Sosial / Slayd (6-09-2014, 19:56)
İcra başçısının qərarı olay yaratdı, sədr jurnalisti tutdurmaq istədi, amma... - Qalmaqal
Yas mərasimində qadağalar qoyan bələdiyyə sədri ilə jurnalist Aynur Elgünəş arasında qalmaqal baş verib.
Bu barədə jurnalist facebook hesabında məlumat yayıb.
O bildirib ki, Şəmkir rayon Dəllər-Cırdaxan kəndində keçirilən yas mərasimində süfrəyə pendir, çörək qoyulduğu üçün bələdiyyə sədri yas mərasimini dağıtmaq istəyib. "Bələdiyyə sədri Xəqani Hüseynov süfrəyə pendir, çörək, halva qoyulduğu üçün yas mərasimini dağıtmağa gəlib. Hansı qanunla bunu etdiyini soruşuram, məni təhqir edir. Kənddən çıxaracağı ilə hədələyir. Mubariz Qurbanlının açıqlamasını xatırladıram.. Bələdiyyə sədri isə bildirir ki, mən Mübarizi tanımıram, rayonda qaydalar belədir. Ev sahibləri deyir ki, uzaq bölgələrdən gələn qonaqlarımız var. Heç olmasa onlara çay verək. Bələdiyyə sədri isə əraziyə polis çağırıb. Mollanı da yas mərasiminə buraxmırlar. Deyirlər molla 1000 manat cərimə ediləcək."
Jurnalist daha sonra qeyd edib ki, onu bu etirazına görə polis bölməsinə aparırlar: "Yas mərasimi Müsavat partiyasının Şəmkir rayon şöbəsinin sədridir. Məni Şəmir polisinə aparırlar. Arxamca polis gəlib. Səbəb isə bələdiyyədən hansı əsasla mollanı cərimələmək istədiyini və hansı qanunla süfrəyə halva qoyulmasına icazə vermədiyini soruşmağımdır”.
***
Jurnalist daha sonra qeyd edib: "Polis məni şöbəyə yox, kənd sovetliyinə aparmaq istədiyi üçün getmirəm. Hazırda ailəyə təzyiq göstərilir ki, ora gedim".
****
Şəmkir rayon Dəllər-Cırdaxan kənd bələdiyyə sədri Xəqani Hüseynov yas mərasimində baş verən qalmaqaldan danışıb.
X.Hüseynov "Qafqazindo”ya açıqlamasında yasda hər hansı insidentin baş vermədiyini deyib: "Burada heç bir hadisə baş verməyib. Biz öncədən 3 mərasimində nələrin veriləcəyini demişik, amma əməl etməyiblər. Axşamdan ev yiyəsinə demişdik ki, sabah nə veriləcək. Buna da əməl olunmalıdır”.
Bələdiyyə sədri deyib ki, jurnalist polis idarəsinə aparılmayıb: "Yalan söhbətdir. Qadınların yanında oturub. Hələ də ordadır”.
Xəqani Hüseynov bildirib ki, qaydalar barədə icra hakimiyyəti qərar verib: "Bu qaydalar məcburi deyil. Rayon səviyyəsində ümumi olaraq qəbul edilib, hər kəs də razıdır. Dəfn günü xurma, çay, halva, göyərti, pendir və çörək olmalıdır. 3 günü də eyni şeylər veriləcək. Həmin gün mağar söküləcək. Dördüncü gün də yas evdə olacaq. Yeddi mərasimi olmayacaq. Bakıda necədirsə, bizdə də elə olacaq.
Buna icra hakimiyyəti qərar verib. İsrafçılığa yol verməmək məqsədi ilə bu addımı atdıq. Hamı da razıdır. Hazırkı yas mərasiminin sahibi də razıdır. Sentyabrın 1-dən bəri keçirilən bütün yaslar belə olub”.