Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 16:50)
Nəsimi icra hakimiyyətində mübarizə:Zahid Xəlilov Gülarə Verdiyevaya qalib gələcək?

 
Nəsimi rayonunda icra başçısının müavinləri arasında mübarizə: Zahid Xəlilov icra başçısı olmaq istəyir
Nəsimi rayonunda son günlərdə baş verən dəyişikliklər və gərginliklər, xüsusilə rayon icra başçısının müavinləri arasında baş verən mübarizələr maraqla izlənir. Xəbərə görə, Nəsimi rayon icra başçısının müavini Ramiz Quliyev vəzifəsindən azad edilib. Bir neçə gün sonra isə İcra başçısı Elxan İbrahimov da vəzifəsindən uzaqlaşdırılıb. Bu dəyişikliklərdən sonra, icra hakimiyyətində ilk böyük toplantı keçirilib.
XALQ-a daxil olan iddilara görə, icra başçısının səlahiyyətlərini müvəqqəti icra edən Zahid Xəlilov, bu toplantıda yüksək səviyyəli çıxış edərək, rayonda böyük bir atəşfəşanlıq kimi qarşılanmışdır. Verilən  məlumataa əsasən, Zahid Xəlilov, Prezident Administrasiyasının (PA) Ərazi-Təşkilat Məsələləri Şöbəsinin 1-ci Ərazi Sektorunun Müdiri Tağı Tağıyevin dəstəyi ilə bu yüksəlişini əldə edib. Xəlilov, Elxan İbrahimov və Ramiz Quliyevin vəzifələrini itirməsində birbaşa iştirak edib və nöqsanlarla bağlı məlumatı çatdırılmasında əsas iştirakçı olub.
İddiala görə, Zahid Xəlilov, axşam yeməyi zamanı Ramiz Quliyevi bilərəkdən kənara atıb və nəticədə, Ramiz Quliyev səhər saatlarında ərizə yazaraq işdən çıxıb. Bu vəziyyət, Xəlilovun İbrahimov və Quliyevin vəzifədən uzaqlaşdırılmasına səbəb olan ssenarinin bir hissəsi olaraq qiymətləndirilir. Zahid Xəlilovun, sahibkarlardan və icra başçısından istədiyi məlumatları PA-ya şəxsən çatdırması da bu prosesin bir parçasıdır.
İndi isə Zahid Xəlilovun növbəti məqsədi İcra Başçısının 1-ci müavini Gülarə Verdiyeva ilə mübarizə aparmaqdır. Xəlilov, bu mübarizəni tam gücü ilə davam etdirir. Xüsusilə, Nəsimi rayon icra hakimiyyətinin məlumatında Gülarə Verdiyevanın adının ən sonuncu olaraq qeyd edilməsi, bu mübarizənin artıq açıq bir müstəviyə keçdiyini göstərir. Mənbələrə görə, Verdiyeva bu mübarizədə məğlubiyyətə uğramağa çox yaxın görünür, çünki onun siyasi təcrübəsi və savadı Zahid Xəlilovla müqayisədə kifayət qədər zəifdir.
Gülarə Verdiyevanın yüksək vəzifəli qohumu olması  isə Zahid Xəlilov və Tağı Tağıyevə qarşı hansı adımlar atacaq, bu, zamanla aydın olacaq. Mənbələr bu mübarizənin daha da böyüyəcəyini və nəticədə Zahid Xəlilovun üstünlük əldə edəcəyini proqnozlaşdırır.
Növbəti sayımızda isə Asif Əsgərovun Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsindən sonra Zahid Xəlilovun necə bir yol izlədiyini və Ələskər Rüstəmov ilə birlikdə necə razılaşmalar əldə etdiklərini təqdim edəcəyik. Həmçinin, Nəsibi bəy Yusifbəylidə yerləşən Nəsimi MKTB-nin 59 saylı mənzil-kommunal istismar sahəsinin kimlərə və necə satıldığını oxucularımıza təqdim edəcəyik.
Bu hadisələrin araşadırması  davam edir. Məlumatlar dəqiqliklə oxuculara təqdim olunacaq.
Məsələ ilə bağlı adı keçən şəxslərin münasibətini öyrənmək mümkün olmadı. Yazıda adları keçənlərində fikirlərini dərc etməyə hazırıq.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
3 02 2026
3 02 2026
3 02 2026