Karusel / Redaktor seçimi (Dünən, 16:54)
ABŞERONDA PREZİDENT FƏRMANI NİYƏ İŞLƏK DEYİL?-FOTOLAR
Redaksiyamıza Abşeron rayonu Saray qəsəbəsi ərazisində, kənd təsərrüfatı təyinatlı torpaqlarda aparılan betonlama işləri və qanunsuz obyekt tikintisi ilə bağlı ciddi məlumatlar daxil olub. Daxil olan məlumatlara görə, sözügedən ərazidə torpaq sahəsi kənd təsərrüfatı məqsədi üçün nəzərdə tutulsa da, faktiki olaraq iri həcmli hasarlama işləri sürətlə davam etdirilir.
Xatırladaq ki, 05 dekabr 2025-ci il tarixində Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililərlə bağlı müvəqqəti tikililər barədə məlumatlandırma Qaydaları təsdiq edilib. Həmin qaydalara əsasən bu torpaqlarda yalnız kənd təsərrüfatına xidmət edən, yüngül konstruksiyalı, asanlıqla sökülüb-yığılan tikililərin aparılmasına icazə verilir. Beton konstruksiyalı, iri obyektlərin inşası isə qəti şəkildə qanunla qadağandır.
Lakin Saray qəsəbəsindəki mənzərə göstərir ki, qanunun tələbləri açıq-aşkar gözardı edilir. Sahibkar aidiyyəti qurumların heç birindən icazəverici sənəd almadan, kənd təsərrüfatı təyinatlı torpaqda rahat şəkildə böyük obyekt tikməkdə davam edir. Betonlama işləri aparılır, ərazi faktiki olaraq kənd təsərrüfatı funksiyasından çıxarılır.
Məsələ ilə bağlı 26.12.2025-ci il tarixdə 10/326 nömrəli məktubla Abşeron Rayon İcra Hakimiyyətinə Mediatv.az xəbər portal adından jurnalist sorğusu yolladıq. Sorğumuza dərhal cavab olaraq Abşeron Rayon İcra Hakimiyyəti bildirdi ki, sözügedən ərazidə vətəndaşa məxsus torpaq sahəsinin yalnız hasar çəkilir və hasardan əlavə hər hansı tikinti işləri aparılmayacaq. İcra hakimiyyəti ərazinin nəzarətdə olduğunu və qeyri-qanuni tikinti aşkar edilərsə, qarşısının alınacağını vurğulayıb.
Ancaq redaksiyaya daxil olan foto və video materiallar icra hakimiyyətinin açıqlaması ilə real vəziyyət arasında ciddi ziddiyyət olduğunu göstərir. Betonlama işləri aparılan, iri tikilinin konturları artıq görünən bir ərazini “sadəcə hasar çəkilir” kimi təqdim etmək nə dərəcədə inandırıcıdır?
Kənd təsərrüfatı təyinatlı torpaqda nə etmək olar?
Azərbaycan qanunvericiliyinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlar yalnız kənd təsərrüfatı məqsədləri üçün istifadə edilməlidir. Bu torpaqlarda:Əkin, bağçılıq, heyvandarlıq və s. mümkündür,Kənd təsərrüfatına xidmət edən yüngül, müvəqqəti tikililər (anbar, kölgəlik, yüngül konstruksiya) mümkündür,bu tikililər asan sökülüb-yığılan, beton əsaslı olmayan formada olmalıdırBetonlama və hasar çəkmək qanunidirmi?
Beton örtük, beton fundament, monolit konstruksiya torpağın təyinatını dəyişir,bu isə qanunsuzdur,betonlama faktiki olaraq torpağı kənd təsərrüfatı dövriyyəsindən çıxarır.
Hasar çəkmək
Yüngül, müvəqqəti (tor, taxta və s.) çəpərləmə mümkündür,yüngül.Beton bünövrəli, hündür, daimi hasar tikinti hesab olunur.
05 dekabr 2025-ci il fərmanına əsasən
Prezidentin təsdiq etdiyi Qaydalara görə:Kənd təsərrüfatı torpaqlarında yalnız müvəqqəti, yüngül konstruksiyalar mümkündürBetonlama, iri obyektlər, kapital hasarlar qadağandır
Sual açıq qalır: kənd təsərrüfatı torpaqlarının məqsədyönlü istifadəsi ilə bağlı Prezident fərmanı Abşeron rayonunda niyə icra olunmur?Abşeron RİH-nin Saray İƏD üzrə nümayəndəsi.Saray bələdiyyəsi və digər aidiyyəti qurumların “nəzarət” dediyi anlayış sadəcə kağız üzərində mövcuddur, yoxsa faktiki olaraq qanunsuz tikintilərə göz yumulur?
Məsələni diqqətdə saxlayacağıq və Abşeron rayonu Saray qəsəbəsində kənd təsərrüfatı torpaqlarının betonlaşması ilə bağlı aidiyyəti dövlət qurumlarından daha ciddi və əsaslandırılmış mövqe gözləyirik. Qanun hamı üçün eynidirsə, bu qanunsuzluğa kim və niyə səssiz qalır?



Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
25 12 2025
25 12 2025
25 12 2025
























