Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (30-11-2014, 22:16)
Xaçmaz: Tərəqqi meylləri güclənir



 

2009-2013-cü illəri əhatə edən regionların inkişafı üzrə Dövlət Proqramının icrası Xaçmaz rayonunda da uğurla başa çatmışdır. 2014-cü ilin 9 ayının yekun göstəriciləri də Xaçmaz rayonu üçün uğurlu olmuşdur. Rayon İcra Hakimiyyətinin başçısı, "Şərəf" ordenli Şəmsəddin Xanbabayevin səriştəli rəhbərliyi altında xaçmazlılar uğurlarının sırasını artırırlar. Tərəqqi meyllərini təsdiqləyən rəqəmləri Xaçmazda 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına dair hesabat yığıncağındakı çıxışında RİH başçısının birinci müavini cənab Yetkin Mehmanov də məruzə etmişdi. Onun sözlərinə görə 2014-cü ilin 9 ayında Xaçmaz rayonu üzrə ümumi məhsul buraxılışı 296,9 milyon manat olub. Bunun 22,5 milyonu sənaye, 180,7 milyonu isə kənd təsərrüfatının payına düşür. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 52,9 milyon, pərakəndə əmtəə dövriyyəsi 211,6 milyon, adambaşına düşən pul gəlirləri isə 1746 manat təşkil edib. Bu ilin 9 ayında Xaçmaz rayonunda 1335 yeni iş yeri açılıb ki, bunun da 1210-u daimidir. Ümumilikdə isə son 10 ildə rayonda 19 min 992 yeni iş yeri açılıb. Onlardan 11440-ı daimi iş yerləridir.

Proqramm çərçivəsində sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi, yol təsərrüfatı, təbii qaz təminatı, təhsil, səhiyyə, mədəniyyət, idman obyektlərinin tikintisi və sair istiqamətlərdə tikintisi və sair istiqamətlərdə kifayət qədər böyük həcmli işlər görülmüşdür. Y.Mehmanov xatırlatmışdır ki, 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramında da Xaçmazın gələcək inkişafına yönəlik çox mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

 

Maliyyə intizamına riayət olunur

 

Əlbəttə, dövlət büdcəsindən ayrılan və yerli mənbələrdən daxilolmalardan formalaşan maliyyə vəsaitlərinin təyinatı üzrə və səmərəli istifadə edilməsi həyata keçirilən maliyyə siyasətinin dürüstlüyündən əhəmiyyətli dərəcədə asılıdır. Maliyyə mütəxəssisi Nizami müəllimin rəhbərlik etdiyi Xaçmaz rayon Maliyyə İdarəsi bu vəzifənin öhdəsindən layiqincə gəlir. İdarənin kollektivi vəsaitlərin Vahid Büdcə Təsnifatına uyğun təyinatı üzrə istifadə edilməsinin, vəsaitin xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə yönəldilməməsinin, debitor borcların vaxtında bağlanılmasının, «Dövlət Satınalmaları haqqında» Qanunun tələblərinə riayət edilməsinin təmin olunması üçün gərəkən bütün işləri görürlər. Habelə, uçotdan kənarda qalmış əsas vəsaitlərin və mal-materialların, iş və xidmətlərin uçota alınması üçün tədbirlər həyata keçirilir. İdarə tərəfindən görülən tədbirlər hesabına xeyli miqdarda səmərəsiz xərcin qarşısı alınmış, dövlət vəsaitlərinin qanunvericiliyin tələblərinə uyğun istifadəsi və ya müvafiq qaydada uçota götürülməsi təmin edilmişdir. Aparılan nəzarət tədbirləri zamanı idarənin mütəxəssisləri yoxlanılan müəssisə və təşkilatlara konstruktiv təklif və tövsiyələr təqdim edirlər.

 Suvarma suyuna olan təminat yaxşılaşdırılır

Kənd təsərrüfatında məhsuldarlığın yüksəlməsinə suvarma təsərrüfatının səlis işləməsi əhəmiyyətli təsir göstərir

 Aqrar rayonlardan biri olan Xaçmazda 2014-cü ilin məhsulu üçün bütün təsərrüfat qurumları üzrə 32030 hektar sahədə taxıl, o cümlədən 23301 hektar buğda, 8629 hektar sahədə arpa əkilmişdir. Havaların qeyri-sabit keçməsinə baxmayaraq, rayonda məhsuldarlıq 22,8 sentner olmuşdur. Burada tərəvəz, bağçılıq, bostançılıq məhsulları da becərilib həm rayon sakinlərinin, həm də paytaxt sakinlərinin süfrəsinə çatdırılır. 2014-cü ilin məhsulu üçün 4117 hektar sahədə tərəvəz, 2906 hektar sahədə yem bitkiləri, 10010 ha sahədə kartof əkilmişdi. Üstəlik, 13307 hektar sahədə isə bağbanlar bol məhsul əldə etmişlər.

