orta məktəbinin direktoru təyin edilib. Direktor təyin edildikdən sonra da məktəbin şagirdlərinə qarşı fiziki zorakılığı davam etdirdiyi də bildirilir.

Qeyd edək ki, Məsələ ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsi açıqlama yayaraq şagirdə qarşı uyğunsuz davranışa yol verilməsi hadisəsini nəzarətə götürülüb araşdırılma aparıldığını bildirdilər.
AzFakt.com-un əldə etdiyi məlumata görə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili bütün gücü ilə şagirdi döyən Hacıalmuradlı kənd orta məktəbinin direktoru Ruslan İbayevi müdafiə etməyə başlayıb.

Bəhruz Nəbili
Bildirilir ki, Bəhruz Nəbilidən Ruslan İbayevin məktəb direktoru vəzifəsində qalması xahişini Milli Məclisin deputatı Müşfiq Cəfərov edib. Belə ki, Müşfiq Cəfərovun Ruslan İbayevlə qohumluq əlaqələri var.

Müşfiq Cəfərov
Direktorun vəzifədə qalmasına çalışan digər məmurun isə Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayon təhsil sektorunun müdiri Elşad Uğurliyev olduğu bildirilir.

Elşad Uğurliyev
Əlbəttəki, bu məsələdə son söz Elm və Təhsil naziri Emin Əmrullayevə məxsus olacaq. Bəs nazir şagirdə qarşı fiziki zorakılıq yətbiq edən direktoru öz vəzifəsində saxlayacaqmı? Yəqin ki, bu sualın cavabını yaxın günlərdə öyrənəcəyik.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
3 02 2026
3 02 2026
3 02 2026
3 02 2026
3 02 2026
3 02 2026
3 02 2026
3 02 2026
3 02 2026
3 02 2026
3 02 2026
3 02 2026
3 02 2026
3 02 2026
3 02 2026
3 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026


























