Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (29-03-2014, 13:43)
Sabirabad əvvəlki şöhrətini qaytarmaq yolunda

Sabirabad rayonu respublikanın iri kənd təsərrüfatı rayonlarından biridir. Yaxın keçmişdə bu rayon pambıq və taxıl istehsalında əldə etdiyi uğurlara görə respublikada şöhrət qazanmışdı. İqlimi və torpaq şəraiti bütün növ kənd təsərrüfatı məhsullarını yetişdirməyə imkan verən Sabirabad müstəqillik dövründə respublikada ərzaq təhlükəsizliyinin təmin edilməsində önəmli rol oynamışdır. Ölkə iqtisadiyyatının formalaşmaısna əhəmiyyətli töhfələr verən zəhmətkeş Sabirabad vətəndaşlarına həssas münasibət göstərən Ümummilli liderimiz Heydər Əliyev bu rayona 15 dəfə səfər etmişdir. Bu fakt dekabrın 12-də Ulu Öndərin vəfatının 10-cu ildönümünə həsr olunmuş anım tədbirlərində rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şükranlıqla xatırlandı.
Əbədiyaşar rəhbər Heydər Əliyevin siyasi kursunu davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də son illərdə Sabirabada bir neçə dəfə səfər edib və hər dəfə də yerli sakinlər tərəfindən böyük coşqu ilə qarşılanıb. Bu səfərlər rayonun tərəqqipərvər qüvvələrinə qol-qanad verib, həm maddi, həm də mənəvi dəstəklə müşayiət olunub. Rayonun sosial-iqtisadi inkişafı üçün Dövlət Proqramında müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədilə Prezident sərəncamı ilə vəsait ayrılır. Dövlət rəhbərliyinin qayğıldı münasibəti, Rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılovun səmərəli idarəetmə təcrübəsi və əlbəttə ki, sabirabadlıların özlərinin zəhmətsevərliyi sayəsində rayonda böyük tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb, infrastruktur dinamik inkişaf etməkdədir.
Son illərdə Sabirabad rayonunda müşahidə olunan müsbət tendensiyaların davamı kiim 2013-cü ildə də ümumi məhsul buraxılışının həcmi artıb, sosial və iqtisadi sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala böyük həcmdə investisiya yönəldilib. Xüsusi qeyd etməyə dəyər ki, «2010-cu ildə Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş fəlakətin fəsadlarının aradan qaldırılmasına dair əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 29 mart 2012-ci il tarixli Sərəncamı əhali tərəfindən razılıqla qarşılanmaqla bu sahədəki problemlərin aradan qaldırılmasını təmin etmişdir. Bu işlərin görülməsində təcrübəli mütəxəssis, əməkdar mühəndis Əflan Aslanovun  rəhbərlik etdiyi Rayon Suvarma Sisteminin kollektivinin böyük xidməti olmuşdur. İdarə öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir, suvarma, lildəntəmizləmə, sahilbərkitmə işləri vaxtında və keyfiyyətlə yerinə yetirilir.
Ölkə başçısının tapşırığına əsasən iri taxılçılıq təsərrüfatlarının yaradılması ilə bağlı ilkin mərhələdə Dövlət Ehtiyat Fond torpaqlarından və qış otlaq sahələrindən 5000 hektarında meliorasiya tədbirləri aparılmaqdadır.
Rayonda həyata keçirilən dürüst torpaq siyasəti, torpaq və onunla bağlı münasibətlər sisteminin tənzimlənməsi müstəvisində həll olunmamış problem qoymamışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sabirabad rayon Şöbəsi öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. Qeyd edək ki, DTXK rəhbərliyinin bölgədə keçirdiyi regional görüşlər barədə yerli KİV-də və rayon şöbəsinin inzibati binasının qarşısında müvafiq elanlar verilir, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır, problemlər həll olunur.
