Sosial (6-09-2021, 17:54)
Şəhidin vəsiyyətinə əməl olunmur - Ağstafa RİH–in laqeyd münasibəti

Ağstafa rayonunun Böyük Kəsik kəndindən olan Vətən müharibəsi qəhrəmanı Yusifli Azər Nazim oğlunun ailəsi Ağstafa rayon İcra Hakimiyyətindən narazıdır. Buna səbəb şəhidin vəsiyyətinin yerinə yetirilməməsidir.
Müharibədə yaralanan Azər Yusiflini Füzuli hospitalına çatdıran döyüş yoldaşları ondan ailəsinə çatdırılacaq sözünün olub-olmaması ilə maraqlanıblar. O isə “Başıma bir iş gəlsə, kəndimizin məktəbinə mənim adım verilsin” deyib.
Şəhidin əmisi Fazil Yusifov Musavat.com.-a açıqlamasında bildirib ki, 1 il keçməsinə baxmayaraq, nəinki vəsiyyətə əməl olunmur, Ağstafa RİH ümumiyyətlə, şəhid ailəsinə laqeyd münasibət göstərir:
“1 aydan sonra şəhidimizin ildönümüdür. Verilən vədlərin heç birinə əməl olunmayıb. 4-5 gün bundan öncə də gəldilər. Bunu icra başçısına Azərin komandiri də demişdi. Onlar da söz verdilər ki, vəsiyyəti yerinə yetirəcəklər. Bir küçəyə Azərin adını verilib, amma bilinmir ki, Azər Yusifli kimdir?”
Şəhidin əmisi Ağstafa RİH-i yanlış informasiya yaymaqda ittiham edir. Onun sözlərinə görə, RİH sosial media hesabında yazıb ki, Azər Yusifli orta məktəbi Muğanlı kəndində bitirib. Lakin bu, belə deyil:
“Azər Böyük Kəsik kəndində anadan olub və məktəbi də burada bitirib. Azərin anası da Böyük Kəsik kənd məktəbində müəllimə işləyib. Dəfələrlə də demişik ki, bu, doğru məlumat deyil. Lakin düzəliş etməyiblər. Muğanlı kənd məktəbi də şəhid adını daşıyır”.
Xatırladaq ki, 1994-cü il təvəllüdlü Azər Yusifli Dövlət Sərhəd Xidməti qoşunlarının baş giziri olub. Cəbrayıl və Zəngilan rayonlarının azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib, 30-dan çox erməni hərbçisini məhv edib və Zəngilanda Azərbaycan bayrağını dalğalandırıb. Azər Yusifli oktyabrın 21-də şəhid olub və Böyük Kəsik kəndində dəfn olunub.
Prezident İlham Əliyevin sərəncamına əsasən Azər Yusifli ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad edilməsinə görə” medalları ilə təltif edilib, “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025



























