Sosial (Bu gün, 18:37)
İcra başçısının Əli Həsənovun ortağı olan “sağ əli” vəzifəsindən çıxarıldı
Abşeron Rayon İcra Hakimiyyətinin başçısının “sağ əli” Nurlan Həsənovun vəzifəsindən azad edildiyi iddia edilib.
NOCOMMENT.az xəbər verir ki, redaksiyamıza daxil olan məlumata əsasən Abşeron Rayon İcra Hakimiyyətində Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsində çalışan Nurlan Həsənov işdən çıxarılıb.
Qeyd edək ki, Nurlan Həsənovun adı Abşeron rayonunda aparılan qanunsuz tikintilərlə bağlı iddialarda da hallanır. Rayon ərazisində bəzi qanunsuz tikintilərə icazələrin “şifahi formada” verildiyi və bu prosesdə onun əsas fiqurlardan biri olduğu iddia olunurdu.
Həmçinin Nurlan Həsənovun Əli Həsənovla ortaq biznesləri olduğu xəbəri də yayılmışdı.
İddiaya görə, Əli Həsənov və Nurlan Həsənova aid olan “Dostluq V” şirkətinin Nərimanov rayonunda inşa etdirdiyi hündürmərtəbəli yaşayış binasının ərazisi əxlaqsızlıq yuvasına çevrilib.
Qeyd edək ki, Nurlan Həsənov Abdin Fərzəliyevin Abşeron rayon İcra Hakimiyyətinin başçısı təyin olunmasından sonra sözügedən vəzifəyə gətirilmişdi. O, bundan əvvəl Nərimanov Rayon İcra Hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışıb.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
29 12 2025
29 12 2025
29 12 2025























