Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Redaktor seçimi (Bu gün, 12:36)
Abşeronda “yenidənqurma” adı altında bitməyən tikinti xaosu-FOTOLAR

 
Abşeron rayonunda qanunsuz tikinti işləri artıq adi hala çevrilib. Qəsəbələrdə, yaşayış massivlərində, hətta dar küçələrdə belə dayanmadan aparılan tikintilər sakinlərin narazılığına səbəb olur. Ən diqqətçəkən məqam isə odur ki, bu proses illərdir davam etsə də, yerli icra strukturlarının mövqeyi dəyişmir: hər şey “qanun çərçivəsində” təqdim olunur.
Belə ki,Mediatv.az-ın redaksiyasına Abşeron rayon, Binəqədi–Novxanı yolunda,SOCAR-la üzbəüz olan ərazidə aparılan qanunsuz tikinti işləri ilə əlaqədar ciddi məlumatlar daxil olub. Daxil olmuş məlumata görə tikinti işlərinin aparılmasına dair aidiyyəti dövlət qurumlarının heç birindən lazımi icazəverici sənədlər alınmayıb,Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məlumatlandırılmayıb. Daxil olmuş məlumatlarla bağlı 29.12.2025-ci il tarixdə 10/326 nömrəli məktubla Abşeron Rayon İcra Hakimiyyətinə Mediatv.az xəbər portal adından jurnalist sorğusu ünvanladıq.Sorğumuza  Abşeron Rayon İcra Hakimiyyətindən dərhal cavab gəldi.Belə operativ  cavab verməni bir media qrumu olaraq alqışdayırıq.
Cavabda bildirilir:"Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində vətəndaşın mülkiyyətində olan torpaq sahəsində yerləşən mövcud qeyri-yaşayış obyektində yenidənqurma işlərinin aparılması aşkar olunmuşdur. Tərəfimizdən vətəndaşa həyata keçirilən yenidənqurma işlərinin qanunvericiliyə uyğun olaraq aidiyyatı qurumlarla razılaşdırılandan sonra davam etdirilə biləcəyi bildirilmişdir".

Ancaq suallar çoxdur.
Əvvəla,cəmiyyət yaxşı bilirlər ki, “yenidənqurma” anlayışı əksər hallarda sıfırdan tikilən obyektlərin üzərinə vurulan kosmetik addır. Bir mərtəbəli qeyri-yaşayış obyekti qısa müddətdə çoxmərtəbəli tikiliyə çevrilirsə,yaxud da tikinti sökülüb yerində tam fərqli bir obyekt tikilirsə bu artıq yenidənqurma deyil, açıq-aşkar yeni tikintidir.
İkincisi, əgər tikinti işləri razılaşdırılmamışdısa, niyə yalnız “aşkar olunandan sonra” xəbərdarlıq edilir? Niyə işlər dayandırılmır, və ya inzibati tədbirlər görülmür? Yoxsa Abşeronda qanunsuz tikinti əvvəl aparılır, sənədlər isə sonradan “həll olunur”?
Üçüncüsü və ən vacibi: bu tikintilərin ətraf mühitə, infrastruktura, yol və kommunikasiya xətlərinə təsiri niyə nəzərə alınmır? Mehdiabad qəsəbəsində sakinlər illərdir su, kanalizasiya, yol   problemi yaşayır. Yeni obyektlərin inşası isə bu problemləri daha da dərinləşdirir.
İcra hakimiyyətinin cavabı formal xarakter daşıyır və ictimai narahatlığa aydınlıq gətirmir. Cəmiyyət konkret cavablar gözləyir: Bu tikinti qanunidirmi, layihəsi varmı, neçə tikinti nəzərdə tutulub və nə üçün Abşeronda tikinti nəzarəti yalnız kağız üzərində mövcuddur?
Görünən odur ki, Abşeronda tikinti prosesi hələ də “əvvəl tik, sonra razılaşdır” prinsipi ilə aparılır. Xatırladaq ki,Azərbaycan Respublikası Prezidentinin 24.11.2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət şəhərsalma nəzarətininhəyata keçrilməsi Qaydaları"nın 4-cü bəndinin və 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.16-cı bəndinə əsasən icra hakimiyyətləri rayon ərazisində müntəzəm olaraq tikintilərə nəzarət məqsədilə monitorinqlər aparmalı, qanunsuz tikililərin qarşısını almaq üçün lazımi hüquqi tədbirlər görməlidirlər.
Qarşı tərəfin cavab haqqını tanıyırıq.
   
      Mediatv.az

     шаблоны для dle 11.2

Xəbər lenti
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
28 12 2025
28 12 2025
28 12 2025
28 12 2025
28 12 2025
28 12 2025
27 12 2025
27 12 2025
27 12 2025
27 12 2025
27 12 2025
27 12 2025
27 12 2025
27 12 2025
27 12 2025
27 12 2025