Dünya (Bu gün, 08:12)
Türkiyə sərhədi ermənilərin üzünə açır: tarix dəqiqləşir, amma...
İğdır vilayətinin Dilucu-Aralıq xətti üzərində, Araz çayı hövzəsində yerləşən və Türkiyənin Ermənistanla birbaşa quru sərhədindəki ən vacib keçid nöqtələrindən biri olan Alican sərhəd-keçid məntəqəsində hazırlıq işləri gedir. Türkiyə mətbuatı xəbər verir ki, Alican sərhəd-keçid məntəqəsinin yaxın günlərdə açılması gözlənilir. Burada intensiv işlər aparılır, sürətli hazırlıq prosesi başlanıb.“Türkiyə yeni ildən Ermənistanla sərhədi qismən açmağa hazırdır”. Bunu isə “Hraparak” nəşri yazıb. Məlumata görə, sərhəd qismən açılacaq və üçüncü ölkə vətəndaşları və diplomatik pasporta sahib şəxslər oradan keçmək imkanına malik olacaqlar. Bildirilir ki, yük daşımaları üçün sərhəd hələ bağlı qalacaq.
Sirr deyil ki, Qarabağ müharibəsindən sonra başlanmış normallaşma prosesi Türkiyə ilə Ermənistan arasındakı münasibətlərdə yeni mərhələyə keçidi şərtləndirib. Aparılan danışıqlar nəticəsində əvvəllər yalnız protokol məqsədilə istifadə edilən Alican keçidinin tamhüquqlu gömrük xidməti göstərməsi üçün yenidən qurulması qərara alınıb. Bu çərçivədə gömrük sahəsinə müasir hərbi konteynerlər gətirilib, hərbi post üçün ayrıca zona ayrılıb. Eyni zamanda gömrük əməliyyatlarının səmərəli təşkili üçün əlavə xidmət sahələri inşa olunur.
Quru sərhədin yanvarın 1-dən qismən açılmasına Bakının münasibəti necə olacaq? İrəvana qarşı tranzit qadağasını ləğv etdiyimiz və neft məhsullarımızı da göndərdiyimiz üçün qardaş ölkənin bu mövqeyinə praqmatik yanaşmalıyıqmı?
Hikmət Babaoğlu
Deputat Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması və diplomatik əlaqələrin bərpa olunması istiqamətində atılan addımlar Azərbaycanla sinxron olaraq edilir: “Yəni əvvəlcədən razılaşdırılmış formada paralel addımlar atılır. Türkiyə və Azərbaycan Ermənistanla bağlı siyasətində koordinasiya edilmiş siyasət həyata keçirirlər. Azərbaycan artıq bilirsiniz ki, yük daşımaları ilə bağlı öz yollarını Ermənistan üçün açıb. Amma Türkiyə hələ açmayıb. Azərbaycan özü Gürcüstan üzərindən Ermənistanla ticarət əlaqələrinə başlayıb, Ermənistana neft məhsulları satır. Ancaq Türkiyənin bu istiqamətdə hələ hər hansı bir addım atdığına şahidlik etməmişik. Bu, onu göstərir ki, iki qardaş ölkə arasında ortaq mövqe sinxron olaraq davam elətdirilir. Əlbəttə ki, uyğun şəkildə əgər yeni ildən xüsusi pasport daşıyan şəxslərin Alican sərhəd keçidini keçərək Türkiyəyə getməsi mümkündür. Nəticə etibarilə bu, hazırkı mərhələdə Azərbaycanla atılan paralel addım kimi qiymətləndirilməlidir”.
Deputatın sözlərinə görə, amma bütövlükdə diplomatik münasibətlərin bərpa olunması, ticari-iqtisadi əlaqələrin tam həcmdə bərpası bundan sonra Ermənistanın davranışlarından asılı olacaq: “Belə görünür Ermənistanda iyun ayında keçiriləcək parlament seçkilərindən sonra sərhədlərin tam açılıb-açılmaması məlum olacaq. O vaxta qədər Azərbaycanla Türkiyə eyni mövqedən çıxış etməklə paralel addımlar atacaqlar. Mənə belə gəlir ki, burada hər hansı bir qeyri-məqbul davranış yoxdur. İki qardaş ölkə strateji müttəfiqlik mövqeyindən çıxış edərək paralel hərəkət edir”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025






















