Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (17-08-2014, 23:31)
Füzuli rayonu: Döyüş cəbhəsində mətanət, əmək cəbhəsində dəyanət

Son illər respublikamızda gedən sürətli inkişaf prosesindən cəbhə bölgəsindəki Füzuli rayonuna da əhəmiyyətli pay düşmüşdür. Dövlətimizin, ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı, həyata keçirilən regional inkişaf proqramları, təcrübəli rayon rəhbəri Alı Alıyevin başçılığı altında yerinə yetirilən tədbirlər Füzulidə də tərəqqiyə təkan vermiş, insanların rifah halının yaxşılaşmasına səbəb olmuşdur.

Əzəməti ilə göz oxşayan təkcə Füzuli rayonunun inzibati mərkəzi olan Horadiz şəhərinin deyil, bütün bölgənin möhtəşəmlik rəmzinə çevrilən, 10 hektar ərazini əhatə edən Bayraq meydanı dostları sevindirir, düşməni rəzil edir. Horadiz şəhəri böyümüş, yeni prospekt və küçələr, park və xiyabanlar salınmış, sosial obyektlər, müxtəlif təyinatlı binalar tikilmiş, yaşıllıqlar salınmışdır. Son 3 il ərzində Kərimbəyli kəndində 3 hektar ərazidə ailəvi istirahət mərkəzi, 5 min ton kənd təsərrüfatı məhsulları saxlayan soyuducu anbar, ildə üç min ton quş əti istehsal edən «Qarabağ broyler MMC, Bala Bəhmənli kəndində 25 meqavat gücündə su elektrik stansiyası və s. tikilib istifadəyə verilmişdir. Həmin obyektlərin bir çoxunun istifadəyə verilməsində ölkə Prezidenti İlham Əliyev şəxsən iştirak etmişdir. Dövlət başçısının müvafiq sərəncamı ilə işğal zamanı yandırılmış və dağıdılmış evlərin bərpası istiqamətində Füzuli rayonunda silsilə tədbirlər işlənib həyata keçirilmişdir. Son 3 ildə Mədəniyyət Evi, Dram Teatrı, Şahmat Məktəbi, Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi, YAP

rayon təşkilatının inzibati binası, polis və təhsil şöbələri, MTN rayon şöbəsi, Horadiz şəhərində 240 yerlik məktəb 100 çarpayılıq uşaq bağçası, Tarix-Diyarşünaslıq Muzeyi, Araz Zərgər, Qarabağ kənd, Gecəgözlü yatağı və 4 saylı Qayıdış qəsəbə tam orta məktəbləri istifadəyə verilmişdir.

 

Səmərəsiz maliyyə xərclərinin qarşısı alınır

 

Əlbəttə, dövlət büdcəsindən ayrılan və yerli mənbələrdən daxilolmalardan formalaşan maliyyə vəsaitlərinin təyinatı üzrə və səmərəli istifadə edilməsi həyata keçirilən maliyyə siyasətinin dürüstlüyündən əhəmiyyətli dərəcədə asılıdır. Təcrübəli iqtisadçı Zaur Aslanovun  rəhbərlik etdiyi Füzuli rayon Maliyyə İdarəsi bu vəzifənin öhdəsindən layiqincə gəlir. İdarənin kollektivi vəsaitlərin Vahid Büdcə Təsnifatına uyğun təyinatı üzrə istifadə edilməsinin, vəsaitin xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə yönəldilməməsinin, debitor borcların vaxtında bağlanılmasının, «Dövlət Satınalmaları haqqında» Qanunun tələblərinə riayət edilməsinin təmin olunması üçün gərəkən bütün işləri görürlər. Habelə, uçotdan kənarda qalmış əsas vəsaitlərin və mal-materialların, iş və xidmətlərin uçota alınması üçün tədbirlər həyata keçirilir. İdarə tərəfindən görülən tədbirlər hesabına xeyli miqdarda səmərəsiz xərcin qarşısı alınmış, dövlət vəsaitlərinin qanunvericiliyin tələblərinə uyğun istifadəsi və ya müvafiq qaydada uçota götürülməsi təmin edilmişdir. Aparılan nəzarət tədbirləri zamanı idarənin mütəxəssisləri yoxlanılan müəssisə və təşkilatlara konstruktiv təklif və tövsiyələr təqdim edirlər.

