Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Mədəniyyyət (Bu gün, 20:09)
“Türk Ədəbiyyatı” jurnalının fevral sayı Türkoloji Qurultayın 100 illiyinə həsr olundu

 Türk Ədəbiyyatı Vəqfinin 55 illik ədəbi nəşri olan “Türk Ədəbiyyatı” jurnalının 1926-cı ildə Bakıda keçirilmiş ilk Türkoloji Qurultayın 100-cü ildönümünə həsr edilən fevral sayı işıq üzü görüb.
Bu barədə məlumatı jurnalın baş redaktoru, yazıçı və tərcüməçi İmdat Avşar verib.
Baş redaktor jurnalın girişində yer alan “Hasbihal” bölümündə 1926-cı ildə keçirilmiş Türkoloji Qurultayın tarixi əhəmiyyətindən, Türk dünyasının ədəbi, mədəni və tarixi əlaqələrindən bəhs edib, eləcə də nömrədə dərc olunan yazılar haqqında oxuculara geniş məlumat təqdim edib.
İmdat Avşarın sözlərinə görə, özəl buraxılışda Türk dünyasının ortaq əlifba axtarışları yalnız akademik müstəvidə deyil, həm də ortaq yaddaş, birlik və bərabərlik ideyaları çərçivəsində araşdırılıb, bu düşüncənin zamanla keçirdiyi mərhələlər və qırılmalar təhlil olunub.
Nəşrdə Osman Mert, Nizami Cəfərov, Abuzər Bağırov, Vilayət Quliyev, Şükrü Haluk Akalın Nevzat Özkanın müxtəlif mövzuları əhatə edən maraqlı məqalələri yer alıb.
Bundan başqa, İmdat Avşarın Anar ilə müsahibəsi də jurnalın diqqətçəkən materialları sırasındadır.
Fevral sayında həmçinin İnci Okumuş, Gonca Yılmaz Hatunoğlu, Azize Üzel, Koray Kök Mustafa Ruhi Şirinin şeirləri oxuculara təqdim olunub.
Baş redaktor bildirib ki, Qurultaya həsr olunan yazıların ikinci hissəsi jurnalın mart sayında dərc ediləcək.
Sonda jurnalın yaradıcı heyətinə və uzun illər Türk dünyasına, xüsusilə Azərbaycan ədəbiyyatına xidmət göstərən İmdat Avşara uğurlar arzulanıb.
Aysel Xanlarqızı Səfərliшаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
3 02 2026
3 02 2026
3 02 2026
3 02 2026
3 02 2026
3 02 2026
3 02 2026
3 02 2026
3 02 2026
3 02 2026
3 02 2026
3 02 2026
3 02 2026
3 02 2026
3 02 2026
3 02 2026
3 02 2026
3 02 2026
3 02 2026
3 02 2026
3 02 2026
3 02 2026
3 02 2026
3 02 2026
3 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026