Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Redaktor seçimi (Bu gün, 10:37)
SUMQAYIT BULVARINDA YAŞIL QIRĞIN: AĞACLAR QANUNSUZ KƏSİLİR, YERİNDƏ OBYEKT TİKİLİR

 
Sumqayıt bulvarı şəhərin nəfəs aldığı, sakinlərin istirahət etdiyi nadir yaşıllıq zolaqlarından biridir. Redaksiyamıza daxil olan məlumatlar və təqdim edilmiş FOTOFAKT-lar göstərir ki,son günlər bu ərazi sürətlə betonlaşmaya qurban verilir. Bulvar ərazisində ağaclar qanunsuz şəkildə kəsilir, yerində isə  obyektlərinin tikintisinə start verilir.
Mediatv.az-verilən məlumata görə, ağaclar əsasən gecə və ya səhər tezdən kəsilir ki, proses ictimai diqqətdən kənarda qalsın. Halbuki hər bir ağacın kəsilməsi üçün müvafiq icazə, ekoloji rəy və ictimai əsaslandırma tələb olunur. Bu tələblərə əməl olunubmu? Görünən odur ki, yox.
Ən narahatedici məqam isə budur: şəhərin mərkəzi bulvarında bu cür özbaşınalıq baş verirsə, aidiyyəti qurumlar hara baxır? Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, yerli bələdiyyə strukturları bu ağac qırğınına niyə səssiz qalır?
Bulvar əraziləri kommersiya maraqlarının deyil, ictimai maraqların qorunmalı olduğu məkanlardır. Bir obyekt üçün kəsilən ağac təkcə təbiətə deyil, şəhər sakinlərinin sağlamlığına, gələcək nəsillərin hüquqlarına vurulan zərbədir. Betonlaşma ilə inkişaf anlayışını eyniləşdirmək artıq köhnəlmiş və təhlükəli yanaşmadır.
Cəmiyyət haqlı olaraq sual edir:Bu tikintilərə kim icazə verib,Şərərsalma və Arxitektura Komitəsinin, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin bu tikintidən xəbəri varmı?

Məsələyə kölgə salan əsas məqamlardan biri də Sumqayıt bulvarının rəhbərliyi ilə bağlıdır.İddialara görə, bulvarın müdiri Seymur Məmmədov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun yaxın çevrəsinə aid olan adamlardan biri kimi tanınır. Məhz bu yaxınlıq səbəbindən bulvarda baş verən qanunsuzluqlara uzun müddətdir göz yumulduğu iddia olunur.
Sual açıq qalır:
Əgər bu iddialar əsassızdırsa, bəs niyə bulvarda ağacların kəsilməsi və yerində obyekt tikintisi ilə bağlı indiyədək rəsmi açıqlama verilməyib?
Əgər əsaslıdırsa, bu halda söhbət təkcə ekoloji cinayətdən deyil, vəzifə səlahiyyətlərindən sui-istifadədən gedir.
Bulvar müdiri kim olmasından asılı olmayaraq, qanun hamı üçün eyni olmalıdır. Yaxınlıq, tanışlıq və ya himayədarlıq şəhərin yaşıllıqlarını məhv etmək üçün “toxunulmazlıq sənədi” ola bilməz.
 Yazıda adı keçən şəxslərin cavab haqqını tanıyırıq..

   
     Mediatv.az
    
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 12 2025
25 12 2025
25 12 2025
25 12 2025
25 12 2025
25 12 2025
25 12 2025
25 12 2025
25 12 2025
25 12 2025
25 12 2025
25 12 2025
25 12 2025
25 12 2025
25 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025