Araşdırma (31-08-2020, 12:58)
Nərimanov RİH-nin əməkdaşı beynəlxalq axtarışa verildi
Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin qaçırılaraq oğurlanması, daha sonra yoxa çıxması ilə bağlı yeni təfərrüatlar açıqlanıb.
Mediatv.az xəbər verir ki, savash.org-a daxil olan məlumata görə, Elşad Abdullayevin ictimaiyyətlə paylaşdığı məlumatlardan bəlli olur ki, ondan qardaşının azadlığa buraxılması üçün 500 000 ABŞ dolları tələb edilib. Bu tələblə bağlı danışığın həyata keçirilməsi üçün Arzu Kazımovskinin tövsiyyəsi ilə İçəri Şəhərdə ofisdə görüş baş tutub. Həmin görüşdə özünü idmançı kimi təqdim edən Nurlan Həsənov pulun tələb edilməsi ilə yanaşı Mahir Abdullayev haqqında etik olmayan ifadələr də işlədib.
Nurlan Həsənov Arzu Kazımovskiyə bildirib ki, “Mahir Abdullayev qorxudan şalvarını doldursa da, hələ dözür”
Elşad Abdullayevin dediyinə görə bunu deyən Nurlan Həsənov Mahir Abdullayevin oğurlanması və qarşılığında pul tələb olunması ilə bağlı rolunu etiraf etmiş olub. Elşad Abdullayevin bildirdiyinə görə, özü bu danışığa şahidlik edib.
Hal-hazırda Baş Prokurorluq Nurlan Həsənovla bağlı axtarış elan edib. Nurlan Həsənovun Türkiyənin İstanbul şəhərində gizləndiyi bildirilir.
Daxil olan daha bir maraqlı məlumat isə Nurlan Həsənovun kimliyi ilə bağlıdır. Araşdırmalar göstərir ki, Nurlan Həsənov beynəlxalq axtarışda olmasına baxmayaraq hal-hazırda Nərimanov rayon icra hakimiyyətində yüksək vəzifə daşıyır.
Nərimanov rayon icra hakimiyyətinin rəsmi saytında göstərilir ki, Həsənov Nurlan Həsən oğlu Nərimanov rayon icra hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiridir.
Nurlan Həsənovla bağlı internetdə yer alan məlumatlarda qeyd olunur ki, Nurlan Həsənov illərlə Prezidentin keçmiş köməkçisi Əli Həsənov tərəfindən himayə edilib.
Görəsən hal-hazırda Əli Həsənovun və Nurlan Həsənovun ikisinin də İstanbulda olması təsadüfdürmü?
Bir neçə gün əvvəl mühacirətdə yaşayan, müxalif jurnalist Natiq Adilov öz facebook hesabında Avropada yaşayan digər müxalif siyasətçi Qurban Məmmədovun da İstanbula Əli Həsənovla görüşə getdiyini açıqlayıb. Bundan öncə də mətbuatda Əli Həsənov və Qurban Məmmədovun münasibətlərindən bəhs edən çoxsaylı yazılara rast gəlmək mümkündür.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024