Karusel / Slayd (27-07-2024, 06:12)
Abşeronda Nurlan Həsənov hegemonluğu
Mediatv.az-ın elektron poçtuna Nazim Eliyev adlı şəxsin adlı[email protected] -dən şikayıt məktubu daxil olub.Şikayətçi yazır:Uzun müddət Bakının Nəriman Nərimanov rayonunda icra başçısının müavini olan, hazırda Abşeron Rayon İcra Hakimiyyətində baş məsləhətçi vəzifəsində çalışan Nurlan Həsənov rayon ərazisində sözün həqiiq mənasında at oynadır. Abdin Fərzəliyevin qəti dəstəyi sayəsində faktiki olaraq icra başçısının bütün müavinlərinin səlahiyyətini mənimsəyən, onların özünə belə göstərişlər verən Nurlan Həsənov, külli miqdarda qanunsuz vəsaitlər əldə etməklə bağlı “Nərimanov təcrübəsi”ni Abşeronda “uğurla” davam etdirməkdədir. Rayon ərazisini qarış-qarış satan, ərazidə inşa edilən adi toyuq hini üçün belə haqq alan Nurlan Həsənov, hər bir obyektin inşası üçün konkret qiymətlər müəyyənləşdirib, sahibkarların üzərinə qeyri-rəsmi haqq qoyub.
Bina tikintisi üçün 200 min, ticarət obyekti üçün 100 min, “xırda-xuruş” üçün 50 min “icazə haqqı”
Yuxarıda qeyd etdiyimiz kimi, Nurlan Həsənovun Abşeron Rayon İcra Hakimiyyətindəki rəsmi vəzifəsi baş məsləhətçi olsa da, keçmiş müavin praktiki olaraq Abdin Fərzəliyevdən sonra ikinci şəxs hesab edilir. Bu səbəbdən də rayon ərazisində hər hansı tikinti işi aparmaq istəyən şəxs hökmən Nurlan Həsənov, yaxud onun əlaltıları ilə görüşərək razılıq almalı, qabaqcadan tələb olunan vəsaiti ödəməlidir.
Nurlan Həsənov sahibkarlaırn işini “asanlaşdırmaq”, onlarla “boş yerə” çənə-boğaz vurmamaq üçün tikiləcək obyektlərin təyinatına əsasən konkret qiymətlər də müəyyənləşdirib. Məsələn, rayon ərazisində bina tikmək istəyən hər bir sahibkar bunun üçün Nurlan Həsənova 200 min manat məbləğində “şirinlik” verməli, “toxunulmazlıq təminatı” almalıdır. Bu pul icra hakimiyyətinin tikinti prosesinə müdaxilə etməməsi üçündür və bundan dövlət büdcəsinə bir qəpik də olsun vəsait daxil olmur.
Abşeron rayonu daxilində ticarət və ya ictimai iaşə obyekti inşa etmək istəyən sahibkarlar isə bunun üçün obyektin ölçü və miqyasından asılı olaraq 70-100 min manat arası pul ödəməlidirlər. Nurlan Həsənovun qiymətlər piramidasında daha kiçik, “xırda-xuruş” obyektlərin inşası üçün isə 50 min manat məbləğində ödəniş nəzərdə tutulur.
“Xüsusi təyinatlı obyektlər”lə bağlı xüsusi qiymətlər...
Yuxarıdakı kateqoriyaya daxil olmayan, Nurlan Həsənov tərəfindən “xüsusi təyinatlı obyektlər” adlandırılan elə obyektlər də var ki, baş məsləhətçi onlarla bağlı “xüsusi qiymətlər” müəyyənləşdirib. Belə obyektlərdən biri apteklərdir. Rayon ərazisində aptek tikmək istəyən şəxs bunun üçün nəhəng ticarət mərkəzi inşa etmək istəyən şəxs qədər – təxminin 70-100 min manat arasında pul ödəməlidir. Nurlan Həsənov bunu aptekin “daim işləyən, pul gətirən” xüsusi təyinatıl obyekt olması ilə izah edir. Baş məsləhətçi açıq şəkildə bəyan edir ki, “çox pul qazanan çox ödəməli”, “pul xərcləməyə xəsislik etməməlidir”.
Məlumat üçün qeyd edək ki, sahibkarları “səxavətli olmağa” səsləyən Nurlan Həsənov bugünə qədər nə Qarabağdakı quuculuq prosesinə, nə də ölkə daxilindəki digər ümummilli əhəmiyyətli layihələrə bir qəpik də olsun vəsait xərcləməyib.
Gələn dəfə sizi Nurlan Həsənovla bağlı aşağıdakı həqiqətlərdən hali edəcəyik:
1.Abdin Fərzəliyev Nərimanovda müavini olan Nurlan Həsənova Abşeronda eyni vəzifəni niyə verə bilmədi?
2.Nurlan Həsənovu xaricdəki blogerlərlə nə bağlayır?
3.Baş məsləhətçi Nərimanovda hansı obyekt və əraziləri yaxın qohumlaırnın adına sənədləşdirib?
4.Nurlan Həsənovla AMAY Abdulla arasındakı əlaqə nədən ibarətdir və ikili birlikdə hansı qaranlıq işlərə imza atıb?
5. Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Azər Məmmədovu Abdin Fərzəliyevin sevimlisinə çevirən nədir?
6.Baş məsləhətçi ara-sıra İngiltərəyə niyə, hansı məqsədlə gedir?
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024