Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (Bu gün, 09:12)
ABŞ-İran danışıqları Omanda keçiriləcək

 ABŞ və İran arasında nüvə danışıqlarının fevralın 6-da Omanın paytaxtı Maskatda keçirilməsi planlaşdırılır.

“Qafqazinfo”nun xəbərinə görə, İranın xarici işlər naziri Abbas Araqçı sosial media hesabında paylaşdığı açıqlamada bildirib ki, ABŞ ilə nüvə danışıqlarının cümə günü saat 10:00 radələrində Maskatda baş tutması nəzərdə tutulur.

O, danışıqlar üçün bütün zəruri şəraiti yaradan Omanın rəhbərliyinə təşəkkür edib.

Ağ Ev rəsmisi də ABŞ və İran arasında nüvə danışıqlarının 6 fevralda Maskatda keçiriləcəyini təsdiqləyib.

Qeyd edək ki, “Axios” iki ABŞ rəsmisinə istinadən yazıb ki, Vaşinqton administrasiyası İranın danışıqların İstanbulda deyil, Omanda və yalnız ikitərəfli formatda keçirilməsi ilə bağlı tələbini qəbul etməyib. Məlumata görə, bu səbəbdən danışıqların ləğv edildiyi iddia olunub.

İranın diplomatik mənbəsi isə bildirib ki, danışıqlardan öncə ABŞ ilə münasibətlərdə gərginlik yaranıb və görüşlərin cümə günü baş tutmamaq ehtimalı var.

Adının açıqlanmasını istəməyən digər bir İran rəsmisi “Tasnim”ə açıqlamasında qeyd edib ki, problem danışıqların keçiriləcəyi yer deyil, ABŞ tərəfinin “İsraillə əlaqəli müharibə qızışdıran dairələrin təsiri altında mövqelərini tez-tez dəyişməsi”dir. Rəsmi şəxs vurğulayıb ki, İran nüvə proqramından kənar heç bir məsələ ilə bağlı danışıqlar aparmaq niyyətində deyil.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
5 02 2026
5 02 2026
5 02 2026
5 02 2026
5 02 2026
5 02 2026
5 02 2026
5 02 2026
5 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026