 

Sosial müdafiəyə ehtiyacı olanlar diqqət mərkəzində

 

Əhalinin sosial müdafiəsi, aztəminatlı ailələrə qayğı göstərilməsi diqqətdə saxlanılan ən vacib məsələlərdən biri olmuş, yaxın yaşayış məntəqələrinin hamısında əmək haqlarının, pensiya və müavinətlərin ödəniş plastik kartlarla keçirilmişdir. Rayon İcra Hakimiyyəti tərəfindən Böyük Vətən müharibəsi iştirakçısı və veteranına, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, Çernobıl əlillərinə və sosial müdafiəsi zəif olan digər əhali təbəqəsinə ərzaq və pul yardımı göstərilir.

Bundan əlavə, sosial vəziyyəti ağır olan insanlara fərdi ev tikmələri üçün sement, mişar daşı və digər tikinti materialları verilmişdir. Bu qəbildən olan insanlar daim RİH  başçısı şəxsən Alı müəllimin və aidiyyati təşkilatların diqqətindədir.

Zəfər Hətəmovun rəhbərlik etdiyi Dövlət Sosial Müdafiə Fondunun rayon Şöbəsində proqnoz tapşırıqlara vaxtında əməl olunmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin «Dövlətimizin siyasəti-iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, ilk növbədə sosial problemləri həll etməkdən ibarətdir» - sözlərini deviz götürən Şöbənin kollektivi vətəndaşların müraciətlərinə çox həssas yanaşır, onları maraqlandıran məsələlərlə pensiyanın yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, stajla bağlı, digər məsələlərlə bağlı sorğularını cavablandırır, həllinə nail olurlar. DSMF-nun səlahiyyətlərinə aid olmayan müraciətlər edən vətəndaşlara isə hüquqi və digər mümkün köməkliklərin edilməsi üçün həmin müraciətlərin müvafiq orqanlara göndərilir.

Onu da qeyd edək ki, DSMF Füzuli rayon Şöbəsi xidmət etdiyi sığorta ödəyicisi və pensiyaçıları arasında həm də maarifləndirmə işi aparır.

DSMF Füzuli rayon şöbəsi tərəfindən iri və orta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay-mülkiyyətçiləri, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər DSMF rayon Şöbəsində yaradılmış «Yardım masası»nın xidmətindən yararlanmaqla öz hesabatlarını elektron formada təqdim edirlər.

 

Aqrar sektorun inkişafına təsir edən mühüm faktor

 

Son illər Füzuli rayonunda kənd təsərrüfatı məhsulları istehsalında sürətli artım müşahidə olunur. Füzulililər torpağı qorumağı da, əkib-becərməyi də bacarırlar. Rayon İcra Hakimiyyəti başçısı cənab

Alı Alıyev torpağın dilini gözəl bilir. Bu sahədə qazanılan nailiyyətlərə əhəmiyyətli töhfə verən zəhmətkeş qruplarından biri də rayon Suvarma Sistemləri İdarəsinin kollektividir. Təcrübəli mütəxəssis Əhməd Əsgərovun başçılıq etdiyi bu kollektiv üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. Bu sahədə qazanılan müvəffəqiyyətləri şərtləndirən bir əsas amil də budur ki, icra hakimi cənab Alı Alıyev rayon rəhbəri vəzifəsinə təyin olunmazdan daha əvvəl məhz Suvarma Sistemləri İdarəsinin rəisi olub və suvarma təsərrüfatının potensialına bələd olmaqla, inkişaf perspektivlərini də gözəl bilir. Məhz onun tövsiyə və tapşırıqlarını əldə rəhbər tutan Əhməd müəllim və idarənin kollektivi təqdirəlayiq fəaliyyət göstərir, fermer təsərrüfatlarının vaxtlı-vaxtında suvarma suyu ilə təmin edirlər.