Əlbəttə, kənd təsərrüfatında məhsuldarlığın yüksəlməsinə suvarma təsərrüfatının səlis işləməsi əhəmiyyətli təsir göstərir.

Bu sahədə qazanılan nailiyyətlərə əhəmiyyətli töhfə verən zəhmətkeş qruplarından biri də rayonVaqif Səlimovun rəhbərlik etdiyi Suvarma Sistemləri İdarəsinin kollektividir. İdarənin kollektivi təqdirəlayiq fəaliyyət göstərir, fermer təsərrüfatlarının vaxtlı-vaxtında suvarma suyu ilə təmin edirlər.

Ümumiyyətlə, idarə mövcud meliorasiya və irriqasiya sistemlərinin istismarı və saxlanılmasını təmin edir, cəmiyyət tərəfindən təsdiq edilmiş xərclər smetasına uyğun olaraq istismar və təmir-bərpa işlərini uğurla yerinə yetirir. Təsərrüfatdaxili və təsərrüfatlararası sistemlərdə hidrotexniki qurğularda, qoruyucu beton kanallarda olan binalarda əsaslı və cari təmir işləri keyfiyyətlə yerinə yetirilir.

 Sosial müdafiə tədbirləri gücləndirilir

  Xaçmaz Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi ona həvalə edilmiş səlahiyyətlər çərçşivəsində başqalarının köməyinə ehtiyacı olan tənha ahıllara və əmək qabiliyyəti olmayanların (əlillərin) aşkar edilməsi, sosial məişət xidmətinə götürülməsi və onların sosial müdafiəsi üzrə tədbirlərin görülməsini , müavinətlərin, sosial yardımların qanunvericilikdə təsdiq

olunmuş qaydada düzgün təyin edilməsi və aidiyyəti ödəniş müəssisələri vasitəsi ilə təyinatı üzrə vaxtında ödənilməsinə nəzarətin həyata kieçirilməsini,vətəndaşlara müavinət, sosial yardım və digər ödənişlərin təminatı olan sənədlrin əldə edilməsində və bu təşkilatlar haqqında əhalinin məlumatlandırılması, aztəminatlı vətəndaşların sosial müdafiəsi sahəsində ictimai təşkilatlar və yerli icra hakimiyyəti orqanları ilə birlikdə fəaliyyət göstərilməsi vəzifəsini uğurla həyata keçirir.

 

Eyni zamanda, Mərkəz əlillərə qanunvericilikdə nəzərdə tutulmuş kompensasiyaların və digər müavinətlərin ödəniməsini, əlillər və digər imtiyazlı şəxslər üçün qanunvericilikdə nəzərdə tutulan müvafiq vəsiqələrin verilməsi məqsədi ilə lazımi sənədlərin toplanmasında onlara köməklik edir. Müəyyən olunmuş qaydada pensiyaçıların və əlillərin sanatoriya-kurort göndərişləri ilə təmin olunması üzrə iş aparır. Səhiyyə orqanları və digər əlaqədar təşkilatlara birgə başqalarının köməyinə ehtiyacı olan tənha ahılları və əmək qabiliyyəti olmayanları aşkar edir. Onları sosial- məişət xidmətinə götürür, zəruri halda internat evlərinə göndərilməsini təşkil edir.

 

 

 

Azərbaycanda qurulan keyfiyyətcə yeni sosial-dövlət modeli xaçmazlıların da rifah səviyyəsinin artmasına şərait yaradıb

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosialyönümlü iqtisadi siyasət və çevik islahatlar nəticəsində əldə olunan nailiyyətlər ölkəmizdə sosial dövlət modelinin uğurla reallaşdırılmasının fundamental əsaslarını formalaşdırıb. Azərbaycanda sosial müdafiə sistemi beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulub və iqtisadi artımla sosial xərclərin artımının balanslaşdırılmasının daimi olaraq diqqət mərkəzində saxlanılması vətəndaşların yaşayış səviyyəsinin müasir mexanizmlər əsasında yüksəldilməsini təmin etməkdədir. Bu müsbət tendensiya Xaçmaz sakinlərinin sosial rifahında da özünü göstərir.

