Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (27-02-2014, 19:58)
Xaçmaz «əfsanələr paytaxtı» olmağa layiqliyini sübut etmişdir

   

 

Xaçmaz «əfsanələr paytaxtı» olmağa layiqliyini sübut etmişdir

 

Hərtərəfli dinamik inkişafın müşahidə olunduğu Xaçmaz rayonunda ötən 2013-cü ildə də uğurlu nəticələr əldə olunmuş, sosial-mədəni, tikinti-quruculuq sahəsində əhəmiyyətli nailiyyətlər qazanılmışdır. Rayon İcra Hakimiyyətinin başçısı «Şöhrət» ordenli ziyalı, çox hörmətli Şəmsəddin Xanbabayevin rəhbərliyi altında Xaçmazda sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi, elektrik enerjisi, qaz, istilik, su təchizatının yaxşılaşdırılması, səhiyyə, mədəniyyət, idman və təhsil müəssisələrinin tikintisi və yenidən qurulması üzrə nəzərdə tutulan tədbirlər uğurla həyata keçirilmişdir. Rayon İcra Hakimiyyəti Regionun İnkişafı üzrə 2-ci Dövlət Proqramının müvəffəqiyyətlə həyata keçirilməsi üçün görülən işləri düzgün istiqamətləndirmək vəzifəsinin öhdəsindən gəlmişdir.
 2013-cü ildə rayon üzrə ümumi məhsul buraxılışında, əhaliyə göstərilən pulu xidmətlərin həcmində, pərakəndə əmtəə dövriyyəsində, adambaşına düşən pul gəlirlərində, orta aylıq əmək haqqının kəmiyyətində, əsas kapitala yönəldilən investisiyaların həcmində əhəmiyyətli artım qeydə alınmış, makroiqtisadi göstəricilər yaxşılaşmışdır.
 Rayon Maliyyə Şöbəsi dövlətin maliyyə siyasətinin Xaçmazda uğurla həyata keçirilməsinə nəzarət funksiyasını layiqincə yerinə yetirmiş, israfçılığa yol verilməməsi, maliyyə intizamına riayət edilməsi üçün gərəkən tədbirləri görmüş, dövlət vəsaitlərinin təyinatı üzrə və səmərəli xərclənməsi üçün yerli idarə, müəssisə və təşkilatlarda maarifləndirmə işləri aparmış, müəssisə rəhbərlərini və mühasibləri təlimatlandırmışdır.
 
 Xatırladaq ki, 2013-cü il möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən «İnformasiya və Kommunikasiya Texnologiyaları İli» elan edilmişdi. Bu, Xaçmaz rayonunda rabitə işçilərinin məsuliyyətini artırmışdı. İl ərzində mindən çox abonentə yüksək sürətli internet xətti, iki yüzdən çox abunəçiyə telefon xətti çəkilmişdir. Yalama, Həsənqala, Yergüc kəndlərində yeni ATS binaları tikilib istifadəyə verilmiş, mövcud olanlar təmir olunmuşdur. Müzəffəroba kəndinə 3,5 kilometr uzunluqda yeni xətt çəkilərək 30 abonent telefon rabitəsi ilə təmin edilmişdir. Ümumiyyətlə, Xaçmaz Rayon Telekommunikasiya Qovşağının kollektivi ötən il öz üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlmiş, «İKT ili» çərçivəsində görülməli olan işləri lazımi səviyyədə yerinə yetirmiş, bütün göstəricilərini əvvəlki illərlə müqayisədə xeyli yaxşılaşdırmışdır.
 Keçən il rayon üzrə ilk dəfə olaraq 103221 ton taxıl istehsal olunmuşdur ki, bu da 2012-ci ilə nisbətən 22072 ton çoxdur. Hər hektardan taxılıq məhsuldarlığı 28,5 sentner təşkil etmişdir ki, bu da 2012-ci ilə nisbətən 5,9 sentner yüksəkdir. Bütün bunlar əhalinin taxılçılıq sahəsinə olan marağının artması, habelə son illər burda məhsulu istehsalçılarına dövlət dəstəyinin artması ilə əlaqələndirilir. Rayonda kənd təsərrüfatı istehsalçılarına subsidiyalar verilmiş, onlara güzəştli qiymətlərlə mineral gübrələr, lizinq yolu ilə kənd təsərrüfatı texnikası satılmışdır.


 Əlbəttə ki, Xaçmaz rayonunda aqrar sektorda əldə olunan nailiyyətlərdə Rayon Suvarma Sistemləri İdarəsinin kollektivinin də payı vardır. SSİ tərəfindən Xaçmazda su istifadəçilərinin, fermer təsərrüfatlarının suvarma suyu ilə təminatı yüksək səviyyədə həyata keçirilir, çaylarda bəndvurma və sahilbərkitmə işləri vaxtında görülür.


