Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 14:02)
Eldar Əzizov bir nəfər məxsus iki MMC ilə müqavilə bağlayır – Arxasında nə kimi mətləblər var

 
Bakı şəhər İcra Hakimiyyəti tərəfindən bir gündə üç kotirovka sorğusu proseduruna yekun vurulub. Məlumatlar satınalmalarının vahid portalında 29.12.2025-ci il tarixdə dərc edilib.
“Dəftərxana və təsərrüfat xərcləri”, “Mətbəə məhsulları üzrə xərclər” və “Digər malların alınması” paraqrafına aid olan malların satınalınması üzrə 89.000 manat məbləğində satınalma müqaviləsinin “SAVA SOBB” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılması planlaşdırılır.
Şərtlər toplusuna görə MMC İcra Hakimiyyətini 8 ədəd Azərbaycan Respublikasının Konstitusiyası, 10 ədəd Azərbaycan Respublikasının Vergi Məcəlləsi, 10 ədəd Azərbaycan Respublikasının Əmək Məcəlləsi, 10 ədəd Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər dəftərxana ləvazimatları ilə təchiz etməlidi.
“Sair torpaq, tikili və avadanlıqların cari təmir xərcləri” və “Maşın və avadanlıqlar” maddəsinə aid olan malların və xidmətlərin satınalınması üzrə 96.289,92 manat məbləğində satınalma müqaviləsinin “YAQUT TM” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılması planlaşdırılır.
Şərtlər toplusuna görə MMC İcra Hakimiyyətinin 62 ədəd printerlərin barabanlarının, 93 ədəd printerlərin maqnit valının təmiri işlərini, 36 ədəd kofe aparatlarına baxışın keçirilməsi və daxilinin açılaraq təmizlənməsi və digər avadanlıqların alınmasını təmin etməlidir.
Bakı şəhər İcra Hakimiyyəti Əlaqələndirmə Katibliyini Ekspertlər Qrupu üçün “maşın və avadanlıqlar” maddəsinə aid olan malların və xidmətlərin satınalınması üzrə 3.425 manat məbləğində satınalma müqaviləsinin “KODBAKU GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılması planlaşdırılır.
Bakı şəhər İcra Hakimiyyəti tərəfindən bir kotirovka sorğusu prosedurun nəticəsi də 27.12.2025-ci ildə açıqlanıb.
“Dəft. və təs. xərcləri”par-na,“Əsas fondlara xid. haqqı xərcləri”və“San.-gig. və digər xid. haqqı xərcləri”yarımm-ə, “İst-yönlü müxt. Xid-lər” və “S. xərclər”mad-ə aid olan mal. və xid-lərin sat-ması üzrə 76.220,5 manat məbləğində satınalma müqaviləsinin “FOKUS SAPP”  Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılması planlaşdırılır.
Şərtlər toplusuna görə “FOKUS SAPP” MMC İcra Hakimiyyətinin həm binanın fasad hissənin şüşələrin yuyulması işlərini görəcək, həm də ümumilikdə 1880 ədəd katriclərin doldurulması xidmətini göstərməli, 55 ədəd printeri üçün kartriclərin alınmasını həyata keçirməlidir.
Bakı şəhər İcra Hakimiyyətinin qalib seçdiyi bu MMC-lərin fəaliyyət sahəsinə keçməzdən əvvəl rəsmi məlumatlara diqqət yetirək.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “SAVA SOBB” (VÖEN: 1009294841) Məhdud Məsuliyyətli Cəmiyyətinin 18.09.2025 il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının, Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə ştq, Eldar Babayev, ev 58, qanuni təmsilçisi kimi isə Balayev Səbuhi Gülhüseyn oğlu qeyd olunub.
Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti kotirovka sorğusu müsabiqəsinə 25.11.2025 -ci ildə başlayıb. Qalib MMC 18.09.2025 ildə dövlət qeydiyyatına alınıb. Göründüyü kimi Bakı şəhər İcra Hakimiyyəti satınalma prosuduru başlamazdan iki ay əvvəl dövlət qeydiyyatına alınmış bir MMC ilə müqavilə bağlamışdır.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “YAQUT TM” (VÖEN: 1407375091) Məhdud Məsuliyyətli Cəmiyyətinin 16.09.2025 il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov ev 22A, mən.25, qanuni təmsilçisi kimi isə Balayev Səbuhi Gülhüseyn oğlu qeyd olunub.
Dövlət Vergi Xidmətinin məlumatlarından da göründüyü kimi Bakı şəhər İcra Hakimiyyəti iki gün fərqlə, ayrı-ayrı ünvanmlarda dövlət qeydiyyatına alınmış, bir nəfərə məxsus iki MMC  ilə eyni lotlar üzrə ümumi dəyəri 185 289 manat olan iki müqavilə bağlamağı planlaşdırır. Bütün bunların formal olduğu açıq aşkar görsənir və arxasında çox gizli mətləblər var.
Bakı şəhər İcra Hakimiyyətinin 76 min manata 1880 ədəd katriclərin doldurulması xidmətini göstərən,  55 ədəd printeri üçün kartriclərin alınmasını həyata keçirən “FOKUS SAPP” MMC-yə gəlincə.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “FOKUS SAPP”  (VÖEN: 1507385061) Məhdud Məsuliyyətli Cəmiyyətinin 01.10.2025 il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz ev 23,  qanuni təmsilçisi kimi isə İbadov Elvir Gülmirzə oğlu qeyd olunub.
Göründüyü kimi bu MMC də digərləri kimi Bakı şəhər İcra Hakimiyyətinin kotirovka sorğusu müsabiqəsinə başlamasılnda iki ay əvvəl yaradılıb. barələrində açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. Nə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi ilə çalışan işçiləri, nə də satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması barədə.
Bütün bunlar isə keçirilmiş satınalma müsabiqələrinin formal olduğunu, adıçəkilən şirkətlərin bir nəfər tərəfindən idarə edildiyini deməyə ciddi əsaslar verir. O, bir nəfərin kim olduğunu Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bilməmiş deyil. Təbii ki, Eldar Əzizov şişirdilən qiymətlərdən də xəbərdardır.
Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti ötən il də satınalmalarda analoji qanun pozuntularına yol vermiş, bir nəfərə məxsus bir neçə MMC ilə müqavilələr bağlamışdı. Göründüyü kimi fərdlər dəyişsə də, qanun pozuntularının məkanı dəyişməz olaraq qalır.
 
Aktualinfo.netшаблоны для dle 11.2

Xəbər lenti
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025