Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (15-08-2014, 13:30)
“Sevil Massivi” MTK Masazır bələdiyyə sədrinidə bitirir

“Sevil Massivi” MTK Masazır bələdiyyə sədrinidə bitirir

 

Masazır qəsəbəsinin bələdiyyə sədri “Sevil” MTK ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı mübarizə Baş İdarəsində aparılan istintaqa cəlb edilib

 

 
Axar.az xəbər verir ki, “Sevil Massivi” MTK ilə bağlı başlanmış istintaq işinə Hökməli bələdiyyəsi sədrinin ardınca Masazırdakı həmkarını da cəlb ediblər.
 
Məlumata görə, Masazır bələdiyyə sədri Siyanfər Əliyev istintaqa çağırılıb və izahat alınıb. S.Əliyevin adı Hökməli bələdiyyəsinin sədri ilə “Sevil” MTK arasında vasitəçilik etməkdə və onların müştərək işlərini koordinasiya etməkdə hallanır.
 
Yada salaq ki, “Sevil Massivi” Mənzil Tikinti Kooperativinin (MTK) işi ilə bağlı MTK-nın yerləşdiyi Abşeron rayonu, Hökməli kəndinin bələdiyyə sədri Mirnemət Mirsadiyev də istintaqa cəlb edilmişdi. M.Mirsadiyev  “Sevil Massivi” MTK-nın təsisçisi Aynur Zeynalovla qanundankənar cinayət əlaqəsinə girməkdə və dövlət ərazilərini adı çəkilən tikinti şirkətinə satmaqda təqsirləndirilirdi. İstintaq zamanı isə müəyyən olunmuşdu ki, MTK-nın təsisçisi Aynur Zeynalov ifadəsində torpağı bələdiyyədən almaq üçün dövlət büdcəsindən gizlədilməklə 300 min manat məbləğində pul verib.
 
Məhkəmə M.Mirsadiyevin barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma) maddəsi ilə ittiham elan etsə də, ağır xəstəliyi ilə əlaqədar barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçib. İstintaqın bu qərarından sonra M.Mirsadiyev bələdiyyə sədri vəzifəsindən istefa verib.
 
Hazırda eyni aqibəti bölüşəcəyi barədə iddialar səslənən Masazır bələdiyyəsinin sədri S.Əliyev Axar.az-a bildirdi ki, o, istintaqa cəlb edilməyib:
 
”Sevil Massivi” ilə bizim heç bir əlaqəmiz yoxdur. Masazır bələdiyyəsi ilə Hökməli bələdiyyəsinin ərazisi tamam ayrıdır. İstintaqa da çağırılmamışam və çağırılmayacağam da. Məni niyə istintaqa dəvət etməlidirlər ki?”
 
Baş Prokurorluqdan isə Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyevin istintaqda ifadəsinin alınması ilə bağlı məlumata cavab olaraq bildirildi ki, rəsmi olaraq yalnız nəticələr elan olunur:
 
“İstintaqın gedişi və istintaq hərəkətləri ictimaiyyətə açıqlanmır. Yalnız istintaqın nəticələri barədə rəsmi məlumat verilir. Ona görə də bu sualınız cavablandırıla bilməz”.
 
Qeyd edək ki,  “Sevil Massivi” MTK-nın təsisçisi və həmin kooperativin direktoru həbs olunub. Hər iki şəxs qanunsuz sahibkarlıq və vergidən yayınma maddələri ilə ittiham olunur.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024