Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (Bu gün, 11:22)
Ana Vətən Partiyası ətrafında qalmaqallar böyüyür.

 
Yaxın günlərdə yenidən qurultay planlaşdıran partiya son günlərdə bütün rayon təşkilatlarını yenidən formalaşdırmağa başlayıb. AVP -nin qalmaqallı qurultayının nəticələri Ədliyyə Nazirliyi tərəfindən qəbul edilməyib. Bu barədə yerli mətbuata Fəzail Ağamalının oğlu Elçin Ağamalı məlumat verib. Elçin Ağamalının sözlərinə görə Fəzail Ağamalı yenidən qurultay keçirərək qızı Günay Ağamalını sədr elan etmək istəyir.
Saytımıza partiyanın daxilindən kimliyinin açıqlanmasını istəməyən şəxslərdən biri məlumat verib ki, Fəzail Ağamalı qızı Günay Ağamalını sədr seçdirmək üçün etibar etdiyi bir neçə şəxsi tam səfərbər edib.

Mənbə həmin şəxslərin isimlərini açıqlamaqla yanaşı maraqlı faktları da irəli sürüb. Belə ki, deputat Günay Ağamalının köməkçiləri Emin Xudiyev və Pərviz Mirizadənin partiyada köklü islahatlar aparmaları üçün ciddi tapşırıqlar alması artıq hamıya bəllidir. Bu proseslərdə yaxından iştirak edənlər arasında bu yaxında keçirilən partiyanın toplantılarından birində şəxsən Fəzail Ağamalının “çox yüksək posta gətirəcəyəm” deyə açıqladığı, partiyanın işıqlı gənclərdən hesab etdiyi, Şirvan rayon təşkilatının sədri İsmayıl Nadirxanlının da adı hallanır. Jurnalist fəaliyyəti ilə məşğul olan İsmayıl Nadirxanlının bir iki general rütbəli qohumlarının olması Fəzail Ağamalının gələcəyə dair qızı üçün yeni qapıların açılmasına zəmin yaratmasını istisna etmir.
Bir müddət əvvəl Fəzail Ağamalı onu partiyadan qovmaq istəsə də Günay Ağamalı buna imkan verməyib və atasına qarşı çıxıb. Ona bir müddət tədbirlərə, xüsusən deputatın rayondakı görüşlərinə gəlməmək tapşırığı verib. Daha sonra isə atası ilə barışdırmağa müvəffəq olub. Hətta hansı razılaşma əldə olunubsa, ona gələcəkdə “mühüm post” da həvalə etmək planlaşdırılır. Köhnə siyasətçilərdən olan Fəzail Ağamalı yaxşı bilir ki, istər növbəti qurultaya qədər təşkilat komitəsinə sədr təyin etdiyi Pərviz Mirizadə, istərsə də digər köməkçi Emin Xudiyev ailəyə sədaqətli şəxslərdi və onlarla uzun yola çıxmaq olar.
Emin Xudiyevin Günay Ağamalının deputatı olduğu Salyan rayonundakı fəaliyyəti isə gəzən söz-söhbətlərə görə ürəkaçan deyil. Hətta deyilənlərə görə şəhid məclislərinin birinə içkili getdiyi üçün qapıdan içəri buraxılsada məclisdən sonra sərt reaksiyaya məruz qalıb və oradan uzaqlaşmalı olub.
Mənbəmiz yaxın günlərdə daha ətraflı məlumatlar açıqlayacağını bildirərək, hələlik anonimliyinin qorunmasını rica edir. Lakin vaxtı gəldiyində daha mühüm faktlarla mətbuata açıqlama verəcəyini qeyd edir.
Shefeq Agacanшаблоны для dle 11.2

Xəbər lenti
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025