Ümumiyyətlə, idarə mövcud meliorasiya və irriqasiya sistemlərinin istismarı və saxlanılmasını təmin edir, cəmiyyət tərəfindən təsdiq edilmiş xərclər smetasına uyğun olaraq istismar və təmir-bərpa işlərini uğurla yerinə yetirir. Təsərrüfatdaxili və təsərrüfatlararası sistemlərdə hidrotexniki qurğularda, qoruyucu beton kanallarda olan binalarda əsaslı və cari təmir işləri keyfiyyətlə yerinə yetirilir.

Yeri gəlmişkən, xatırladıq ki, bu günlərdə Azərbaycan və Yaponiya hökuməti arasında «Meliorasiya və irriqasiya avadanlıqlarının təkmilləşdirilməsi layihəsinin ikinci mərhələsinə dair Nota və qrant sazişi» imzalanıb. Ayrılmış 8,5 milyon ABŞ dolları həcmində qrant hesabına layihə zonası kimi qəbul edilmiş Füzuli, Ağcabədi, Beyləqan və İmişli rayonlarında suvarma kanalları və kollektor drenaj şəbəkələrinin lildən təmizlənməsi, onların suburaxma qabiliyyətinin yaxşılaşdırılması, əkin sahələrinin itkisiz suvarma suyu ilə təminatı, torpaqların təkrar şoranlaşmasının qarşısının alınması və bununla əkin sahələrinin məhsuldarlığının artırılması məqsədilə müasir torpaqqazan texnikaların alınması, habelə yeni alınmış mövcud texnikalara texniki qulluğun aparılması ilə sex avadanlıqlarının alınması nəzərdə tutulub.

 

Ermənistan mədəniyyət obyektlərimizi işğal edib, mədəniyyətimizin özünü yox

 

Mədəniyyətin inkişafına görə ölkənin digər bölgələrindən geri qalmayan Füzuli rayonunda işğala qədər 90 kitabxana, 20 mədəniyyət evi, 79 klub, 20 kinoqurğu, 2 muzey, xalq və dövlət dram teatrları, istirahət parkları fəaliyyət göstərib. Füzuli rayonu həm də yaşı minilliklərə gedib çıxan Azıx mağarası, Quruçay mədəniyyəti, tarix və memarıq abidələri ilə tanınır. Sadalanan müəssisələrin bir çoxunun fəaliyyəti rayonun işğaldan azad olunmuş ərazisində bərpa olunub.

Rayon mərkəzi kitabxanasında və onun filiallarında tədbirlər planına uyğun olaraq əlamətdar günlərlə bağlı yüksək səviyyədə tədbirlər - sərgilər, guşələr, stendlər, görüşlər təşkil edilir. Ziyalılarla görüşlər, kitab müzakirələri, vətənpərvərlik mövzusunda diskussiyalar, sual-cavab gecələri böyük maraq doğurur.

Rayon Tarix Diyarşünaslıq Muzeyi rayon ərazisində fəaliyyət göstərən orta məktəblərdə mədəni-kütləvi tədbirlər həyata keçirir. Bundan başqa, məktəblilərin muzeyə cəlb olunması sahəsində fəal iş aparılır.

