Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (23-12-2019, 15:00)
SOCAR-la “KazMunayQaz” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

 Dekabrın 20-21-də Qazaxıstanın “KazMunayQaz” Milli Şirkəti Səhmdar Cəmiyyyətinin sədri Alik Aydarbayevin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdə olub.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) məlumatına görə, Qazaxıstan şirkətinin rəhbərliyi və nümayəndə heyəti SOCAR-ın “Caspian Drilling Company” (CDC) MMC-nin dəniz təchizat və loqistika bazasında CDC şirkətinin rəhbərliyi ilə görüşüb.
Hazırda SOCAR-ın CDC şirkəti öz bazasında “KazMunayQaz” şirkətinə məxsus olan “Sətti” özüqalxan üzən qazma qurğusunun modernləşdirilməsini həyata keçirir. “KazMunayQaz” rəhbərliyi qurğunun modernizasiya prosesi ilə tanış olub, məmnunluğunu ifadə edib.

Növbəti gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev “SOCAR Tower”də nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə iki şirkət arasında tərəfdaşlıq əlaqələrinin inkişafı, habelə neft-qaz sənayesinin müxtəlif sahələrində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Xatırladaq ki, “KazMunayQaz” şirkətinə məxsus olan “Sətti” qurğusu SOCAR-ın CDC şirkəti tərəfindən modernləşdirildikdən sonra, ilk növbədə Abşeron yarımadasının SOCAR və BP tərəfindən birgə istismar olunan dayazsulu hissəsində, “Ümid-Babək” blokunda aparılan işlərə, eləcə də Xəzər dənizi akvatoriyasında digər əməliyyatlara cəlb edilə bilər. Əməliyyat dövründə qurğu üzərində menecmenti SOCAR-ın CDC şirkəti həyata keçirəcək.


шаблоны для dle 11.2

Xəbər lenti
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
30 09 2025
30 09 2025