Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 12 yanvar 2024-cü il tarixdə, saat 18 radələrində Qax şəhəri, H.Tağıyeva küçəsində yerləşən binaların birinin blokunda qeydə alınıb.
Belə ki, Fərrux Alıyev blokun birinci mərtəbəsində qonşusu Müşfiq Quliyevlə (soyadı şərti) qarşılaşıb. Onların aralarında mübahisə baş verib. Bu zaman təqsirləndirilən şəxs zərərçəkmişin sifət nahiyəsinə, yəni, göz, burun və ağız nahiyəsinə çoxsaylı yumruq zərbələri vurub. Nəticədə o, Müşfiq Quliyevə sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirib.
Hadisədən sonra Fərrux Alıyev saxlanılaraq barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan edilib və məhkəmə zalından həbs olunub.
Qeyd: Fərrux Alıyev Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanından Mühafizə Xidmətinin Qax rayon Dövlət Yanğından Mühafizə Xidmətində çavuşu rütbəsində olmaqla böyük sürücü vəzifəsində işləyib.























