Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (18-09-2014, 21:46)
Kürdəmir: sosial-iqtisadi inkişaf tempi yüksəlməkdədir

Mövcud imkan və vasitələrdən maksimum səmərəli istifadə etmək, bütün tədbirləri görmək lazımdır ki, insanların rahatlığı təmin olunsun, onların rifah halı durmadan yüksəlsin. Bu məsələ ölkə Prezidenti cənab İlham Əliyevin çoxşaxəli fəaliyyətində ən öndə duran hədəflərdən biridir. Azərbaycanın modern inkişaf etməkdə olan regionlarından sayılan Kürdəmir rayonunun da İcra Hakimiyyətinin başçısı cənab Ceyhun Cəfərov bütün inzibati ərazi vahidlərindən səyyar görüşlər keçirir, ölkə başçısı cənab İlham Əliyevin tapşırığına əsasən əhali ilə yerlərdə ünsiyyətdə olub, onların problemləri ilə yerindəcə maraqlanır. İlk növbədə yerlərdə keçirilən belə qəbullar zamanı qaldırılan təkliflərin qısa zaman kəsiyində həllinə çalışılır, buna nail olmaq üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlar verilir.

Başlıca məqsəd dövlət başçısı cənab İlham Əliyev tərəfindən irəli sürülmüş regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının yerlərdə uğurla həyata keçirilməsinə yaxından və fəal köməklik göstərilməsindən ibarətdir.

Dövlət Proqramının icrası ilə əlaqədar 2014-cü ilin birinci yarımilliyində 588 nəfər işlə təmin olunmuşdur ki, bundan 438 nəfəri daimi (o cümlədən 12-si yeni yaradılmış, 122-si mövcud müəssisə və təşkilatda, 304 nəfər fiziki), 150 nəfəri isə müvəqqəti və mövsümi işlə təmin olunanlardır.

2014-cü ilin altı ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışı 0,4 faiz artaraq, 180224,2 milyon manat olmuşdur. Ümumi məhsul buraxılışının 79,4 faizi məhsul istehsalı, 20,6 faizi isə xidmət sahələrində olmuşdur.

Cari dövrdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq aqrar sektorun inkişafı diqqət mərkəzində saxlanılmışdır. Taxıl istehsalının artırılması sahəsində ardıcıl işlər görülmüş, toxum istehsalına daha diqqətlə yanaşılmışdır. Becərmənin gedişi və sahələrdə məhsulun vəziyyəti göstərir ki, bütün yazlıq əkinlərdən ötən ildəkindən xeyli çox məhsul götürüləcəkdir.

Rayonda heyvandarlığın və quşçuluğun inkişaf etdirilməsi sahəsində məqsədyönlü işlər görülür.

Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Aqrar məsələlər şöbəsi və kənd təsərrüfatına xidmət edən təşkilat rəhbərləri öz işlərini günün tələbləri səviyyəsində qurur, məhsul istehsalının artırılması istiqamətində lazımi tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirirlər.

Əhalinin elektrik enerjisi, təbbi qaz və içməli su ilə təminatının yaxşılaşdırılması rayon icra hakimiyyətinin daim diqqət mərkəzindədir. Bu sahələrdə işlərin vaxtında və keyfiyyətlə görülməsi RİH Başçısı Ceyhun Cəfərovun və İcra Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması, Memarlıq və tikinti şöbələri, şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən gündəlik nəzarət götürülmüşdür.

 

Suvarmada müasir metodlar tətbiq olunur

 

Rayonda suvarma sistemlərinin yaxşılaşdırılması istiqamətində də müəyyən işlər görülübdür. Kurdəmirdə iki suvarma sistemləri idarəsi fəaliyyət göstərir.Həmid Abbasovun rəhbərlik etdiyi Mollakənd mexaniki suvarma idarəsi 36 nasos stansiyası vasitəsilə mexaniki üsulla Kür çayından 30000 hektardan çox əkin sahəsini suvarır.Talıb Məmmədovun rəhbərlik etdiyi Kürdəmir Suvarma Sistemləri İdarəsi isə Bakı Şirvan kanalı ilə 33000 hektar sahənin suvarılmasını təmin edir. 11,5 kilometrlik Faxralı kanalı 3000 hektar sahəni suvarmaq gücündədir. 17 kilometrlik Axtaçı-Ərəbqubalı beton kanalı 6000 hektar sahənin suvarılmasını təmin edir. 33 kilometrlik Çərtiyəz-Muradxan beton kanalının tikintisi, habelə digər genişmiqyaslı işləri aparılması maddi-texniki bazanın gücləndirilməsi və müasir texnikalarla təmin olunması sayəsində mümkün olmuşdur.

