Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (Bu gün, 15:55)
Quba-Xaçmaz Regional Təhsil İdarəsində qanunsuz təyinatlar və səlahiyyət aşımı iddiaları

 
Dövlət qulluğu olmadan sektor rəhbərliyi, bağçalara qeyri-rəsmi nəzarət və “hörmət” tələbləri

Bakunews.az redaksiyasına daxil olan məlumatlar Quba-Xaçmaz Regional Təhsil İdarəsində ciddi qanun pozuntularının mövcudluğundan xəbər verir.

Məlumata görə, Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Aynurə Dadaşova dövlət qulluğu müsabiqəsindən keçmədən müvafiq vəzifədə çalışır.

Onu da qeyd edək ki, mənbələrin bildirdiyinə görə, sözügedən şəxsin sektor müdiri təyin olunmasında əvvəllər Regional Təhsil İdarəsində müavin vəzifəsində çalışmış və adı müxtəlif mübahisəli məsələlərdə hallanmış Pərvin Ağasiyevin də müəyyən rolu olduğu iddia olunur.

Həmin sektorun ştatında ümumilikdə 6 əməkdaş mövcuddur. Əməkdaşlarından Məmmədşah İsrafilov barədə əvvəllər Xaçmaz şəhəri Zərifə Əliyeva adına 8 nömrəli liseylə bağlı paylaşımlarda müəyyən məlumatlar ictimailəşdirilmişdi. Bildirilir ki, Məmmədşah İsrafilov və daha iki sektor əməkdaşı dövlət qulluğu müsabiqəsindən keçsə də, sektor daxilində digər bir əməkdaş – Səadət Hüseynova sektor müdiri statusunda dövlət qulluğundan keçmədən fəaliyyət göstərir.

Bağçalara qeyri-rəsmi nəzarət – 50-yə yaxın müəssisə bir nəfərin əlində?

Redaksiyamıza daxil olan məlumatlara görə, əvvəllər bağça müdiri olmuş Səadət Hüseynova hazırda formal olaraq Aynurə Dadaşovanın tabeliyində məsləhətçi vəzifəsində göstərilsə də, faktiki olaraq 5 rayonda yerləşən bütün körpələr evi və uşaq bağçalarına nəzarəti həyata keçirir.

Halbuki qanunvericiliyə əsasən körpələr evi və uşaq bağçalarına nəzarət müvafiq rayon təhsil sektorları tərəfindən aparılmalıdır. İddialara görə isə Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyevin qeyri-qanuni tapşırığı ilə bu səlahiyyətlər Səadət Hüseynovaya həvalə edilib. Hətta onun üçün regional idarədə ayrıca otaq ayrıldığı da bildirilir.

Məlumata əsasən, 50-yə yaxın bağçaya nəzarət edən və bağça müdirləri tərəfindən “xüsusi diqqətdə saxlanılan” bu şəxsin həmin vəzifəyə Ruslan Rzayevin dəstəyi ilə gətirildiyi iddia olunur. Xatırladaq ki, Ruslan Rzayev sosial şəbəkələrdə daha çox süd və qatıq məhsulları üzrə biznes fəaliyyəti ilə gündəmə gəlmişdi.

“Hər ay hörmət tələb olunur” – bağça müdirlərinin iddiaları

Bakunews.az-a müraciət edən bir neçə bağça müdiri bildirir ki, onlardan müntəzəm olaraq “hörmət” adı altında ödənişlər tələb olunur. İddialara görə, bu tələblər yoxlamalar, qida təminatı və digər nəzarət mexanizmləri ilə əlaqələndirilir.

Bu məqamda bir sıra ciddi suallar ortaya çıxır. Dövlət qulluğu müsabiqəsindən keçməyən şəxslər hansı hüquqi əsasla sektor rəhbərliyi və ya faktiki nəzarətçi funksiyasını icra edirlər? Əgər bu vəzifələr real olaraq mövcuddursa və faktiki icra edilirsə, niyə Quba-Xaçmaz Regional Təhsil İdarəsi həmin ştat vahidləri üzrə açıq vakansiya elan etmir?

Daha bir vacib sual isə məsuliyyətlə bağlıdır: bağçalarda hər hansı xoşagəlməz hadisə baş verərsə, məsuliyyəti qanunla səlahiyyət sahibi olan rayon sektorlarının rəhbərləri daşıyacaq, yoxsa faktiki nəzarəti həyata keçirən Səadət Hüseynova?

Eyni zamanda sual doğuran məqam ondan ibarətdir ki, bütün bu proseslər Elm və Təhsil Nazirliyinin diqqətindən kənardadır, yoxsa mövcud vəziyyətə bilərəkdən göz yumulur? Əgər nazirlik məlumatlıdırsa, bu qədər iddia və şikayət fonunda niyə hər hansı rəsmi reaksiya verilmir və araşdırma aparılmır?

Bakunews.az olaraq bildiririk ki, məsələ tərəfimizdən araşdırılmaqda davam edir. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
5 02 2026
5 02 2026
5 02 2026
5 02 2026
5 02 2026
5 02 2026
5 02 2026
5 02 2026
5 02 2026
5 02 2026
5 02 2026
5 02 2026
5 02 2026
5 02 2026
5 02 2026
5 02 2026
5 02 2026
5 02 2026
5 02 2026
5 02 2026
5 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026