Sosial / Slayd (4-09-2014, 22:11)
Ramiz Yediyarov Gədəbəydə bələdiyyə «bazarı» açıb
İcra başçısının köməkçisi Elşad İsmayılov «seçilmək» niyyətinə düşən namizədlərə icra başçısının konkret qiymətini təqdim etdiyi iddia olunur.
Gədəbəydən PİA.AZ elektron poçtuna göndərilən məlumatda qeyd olunur ki, rayon icra başçısı Ramiz Yediyarov noyabr ayında keçiriləcək bələdiyyə seçkilərini artıq indidən “keçirməyə” başlayıb.
Belə ki, icra başçısı bələdiyyə seçkilərini qazanc mənbəyinə çevirərək köməkçisi Elşad İsmayılov vasitəsi seçilmək istəyənlərə konkret konkret qiymət irəli sürüb. Məlumatda bildirilir ki, köməkçisi vasitəsi ilə başçı kənd bələdiyyə sədrlərinə yerlərində yenidən qalmaq üçün 5-7 min manat arası təyin edib.
Başçı köməkçisi kənd icra nümayəndləri vasitəsi ilə hazırkı bələdiyyə sədrlərinə sifarş verib ki, “kim deyilən hesabı ödəsə, o da vəzifəsində qalacaq”.
Bildirək ki, Gədəbəy rayonunda 31 bələdiyyə var onların 30 kənd bələdiyyəsidir.
Qarşı tərəfin mövqeyini işıqlandırmğa hazırıq…