Sosial (4-05-2020, 17:43)
Akademiyanın sabiq əməkdaşı 4 nəfərə qarşı dələduzluq edib - MƏHKƏMƏ

Mediatv.az “Yeni Sabah”-a istinadən xəbər verir ki , Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilən İbrahimova Afət Səfərəli qızı Qulamov Şahin Niftalı oğlu, Hüseynəliyeva Adilə Şahmar qızı, Kərimov Arzu Həkimağa oğlu və Muradov Malik Məlik oğlundan xeyli miqdarda pul alaraq onların etibarından sui-istifadə edib.
Belə ki, Bakı Sağlamlıq Mərkəzində həkim işləyən Şahin Qulamov Türkiyə Universitetində təhsil alan qızını Bakıdakı universitetlərin birinə köçürmək üçün Afət İbrahimovaya 20 min manat pul verib. Ancaq A.İbrahimova vədinə əməl etməyərək həkimi aldadıb və pulu qaytarmayıb.
Digər aldatdığı şəxs Adilə Hüseynəliyeva isə prezidentin sərəncamı ilə 2010-cu ildə təhsilin inkişafındakı xidmətlərinə görə "Əməkdar müəllim" fəxri adına layiq görülüb. O da eyni formada Afət İbrahimovanın qurbanına çevrilib. Adilə xanımın sözlərinə görə, Afət pulu ondan nəvəsini Türkiyəyə dövlət hesabına müalicə elətdirmək adı ilə alıb: “Nəvəm ağır qəza keçirmişdi, Neftçilər xəstəxanasında yatırdı. Afət dedi ki, vəzifədə qohumlarım işləyir, dövlət hesabına aparıb Türkiyədə müalicə elətdirəcəm. Ancaq 20 min ABŞ dolları lazımdı. Məndə notarius vasitəsi ilə həmin pulu verdim. Ancaq Afət vədinə əməl etmədi, aldığı pulunda 7 minini qaytarıb.
Qeyd edək ki, 2019-cu ilin aprel ayında Afət İbrahimova Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 il müddətinə şərti cəzaya məhkum edilib. Şikayətçilər apellyasiya şikayəti versələr də Bakı Apelyyasiya Məhkəməsi 1-ci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
4 06 2025
4 06 2025
4 06 2025
4 06 2025
4 06 2025
4 06 2025
4 06 2025
4 06 2025
4 06 2025
4 06 2025
4 06 2025
4 06 2025
4 06 2025
4 06 2025
4 06 2025
4 06 2025
4 06 2025
4 06 2025
4 06 2025
4 06 2025
4 06 2025
4 06 2025
4 06 2025
4 06 2025
4 06 2025
4 06 2025
4 06 2025
3 06 2025
3 06 2025
3 06 2025