 Ölkəmizdə uğurlu səhiyyə islahatlarının tərkib hissəsi olan yeni xəstəxana və tibb müəssisələrinin regionlarda da inşası Azərbaycan dövlətinin vətəndaşlarımızın sağlamlığına verdiyi önəmin təzahürüdür. Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması dövlətin səhiyyə sisteminin inkişafına göstərdiyi diqqətin davamlı xarakter aldığını bir daha təsdiq edir. Xəstəxanada aparılan işlər müasir texnologiyalar və qabaqcıl təcrübələr əsasında həyata keçirilib. Xəstəxana 110 çarpayılıqdır. Burada rentgen, ultrasəslə müayinə, stomatoloq, otorinolarinqoloq, terapevt və digər kabinetlər var. Bütün kabinetlər ən müasir tibbi avadanlıqla təchiz edilib. Xəstəxanada uşaq xəstəlikləri, cərrahiyyə, anesteziologiya intensiv terapiya şöbələri də fəaliyyət göstərir. Bu şöbələr də müasir texnologiyaların ən son tələblərinə uyğun hazırlanan tibbi avadanlıqla təchiz olunub. Xəstəxananın açılışında dövlət başçısı İlham Əliyev də iştirak edib. Artıq rayon sakinlərinin sağlamlıq kartları hazırlanır. Bu kartlarda hər bir sakinin sağlamlığına dair bütün məlumatlar yerləşdirilir. Xəstəxananın bu cür müasir şəraitlə təmin edilməsi ilk növbədə burada tibbi müayinələrin və müalicə işinin ən yüksək səviyyədə təşkili və aparılması üçün hərtərəfli imkanlar yaradır. Əlbəttə ki, baş həkimin rəhbərliyi altında Xaçmaz rayonunun səhiyyə işçiləri bu imkanlardan yararlanaraq vətəndaşlara keyfiyyətli tibbi xidmət göstərmək üçün əllərindən gələni əsirgəmirlər.


 Xaçmaz rayonunun mədəniyyət və turizm sektoru üçün də 2013-cü il uğurlu göstəricilərlə yaddaqalan olmuşdur. Ölkəmizin qeyri-maddi mədəni irsinin qorunması və dəstəklənməsi işinə əhəmiyyətli töhfələr verən Xaçmazın mədəniyyət işçiləri rayon ərazisində mövcud olan 60-dan çox tarix və mədəniyyət abidəsini layiq olduğu qayğı və diqqətlə mühafizə edirlər.
 Məlum olduğu kimi, Xaçmaz 2013-cü il üçün «Azərbaycanın əfsanələr paytaxtı» elan olunmuşdu. Bu çərçivədə Rayon Mədəniyyət və Turizm İdarəsinin rəhbərliyi altında tədbirlər həyata keçirilmişdir. Layihə çərçivəsində folklor ustaları və kollektivlərinin, milli adət-ənənələrin beynəlxalq səviyyədə tanıdılması istiqamətində xeyli işlər görülmüşdür. Rayonun görməli yerləri və tarixi abidələri ilə tanışlıq məqsədi ilə mediatur təşkil olunmuş, yerli rəssamların əl işləri sərgilənmişdir.
 Turizm potensialı böyük olan Xaçmazda daxili turizmin səviyyəsi ilə yaxından tanış olmaq məqsədilə vaxtaşırı olaraq Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə infoturlar təşkil olunur. Rayon Mədəniyyət və Turizm İdarəsinin müdiri bölgənin turizm imkanlarının öyrənilməsində və təbliğində, turizm şirkətləri ilə dostluq şəraitində işgüzar mühitin yaradılmasında, yerli və xarici turistlərin cəlb edilməsində infoturların əhəmiyyətini çox yüksək qiymətləndirir.


 Xaçmazlılar üçün 2013-cü il həm də onunla əlamətdar olmuşdur ki, iyul ayında dövlətimizin başçısı Xaçmazda səfərdə olmuş, bir sıra əhəmiyyətli obyektlərin açılış mərasimində iştirak etmiş, qırmızı lenti kəsmişdir. Cənab İlham Əliyevi Xaçmazda hərarətlə qarşılayan rayonun tərəqqipərvər vətəndaşları Ümummilli lider Heydər Əliyevin siyasi kursuna sadiqliklərini 9 oktyabr 2013-cü il tarixdə keçirilən prezident seçkilərində səsvermə məntəqələrinə gedərək, Yeni Azərbaycan Partiyasının namizədi İlham Heydər oğlu Əliyevə səs verməklə bir daha sübuta yetirdilər. İnanırıq ki, müdrik seçimlərində heç vaxt yanılmayan xaçmazlılar olduqca tədbirli, zəngin təcrübəli dövlət qulluqçusu Şəmsəddin müəllim Xanbabayevin başçılığı altında hələ çox uğurlara imza atacaq, Azərbaycanın tərəqqisinə töhfə verəcəklər.

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024