İki ay əvvəl Dövlət Sosial Müdafiə Fondu (DSMF) Xaçmaz rayonunda «Sosial sığorta ödənişi gələcəyimizin təlimatıdır» adlı regional təqdimat keçirəndən sonra rayonda fərdi şəxsi hesab açdıran sığortaolunanların sayında artım tendensiyası müşahidə olunur. Bu isə işləyənlərin öz işəgötürənləri üzərində ictimai nəzarətinin daha da güclənməsini təmin edəcək.

Əhalinin sosial müdafiəsi, aztəminatlı ailələrə qayğı göstərilməsi diqqətdə saxlanılan ən vacib məsələlərdən biri olmuş, yaxın yaşayış məntəqələrinin hamısında əmək haqlarının, pensiya və müavinətlərin ödəniş plastik kartlarla keçirilmişdir. Rayon İcra Hakimiyyəti tərəfindən Böyük Vətən müharibəsi iştirakçısı və veteranına, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, Çernobıl əlillərinə və sosial müdafiəsi zəif olan digər əhali təbəqəsinə ərzaq və pul yardımı göstərilir.

Bundan əlavə, sosial vəziyyəti ağır olan insanlara fərdi ev tikmələri üçün sement, mişar daşı və digər tikinti materialları verilmişdir. Bu qəbildən olan insanlar daim RİH və aidiyyati təşkilatların diqqətindədir.

Dövlət Sosial Müdafiə Fondu rayon Şöbəsində proqnoz tapşırıqlara vaxtında əməl olunmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin «Dövlətimizin siyasəti-iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, ilk növbədə sosial problemləri həll etməkdən ibarətdir» - sözlərini deviz götürən Şöbənin kollektivi vətəndaşların müraciətlərinə çox həssas yanaşır, onları maraqlandıran məsələlərlə pensiyanın yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, stajla bağlı, digər məsələlərlə bağlı sorğularını cavablandırır, həllinə nail olurlar. DSMF-nun səlahiyyətlərinə aid olmayan müraciətlər edən vətəndaşlara isə hüquqi və digər mümkün köməkliklərin edilməsi üçün həmin müraciətlərin müvafiq orqanlara göndərilir.

Onu da qeyd edək ki, DSMF Xaçmaz rayon Şöbəsi xidmət etdiyi sığorta ödəyicisi və pensiyaçıları arasında həm də maarifləndirmə işi aparır.

DSMF Xaçmaz rayon şöbəsi tərəfindən iri və orta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay-mülkiyyətçiləri, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər DSMF rayon Şöbəsində yaradılmış «Yardım masası»nın xidmətindən yararlanmaqla öz hesabatlarını elektron formada təqdim edirlər.

 

Torpaq və onunla bağlı münasibətlər dürüst tənzimlənir

 

Xaçmaz aqrar sənaye rayonudur və istehsal olunan məhsulun əsas hissəsi kənd təsərrüfatı məhsullarının payına düşür.

Əlbəttə, belə olan halda rayonda torpaq və onunla bağlı münasibətlər sisteminin düzgün tənzimlənməsinin çox ciddi əhəmiyyəti vardır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin  Xaçmaz rayon Şöbəsi bu vəzifənin öhdəsindən layiqincə gəlir. Rayonun inzibati ərazi dairələri üzrə döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi, mərzçəkmə işlərinin aparılması və xəritələşdirilməsi işləri həyata keçirilmiş, bələdiyyələrin ərazi sərhədləri dəqiqləşdirilmişdir. Şöbə həmçinin DTXK-nın digər strukturlarının rayonda apardığı işlərə dəstək vermiş, torpaqların inventarizasiyası işlərinə, təbii yem sahələrinin yaxşılaşdırılması məqsədilə layihə axtarış işlərinə, irimiqyaslı torpaq və geobotaniki tədqiqat və bonitirovka işlərinə köməklik göstərmişdir. Bundan başqa DTXK rayon Şöbəsi tərəfindən vətəndaşların qanuni istifadəsində olan həyətyanı, bağ sahələri və fərdi yaşayış evi altındakı torpaqların sənədləşdirilməsi sahəsində əhəmiyyətli işlər görülmüşdür. Həmçinin torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti sahəsində də xeyli iş görülmüşdür.

 

***

 

 

Əminliklə qeyd etmək olar ki, hörmətli Şəmsəddin Xanbabayevin rəhbərlik etdiyi Xaçmaz rayonu və xaçmazlılar Azərbaycanda gedən inkişaf proseslərindən yararlanmaqla bərabər, həm də bu tərəqqiyə öz sanballı töhfələrini verirlər. Onlara ölkəmizin çiçəklənməsi, xalqımızın firavanlığa qovuşması yolunda uğurlar arzulayırıq.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024