Son illər Kürdəmir Suvarma Sistemləri İdarəsi xidməti ərazidə süni suvarma üsullarını tətbiq edir. Həmçinin bağların suvarılması bitkilərin kök sistemini yeraltı borular vasitəsilə nəmləndirmə üsulları ilə aparılır ki, bu da suvarmada müasir metodlardan biri sayılır. Belə olduqda həm məhsuldarlıq yüksəlir. Həm də suvarma suyundan səmərəli istifadə edilməsinə imkan yaranır.

Paylayıcı və təsərrüfatlararası kanallarda vaxtaşırı təmir işləri görülür, lildəntəmizləmə tədbirləri həyata keçirilir.

 

 

Maliyyə göstəriciləri yaxşılaşır

 

Əlbəttə, dövlət büdcəsindən ayrılan və yerli mənbələrdən daxilolmalardan formalaşan maliyyə vəsaitlərinin təyinatı üzrə və səmərəli istifadə edilməsi həyata keçirilən maliyyə siyasətinin dürüstlüyündən əhəmiyyətli dərəcədə asılıdır.Ayaz müəllimin rəhbərlik etdiyi Kürdəmir rayon Maliyyə İdarəsi bu vəzifənin öhdəsindən layiqincə gəlir. İdarənin kollektivi vəsaitlərin Vahid Büdcə Təsnifatına uyğun təyinatı üzrə istifadə edilməsinin, vəsaitin xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə yönəldilməməsinin, debitor borcların vaxtında bağlanılmasının, «Dövlət Satınalmaları haqqında» Qanunun tələblərinə riayət edilməsinin təmin olunması üçün gərəkən bütün işləri görürlər. Habelə, uçotdan kənarda qalmış əsas vəsaitlərin və mal-materialların, iş və xidmətlərin uçota alınması üçün tədbirlər həyata keçirilir. İdarə tərəfindən görülən tədbirlər hesabına xeyli miqdarda səmərəsiz xərcin qarşısı alınmış, dövlət vəsaitlərinin qanunvericiliyin tələblərinə uyğun istifadəsi və ya müvafiq qaydada uçota götürülməsi təmin edilmişdir. Aparılan nəzarət tədbirləri zamanı idarənin mütəxəssisləri yoxlanılan müəssisə və təşkilatlara konstruktiv təklif və tövsiyələr təqdim edirlər.

Rayonun maliyyə göstəriciləri yaxşılaşır, idarə, müəssisə və təşkilatların fəaliyyətinə maliyyə nəzarəti etibarlı təmin olunur. Kürdəmir rayon Maliyyə İdarəsi maliyyə intizamını gücləndirmək vəzifəsinin öhdəsindən layiqincə gəlir. İdarədən öyrəndik ki,

ötən il üçün rayon büdcəsi mədaxil və məxaric üzrə 18,1 milyon manat təsdiq edilmişdir ki, bunun da 12,1 milyon manatı Respublika büdcəsindən ayrılan dotasiya, 6 milyon manatı isə yerli gəlirlər hesabına formalaşdırılmışdır. Yerli gəlirlər planı ümumilikdə 101,9 faiz yerinə yetirilmişdir.

 

Əhalinin sosial müdafiəsi tədbirləri gücləndirilir

 

Xalid Həsənovun rəhbərlik etdiyi Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir rayon Şöbəsi də fəaliyyətini günün tələbləri səviyyəsində qurur, sosial müdafiəyə ehtiyacı olan Kürdəmir vətəndaşlarına yüksək səviyyədə xidmət göstərir. Bu qəbildən olan insanlar şöbənin xidmətindən razılıqlarını bildirirlər. Avqustun 20-də Kürdəmirdən olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılarına Ağsu rayonunda DSMF sədri Elman Mehdiyevlə görüşü təşkil olundu. Kürdəmir vətəndaşlarının DSMF Kürdəmir rayon şöbəsinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla Ağsu rayon şöbəsinə aparılıb-gətirilmələri təmin edildi. Kürdəmirlilər Fondun sədrinə şöbənin fəaliyyəti ilə bağlı ancaq razılıq ifadə edən fikirlər söyləmiş, onları maraqlandıran məsələlərlə bağlı suallar vermişlər.

DSMF Kürdəmir rayon şöbəsində öz hesablarını elektron formada təqdim etməkdə çətinliklə üzləşən xırda sahibkarlara və torpaq mülkiyyətçilərinə kömək məqsədilə “Yardım masaları” fəaliyyət göstərir. Vətəndaşların gələcək pensiya təminatında, şəffaflığın təmin olmasında mühüm rola malik olan “Sığortaolunanlara məlumatların verilməsi” adlı müasir məlumatlandırma sistemi tam istifadəyə verilib. Bu xidmət vasitəsilə istənilən sığorta olunan onun üçün sığortaedən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə və öz pensiya kapitalına, həm də işəgötürənin onun üçün əmək haqqına uyğun sosial sığorta haqqı köçürdüyünə nəzarət etmək imkanı qazana bilər.

