Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (Bu gün, 20:58)
200-ə yaxın balla universitetə daxil olan Elxan İbrahimov kimdir?

 
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Elxan Oqtay oğlu İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Mediatv.az  ötən ay icra başçısı təyin edilən Elxan İbrahimovun dosyesini təqdim edir:
43 yaşlı sabiq icra başçısı 2003-cü ildə Azərbaycan Kooperasiya Universitetinin “Maliyyə və kredit” ixtisası üzrə bakalavr, 2005-ci ildə eyni ixtisas üzrə magistratura səviyyəsini başa vurub, daha sonra Stokholm İqtisadiyyat Məktəbində təhsil alıb.
2025-ci ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə təhsilini başa vurub.

İlk sətirlərdən diqqətimizi Elxan İbrahimovun Azərbaycan Kooperasiya Universitetində (AKU) təhsil alması oldu. Ölkə ictimaiyyətinə AKU-nun reytinqinin və bu ali təhsil müəssisəsinə daxil olmaq üçün tələb olunan minimum keçid balının (200) aşağı olduğu yaxşı məlumdur. Həmçinin, o da məlumdur ki, yüksək bal toplayanlar əsla bu universiteti seçməyə meylli deyillər. Odur ki, AKU-nun məzunu olması E.İbrahimovun karyerasına bəzək kimi nümayiş etdirilməyə yaramır. Yəqin, özü də bunu yaxşı bildiyindən,təhsilini davam etdirmək üçün Stokholm İqtisadiyyat Məktəbini seçib.
Araşdırmamız nəticəsində məlum oldu ki, Stokholm İqtisadiyyat Məktəbinin Riqada (Latviya) və Sankt-Peterburqda (Rusiya) da filialları vardır.Onun bioqrafiyasında məhz hansı filialdan söhbət getdiyi bilinmir. Stokholm İqtisadiyyat Məktəbinin postsovet məkanındakı filialllarında tədrisin səviyyəsini müzakirə etmək niyyətindən uzağıq. Sadəcə, bilmək maraqlı olardı ki, Azərbaycanda oturub həmin filiallarda qiyabi, yaxud, distant təhsil almaq mümkündür, ya yox.

Əmək fəaliyyətinə 2006-cı ildə Kooperasiya Universitetində müəllim kimi başlayıb. Sonralar “Holiday Inn Baku Airport” hoteldə, “Baker Tilly” audit şirkətində, “Embawood” şirkətlər qrupunda və digər holdinqlərdə maliyyə sahəsi üzrə rəhbər vəzifələrdə çalışıb.
2020-ci ilin aprel ayından Şamaxı Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Başçının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləyib.
E.İbrahimov Nəsimi rayonundan əvvəl Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı olub.
шаблоны для dle 11.2

Xəbər lenti
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
28 12 2025
28 12 2025
28 12 2025