Sosial / Slayd (26-08-2021, 11:56)
“HB Güvən" klinikasında dəhşət saçan TEST OYUNLARI...

Nəzərə alaq ki, sentyabrın 1-dən bir çox iaşə obyektlərində covid pasportu tələb ediləcək və həmin testi pozitiv çıxıb, sistemə yerləşdirilməyən şəxslər çox böyük problemlərlə qarşılaşacaqlar. Çünki onların xəstəliyi keçirmələrinə, bədənlərində antitel yaranmasına baxmayaraq, sistemdə qeydiyyata düşmədikləri üçün həmin şəxslərdən də peyvənd olunmaları tələb olunacaq. Bunun isə hansı fəsadlara yola biləcəyini düşünmək belə qorxuducudur.
Digər tərəfdən isə həmin ekspress testləri verən, nəticəsi müsbət çıxan, lakin sistemə adı yerləşdirilməyən şəxslər cəmiyyət üçün bibaşa təhlükədir. Çünki sistemdə adları olmadığı üçün istədikləri vaxt evdən çıxa, ictimai nəqliyyatdan istifadə edə, insanlarla ünsiyyətdə ola bilərlər.
TƏBİB rəsmisi isə bu qədər ciddi bir məsələyə açıqlama verərək bildirir ki, özəl klinikalarda test məsələsi TƏBİB-ə bağlı deyil və kimin nəzarət etdiyini bilmirlər.
Biz də bir ümidlə Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Onlardan da aldığımız cavab heç ürək açan olmadı. Bildirdilər ki, özəl xəstəxana olduğu üçün Səhiyyə Nazirliyinin nəzarətində deyil.
O zaman sual yaranır ki, əgər nə TƏBİB, nə də Səhiyə Nazirliyinin nəzarətində deyilsə, niyə özəl xəstəxanalarda bu testlərin aparılmasına icazə verilir? Bir çox suallarımız kimi bu sualımız da cavabsız olaraq qalır. Çünki məsələnin vahid mərkəzi olmadığı üçün özbaşınalıq baş alıb gedir. //bizimyol.info//
İddia olunanlarla bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
16 09 2025
16 09 2025
15 09 2025
15 09 2025
15 09 2025
15 09 2025
15 09 2025
15 09 2025
15 09 2025
15 09 2025
15 09 2025
15 09 2025
15 09 2025
15 09 2025
15 09 2025
15 09 2025
15 09 2025
15 09 2025
15 09 2025
15 09 2025
15 09 2025
15 09 2025
15 09 2025
15 09 2025
15 09 2025
14 09 2025
14 09 2025
14 09 2025
14 09 2025
14 09 2025