 

Aztəminatlı təbəqələrin qayğıları gündəlik nəzarətdə saxlanılır

 

2014-cü ilin birinci yarısında əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsini gücləndirmək istiqamətində Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarının hökumət qərarlarının yerinə yetirilməsi sahəisndə İlyas müəllimin rəhbərlik etdiyi Kürdəmir rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi müəyyən işlər görmüşdür. Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi sosial müavinətlərin, uşağın doğulmasına görə birdəfəlik müavinətlərin, Çernobıl əlillərinə, Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətləri, dəfn üçün müavinətlər, şəhid ailələrinə, müharibə əlillərinə, Prezident təqaüdünün təyinatı və ödənilməsi vaxtlı-vaxtında həyata keçirilir. Aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya və müavinətlərin əhaliyə vaxtında çatdırılması, sosial yardıma ehtiyacı olan insanların müəyyənləşdirilməsi gündəlik nəzartdə saxlanılan məsələlərdən olmuşdur.

Keçən il rəsmi müraciət etmiş 1552 nəfərdən 1244 ailəyə ünvanlı sosial yardım təyin edilmiş və bütün sosial müavinətlərin, təqaüdlərin plastik kartla bankomatlar vasitəsilə ödənişi təmin edilmişdir. Mərkəzin yeni rəhbərliyi əhali arasında, inzibati ərazi vahidliklərində sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması və imtina sənədlərinin vətəndaşlara tam izah edilməsini təşkil etmişdir.

 



 

Kürdəmirdə rayon əhalisinə 184 çarpayılıq Mərkəzi Rayon Xəstəxanası, 25 çarpayılıq Uşaq Xəstəxanası, 75 çarpayılıq Kürdəmir Rayonlararası Psixiatriya Xəstəxanası, 13 həkim məntəqəsi, 33 tibb məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi xidmət göstərir. Ümumilikdə rayon səhiyyə sistemində 112 həkim, 416 tibb bacısı, 415 kiçik tibb işçisi çalışır.

Əsaslı təmir olunmuş Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının reanimasiya, cərrahiyyə, doğum şöbəsi, təcili yardım, poliklinika, terapiya, infeksiya, qəbul şöbəsi, ginekologiya, laboratoriya şöbələri müasir tibbi avadanlıqlarla təchiz edilib. Xəstəxanada ilk dəfə olaraq dializ aparatları quraşdırılıb ki, bu da kəskin böyrək çatışmazlığından əziyyət çəkən çatışmazlığından əziyyət çəkən insanların tez-tez Bakıya getməsinin qarşısını alacaq.

Bu ilin fevralından iyun ayınadək respublikanın hər yerində olduğu kimi, Kürdəmir rayonunda əhalinin pulsuz tibbi müayinədən keçirilməsi prosesi baş tutdu. Müayinlərin keyfiyyətli həyata keçirilməsi məqsədilə tibb müəssisələri qabaqcadan hazırlıq vəziyyətinə gətirildi. Həmçinin, rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə tədbirlər planı hazırlanıb, komissiya və işçi qrupu yaradıldı. Tibb ocaqlarında pasientlər ixtisaslı həkimlər tərəfindən hərtərəfli müayinə olundular. Həmçinin, xəstəxanaya gələ bilməyən pasientlər üçün həkim briqadaları da təşkil edildi. Xəstəlik aşkarlanan insanlar müalicə prosesinə cəlb olundular. Müayinələr Mərkəzi Rayon Xəstəxanası ilə yanaşı, kənd həkim sahə məntəqələrində də davam etdirildi.

Rayon rəhbərliyinin səhiyyə sahəsinə diqqətcil münasibəti özünü 17 iyun - Tibb İşçilərinin peşə bayramında da bariz şəkildə göstərdi. Şəxsən icra hakimiyyətinin başçısı cənab C.Cəfərovun bu münasibətlə “Kürdəmir” sarayında təşkil olunan bayram tədbirində iştirak etməsi, rayonun səhiyyə işçilərini təbrik etməsi, nitq söyləyərək dövlət rəhbərliyinin səhiyyənin inkişafına qayğısını əks etdirən faktları sadalaması, bu münasibətin təsdiqidir.

***

Rayon rəhbərliyi qarşıya məqsəd qoymuşdur ki, ölkə başçısının tələblərinə uyğun olaraq və yeni qəbul olunan 2014-2018-ci illər üçün regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının layiqincə yerinə yetirilməsində tərəqqipərvər Kürdəmir vətəndaşları daha məsuliyyətlə işləməli, abadlıq-quruculuq sürətləndirilməli, yeni emal və sənaye müəssisələrinin açılması, yeni iş yerlərinin yaradılması üçün ardıcıl və məqsədyönlü iş aparmalıdırlar. Bu yolda kürdəmirlilərə uğurlar arzulayırıq.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024