Sabirabada təhsilin inkişafına xüsusi diqqət yetirilir. Rayonda 85 ümumtəhsil məktəbi fəaliyyət göstərir. 26 min nəfərə yaxın şagirdin təlim-tərbiyəsi ilə 2458 müəllim məşğul olur. 22 məktəbəqədər tərbiyə müəssisəsində 93 pedaqoji, 135 texniki işçi çalışır. Bu tip müəssisələrə 1000 nəfərə yaxın, məktəbdənkənar tərbiyə müəssisələrinə 2500-ə yaxın şagird cəlb olunub. Son illərdə rayon ərazisində hökumətin və Heydər Əliyev Fondunun vəsaiti hesabına rayon ərazisində bir neçə təhsil müəssisəsi inşa olunmuşdur. Mürsəlli və Qasımbəyli kənd tam orta məktəblərinin açılış mərasimlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir. Mövcud məktəblərdə də təmir, bərpa-gücləndirmə işləri aparılmışdır. Elman Bünyadovun rəhbərlik etdiyi Rayon Təhsil Şöbəsi də fəaliyyətini günün tələbləri səviyyəsində qurur. Təhsilə göstərilən diqqətin nəticəsidir ki, son illər Sabirabad məktəblərinin məzunlarının ali məktəblərə qəbul göstəricilərində artım müşahidə olunur. Qəbul imtahanlarında yüksək bal toplayan məzunlar rayon rəhbərliyi tərəfindən mükafatlandırılır, həvəsləndirilirlər.
Sabirabad rayonunda vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür. 320 çarpayılıq Sabirabad Mərkəzi Rayon Xəstəxanasının bütün şöbələrinin işi günün tələbləri səviyyəsində qurulub və burada göstərilən xidmət əhalinin razılığını doğurur. Yerlərdə fəaliyyət göstərən 78 tibb müəssisəsinin işi də təqdirəlayiq hesab olunur. Son 5 ildə MRX-nın tibb müəssisələrindən Sabirabad Regional Perinatal Mərkəzi müasir tibbi-diaqnostik avadanlıqlarla təchiz edilməklə, Respublika Səhiyyə Nazirliyi tərəfindən, Yolçubəyli həkim məntəqəsi Yapon Səfirliyi tərəfindən, Əsgərbəyli tibb məntəqəsi Fövqəladə Hallar Nazirliyi tərəfindən, Həşimxanlı, Mürsəlli, Quruzma həkim məntəqələri, Yastıqobu, Qəfərli, Osmanlı, Kürkəndi tibb məntəqələri QHT təşakilatı tərəfindən tikilib istifadəyə verilmişdr.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində həyata keçirilən müsbət dəyişikliklər Sabirabada da əhalinin sosial müdafiəsi sahəsində görülən işləri sürətləndirmiş, onların səmərəsini artırmışdır. Sabirabad rayon Əhalinin Sosial Müdafiə Mərkəzində vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır. İmtiyazlı kateqoriyadan olan Sabirabad sakinlərinə xüsusi qayğı göstərilir, dövlətin verdiyi pensiya və müavinətlərdən, ünvanlı sosial yardımdan tam faydalana bilmələri üçün lazım olan bütün tədbirlər həyata keçirilir. Şəhid ailələri, müharibə və əmək veteranları, əlillər dövlətin qayğılı münasibətindən yetərincə yararlanırlar.
Məlum olduğu kimi, Sabirabad həm də qədim yaşayış məskənlərindəndir. Burada tarixi memarlıq abidəsi «Baba Samid» türbəsi, «Köhnə hamam», «Şamaxı məscidi» yerləşir. Rayonun Cavad kəndi ərazisində Kür çayı üzərində ilk körpünün Şah Abbas tərəfindən inşa edildiyi barədə məlumat vardır. Rayon Mədəniyyət Şöbəsi Sabirabadın mədəni irsinin araşdırılması, qorunması sahəsində əhəmiyyətli tədbirlər həyata keçirir. Şöbə müdiri rayonun bütün mədəniyyət müəssisələrinin fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması üçün gərəkən tədbirlərin görülməsini həyata keçirir. Rayon ziyalılarının fikrincə, cnab İlham Əliyevin prezidentliyinin ilk 10 ili Sabirabadın mədəniyyət potensialının zənginləşməsi ilə əlamətdar olmuşdur.
Ümumiyyətlə, Sabirabadın bütün tərəqqipərvər vətəndaşları gələcəyə nikbin nəzərlərlə baxır və hesab edirlər ki, cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın tərəqqisi güclənəcək, xalqımız firavanlığa qovuşacaq.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
9 05 2024
9 05 2024
9 05 2024
9 05 2024
9 05 2024
9 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024