Sosial (5-09-2021, 12:57)
Həftənin ilk gününün havası açıqlandı
Sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.
Şimal-qərb küləyi axşama doğru arabir güclənəcək. Havanın temperaturu gecə 18-21° isti, gündüz 28-31° isti olacaq.
Bakıda gecə 18-20° isti, gündüz 28-30° isti olacaq. Atmosfer təzyiqi norma daxilində - 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 faiz, gündüz 45-50 faiz olacaq.
Abşeron çimərliklərində şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.
Azərbaycanın rayonlarında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi axşam arabir güclənən qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-22° isti, gündüz 27-32° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.




























