Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (10-07-2014, 11:30)
Sumqayıt şəhər bələdiyyə sədri olmaq üçün qiymət bəlli olub

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov şəhər bələdiyyə sədrindən noyabrda keçiriləcək bələdiyyə seçkilərində öz yerini qoryuyb saxlaya bilmək üçün 800 min manat tələb edilib

 

Bu iddia PİA.AZ-a ünvanlanan məlumatda yer alır.
Sumqayıtdan PİA.AZ daxil olan məlumata görə şəhər bələdiyyə sədri Əbülfəz Babayev payızda keçiriləcək seçkilərdə öz postunu qorumaq üçün hərəkətə keçib. Məluumata əsasən Əbülfəz Babayev Sumqayıt şəhər icra başçısı Eldar Əzizovla “dil” taparaq seçkilərdə bir daha bələdiyyə sədri olmaq istəyini ortaya qoyub və bunun müqabilində icra başçısının ondan 1 milyon dollar tələb edib. 
Qeyd edək ki, Sumqayıt bələdiyyəsi ölkəninin ən iri bələdiyyələrindən biri olmaqla yanaşı həmçinin ən gəlirli bələdiyyələrindən biri hesab olunur. Son 10 il müddətində Sumqayıt bələdiyyəsinin sədri vəzifəsini icra edən Əbülfəz Babayev isə bələdiyyədən əldə etdiyi gədirlər hesabına Sumqayıtın ən varlı şəxslərindən biri hesab olunur.
Daxil olan məlumata əsasən bələdiyyə sədri olaraq çalışdığı 10 il müddətində Əbülfəz Babayev Sumqayıt şəhər bələdiyyəsi hesabına milyonlar qazanıb. Bu milyonları isə bələdiyyə sədri bir qayda olaraq torpaq satışlarından və sənədsiz evlərdən topladığı vergilərin mənimsənilməsi vasitəsi ilə əldə etdiyi bildirilir. Bildirilir ki,  Əbülfəz Babayev Sumqayıt şəhərində torpaq sahələri ələ keçirib vəhəmin torpaqları öz qohumlarının adına sənədləşdirilib. Sənədlərdə isə torpağın qiyməti çox aşağı göstərilib. Həmin torpaq sahələrində isə hazırda bələdiyyə sədri çoxlu sayda «obyektlər» inşa etdirib. Həmin «obyektlər»i isə  ailə üzvlərinin və qohumlarının idarə etdiyi qeyd olunur.
Mənbə iddi edir ki, Əbülfəz Babayev Sumqayıt şəhər bələdiyyəsinin hər il mənzillərdən, sahibkar obyektlərindən, yığdığı vergi pullarının böyük hissəsini öz şəxsi mənafeyi üçün istifadə edib və etməkdədir.  Belə ki, iddiaya əsasən bələdiyyə sədri hər il vergi olaraq əhalidən topladığı 1,2 milyon manatdan çox vəsaitin bir hissəsini şəxsi biznesinin çiçəklənməsinə yönləndirib. 
Bundan başqa bildirilir ki, Əbülfəz Babayev Sumqayıt şəhərində sənədi olmayan həyətyani evlərdən və obyektlərdən hər il 800 min manatdan çox vergi pulu toplayır. Yığılan bu vəsaitlər isə birbaşa bələdiyyə sədrinə çatdırılır. 
Mənbə iddia edir ki, Əbülfəz Babayev heç bir rəsmi sənəddə qeyd edilməyən 800 min manat vergi pulunun yarı hissəsini Sumqayıt şəhər icra başçısı Eldar Əzizova verdiyini dəfələrlə ən yaxın adamları arasında bəyan edib.
Həmçinin Sumqayıt şəhərində son 5 ildə həyətyani torpaq sahələrinin satışına birbaşa Əbülfəz Babyev rəhbərlik edib. Bələdiyyə sədrinin torpaq biznesindən ildə 2 milyon manata yaxın qazanc əldə etdiyi qeyd edilir. 
İndi isə Sumqayıt bələdiyyə sədri noyabrda keçiriləcək seçkilərdə öz adının yenidən siyahıdan keçərək sədr olması üçün şəhər icra başçısı Eldar Əzizova külli miqdarda “hesab” vermək niyyətindədir. 
Mənbənin iddiasına görə Əbülfəz Babayev öz yaxın ətrafına açıq şəkildə deyib ki, Sumqayıt icra başçısı Eldar Əziziov yenidən bələdiyyə sədri olması üçün ondan 800 min manat istəyir və buna görə də bələdiyyə sədri bəzi obyektlərini satmağa məcburdur.
Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq…
шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024