Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (5-09-2014, 23:12)
“Ehsan üçün alınan ərzaq geri qaytarılıb”- İcra başçısı

 

İşğala məruz qalmış Şuşa, Kəlbəcər və Ağdam rayonlarının icra hakimiyyətlərinin təşəbbüsü ilə bu rayonların əhalisi arasında hüzr mərasimlərinin sadə formada keçirilməsi üçün işə başlanıb. 

 

“Mediatv.az” xəbər verir ki,  Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Əkbər Hacıyev “Media forum” saytına deyib ki, son vaxtlar hamı kimi onlar da əhali arasında yas mərasimlərinin təşkili ilə bağlı maarifləndirmə işinə başlayıblar: “Əhalinin əksər hissəsi bu işləri bəyənir. Hazırda rayon sakinləri arasında hüzrü düşən olmasa da, hər kəs yas mərasimlərinin sadə formada təşkil olunması təklifini qəbul edir, bu adətə kütləvi şəkildə qoşulmağa tərəfdar çıxır. Nəyə görə yas mərasimində bir gündə o qədər ərzaq məhsulu masaya gətirilir, hələ ola bilsin yarıdan çoxu da tullanır? Bu, əlbəttə, yaxşı mənzərə deyil, heç kəsə də xoş gəlmir”.

Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Eldəniz Mehtiyev də “Media forum”a açıqlamasında məsələ ilə bağlı tədbirlərin görüldüyünü bildirib: “Bu məsələ ilə ciddi məşğuluq. Ötən həftə Goranboyda qırx mərasimində olduq, ehsan üçün alınan ərzaq geri qaytarıldı. Məclis sadəcə çay, qənd, xurma və halva ilə təşkil edildi. İnsanlar buna o zaman etiraz edə bilər ki, kimsə başqa cür ehsan versin, digərlərinə isə qadağa qoyulsun. Qaydalar hamıya şamil olunduğu üçün sidq ürəkdən qəbul edilir, bu, yaxşı bir təşəbbüs kimi qarşılanır. Əhali arasında təbliğat aparmaq, insanları maarifləndirmək üçün göndərilən nümayəndələr mərasim yiyəsinə başa salır ki, qaydalar hər kəsə aiddir, heç bir istisna yoxdur. Camaat bu təklifi verənin, onu həyata keçirənin ölənlərinə rəhmət oxuyur. Yas mərasimləri ilə bağlı atılan addım yerində və gərəkli oldu”.

Ağdam Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Zülfü Qasımov “Media forum”a deyib ki, icra başçısının göstərişi ilə dindarlar, ayrı-ayrı kəndlərin ağsaqqalları ilə görüş keçirilib: “Ehsan mərasimlərinin sadə formada keçirilməsi ilə bağlı səsləndirilən fikirlər hər kəsi razı salır. Hamı deyir ki, ehsan mərasimlərində çox böyük israfçılığa yol verilir. Bəzən kiminsə geniş ehsan verməyə imkanı olmur, insanlar sıxıntı, ehtiyac içində qalır, borca-xərcə düşür.

Artıq iyirmidən çox ehsan mərasimində müşahidələr aparmışıq. Ehsan qənd, çay, xurma və halva olmaqla verilir, özü də yalnız mərhumun üçü günü. İstər imkanlı olsun, istər kasıb, hər kəs eyni qaydada ehsan verir. O gün olsun toy mərasimlərimiz də bu cür israfçılıqdan xilas olsun. Paytaxtda bir şadlıq sarayında bir toya xərclənən pul 50 toya bəs edər. Hətta toy sahibi pul verə bilməyəndə şadlıq evlərinin bəyi, gəlini girov saxlaması hallarının olduğunu eşidirik. Belə toymu olar?!”

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024