Son illərdə Rayon İcra Hakimiyyəti tərəfindən Horadiz şəhər Mədəniyyət Evinin binası yenidən qurulmuş, mədəniyyət sarayı bütün inventar və avadanlıqlarla təmin olunmuşdur. RİH tərəfindən müasir tələblərə cavab verən Heydər Əliyev Mərkəzi tikilmiş, burada internet şəbəkəsi yaradılmış, kompüter kursları təşkil olunmuşdur. 3 hektara yaxın ərazisi olan Heydər Əliyev Parkında min ədəddən artıq bəzək və gül ağacları əkilmiş, insanların rahat dincəlmələri üçün bütün şərait yaradılmışdır. Adları çəkilən müəssisələrin istifadəyə verilməsi ölkə başçısının iştirakı ilə baş tutmuşdur.

Füzuli bölgəsində teatrın bir əsrlik tarixi vardır. Füzuli Dövlət Dram Teatrı rayon ərazisində hərbi əməliyyatlar getdiyi vaxtlarda dəfələrlə cəbhə bölgəsində çıxışlar etmişdir. Rayon ərazisi erməni işğalçıları tərəfindən tutulandan sonra 2003-cü ilədək Sumqayıt şəhərində fəaliyyət göstərən Füzuli teatrı həmin ilin noyabrından yenidən Füzuliyə - Horadiz şəhər Mədəniyyət Evinə köçdü. Rayon

tədbirlərində, yeni tikilmiş qəsəbələrdə işğaldan azad olunmuş kəndlərdə yaddaqalan tamaşa və çıxışlar sərgiləyən teatr milli teatr festivallarında iştirak etmiş və diplomlara layiq görülmüşdür.

Füzuli Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Elman Məmmədov deyir ki, təcavüzkar Ermənistan Azərbaycanın yalnız mədəniyyət obyektlərini işğal edib, mədəniyyətin özünü yox: «Mədəniyyətimizə yiyələnmiş olsaydılar, bilərdilər ki, mədəni xalq qonşusunun ərazisinə gözdikməz, Xocalı faciəsi kimi vəşiliyi  törətməz».

 

Yol infrastrukturu təkmilləşdirilir

 

Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının başlıca hədəflərindən biri də yol təsərrüfatının bərpası, yenidən qurulması və müasir standartlara çatdırılması olmuşdur. Prezident İlham Əliyev dövlət proqramlarının uğurla yerinə yetirilməsində ilk növbədə müasir tələblərə cavab verən yolların mühüm əhəmiyyət kəsb etdiyini bildirərək demişdir: «Müasir infrastruktur və yol olmadan iqtisadi inkişaf mümkün deyildir». Ölkə Prezidenti son illər dəfələrlə bölgələrə səfər etmiş respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması üçün konkret tapşırıqlar vermişdir. Dövlət başçısının diqqət və qayğısına əməli işlə cavab verən Füzuli rayonunun yol təsərrüfatı işçiləri daha yüksək nailiyyətlərin əldə olunması üçün bütün imkanları səfərbər etmişlər.

13 yaşayış məntəqəsini birləşdirən Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı avtomobil yolunun tikintisinin davamı olaraq 1,5 km uzunluğunda Kərimbəyli kənd yolu istifadəyə veroilib. Bu münasibətlə keçirilən tədbirdə Milli Məclis sədrinin müavini xanım Bahar Muradova da iştirak etmişdir.

Rayon ərazisində magistral rayonlararaıs və rayondaxili yolların asfaltlaşdırılması, yenidən qurulması və təmiri sahəsində xeyli iş görülmüşdür. İstismar tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirilir, yollarda hərəkət nizamlayıcı nişanlar qoyulmuşdur.Bu işlərin həyata keçrilməsində Mədət Hacıyevin rəhbərlik etdiyi Yol İstismar idarəsinin xidmətləri danılmazdır.Yolların istismarına nəzarət həmçinin RİH-nin müvafiq şöbələri və ərazi icra nümayəndəlikləri tərəfindən də həyata keçirilmişdir. Şəhrə və qəsəbələrdə yollar həmçinin müasir işıqlandırma sistemi ilə təchiz olunmuşdur.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024