Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 12:10)
 SOCAR-a yaxın daha bir şirkət təsis edilib - TƏFƏRRÜAT

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Xəzər dənizinin Azərbaycana aid sektorunda yerləşən “Şəfəq-Asiman” yatağında layihənin idarə edilməsini təmin etmək məqsədilə yeni müəssisə yaradıb.
Banker.az xəbər verir ki, Yeni yaradılan “SOCAR Şəfəq-Asiman” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alınıb. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi uçotuna götürülüb.
Şirkət Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 121-də yerləşir. Bu ünvanda SOCAR Tower, baş ofis yerləşir. MMC-nin direktoru Rəşad Bəxtiyev Zahir oğludur.
Qeyd edək ki, “Şəfəq-Asiman” qaz yatağı üzrə əməkdaşlıq çərçivəsində Türkiyənin “Türk Petrolları A.O” (TPAO) şirkəti layihəyə 30 faiz payla ortaq olub. Bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Bakıda keçirilən 30-cu Xəzər Neft və Qaz Sərgisində bildirmişdi.
Nazir qeyd etmişdi ki, TPAO SOCAR və BP ilə birlikdə bu sahədə hasilata başlamağı planlaşdırır və Türkiyə-Azərbaycan enerji əməkdaşlığı Xəzər dənizində daha da genişlənəcək.
шаблоны для dle 11.2

Xəbər lenti
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
11 11 2025
11 11 2025
11 11 2025