Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Redaktor seçimi (Dünən, 10:45)
Sumqayıtda “qanunsuzluq” adı ilə qanun pozuntusu

 
Sumqayıt şəhərində illərdir fəaliyyət göstərən küçə ticarəti bu gün “qanunsuzdur” damğası ilə darmadağın edilib. Reyd şəhərin mərkəzi hesab olunan 20 Yanvar küçəsində keçirilib. Söküntü zamanı ərazidə qurulmuş 11 ədəd köşk xüsusi texnikalar vasitəsilə məhv edilərək ərazidən götürülüb. Hadisə bir daha göstərdi ki, Sumqayıtda “qanun” anlayışı situasiyaya və göstərişə görə dəyişir.
Mediatv.az-a daxil olan məlumata görə, söküntü Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun tapşırığı ilə həyata keçirilib. Köşk sahibləri isə baş verənlərə kəskin etiraz edərək məsuliyyəti birbaşa Memarlıq və şəhərsalma şöbəsinin müdiri Rəşad Əhmədaliyevin üzərinə qoyurlar.Sahibkarların iddiası son dərəcə ciddidir: Köşklərin quraşdırılması üçün İcra Hakimiyyətində “səlahiyyətli şəxslərə” hər köşk üçün məlum məbləğdə ödəniş edildiyi bildirilir.Lakin illər sonra həmin köşklər qəfil “qanunsuz” elan olunaraq yerlə-yeksan edilir.Sakinlər bildirir ki,görəsən Zakir Fərəcov və onun komandası getməyə hazırlaşırmı?Gedişdən əvvəl izlərin itirilməsinə çalışırlar?
Bu halda haqlı suallar ortaya çıxır.Sumqayıtda bir mismar vurulan kimi əraziyə gələn icra nümayəndələri, ərazi idarəetmə şöbəsinin əməkdaşları bu köşklər qurularkən harada idi? Bu obyektlər şəhərin kənarında yox, düz mərkəzi küçələrdə qurulub. Onların illərlə “görünməməsi” ya idarəetmədə total səriştəsizliyin, ya da qəsdən susqunluğun göstəricisidir.
   

Əgər köşklər doğrudan da qanunsuz idisə:Niyə ilk gündən müdaxilə olunmadı? Niyə sahibkarlara fəaliyyət üçün şərait yaradıldı? Niyə illərlə  ailəsini bu ticarətlə dolandıran insanlar birdən-birə cinayətkar kimi cəzalandırıldı? Yox əgər köşklər hansısa “razılaşma” əsasında qurulmuşdusa, bu zaman məsuliyyət yalnız sahibkarların deyil, icra strukturlarında qərar verən məmurların üzərinə düşür.Sumqayıtda baş verənlər şəhərsalma qaydalarının icrası yox, seçmə yanaşmanın, məsuliyyətsiz idarəetmənin və ehtimal olunan korrupsiyanın bariz nümunəsidir. Qanun yalnız zəifə tətbiq olunursa, bu artıq qanunun aliliyi deyil, məmur özbaşınalığıdır.


Sumqayıt bulvarı betonlaşır: şəhərin “ağciyəri” kimlərin maraqlarına qurban verilir?


Sumqayıt bulvarı şəhərin nəfəs aldığı, sakinlərin istirahət etdiyi, ekoloji balansı qoruyan nadir yaşıllıq zolaqlarından biridir. Lakin redaksiyamıza daxil olan məlumatlar və təqdim edilən FOTO və VİDEFAKT-lar göstərir ki, son günlər bu ərazi sürətlə betonlaşma əməliyyatına məruz qalır.
Məlumata görə, bulvar ərazisində ağaclar qanunsuz şəkildə kəsilir, onların yerində isə müxtəlif ticarət və iaşə obyektlərinin tikintisinə start verilir. Söhbət şəhərin kənar ərazisindən yox, minlərlə insanın gündəlik istifadə etdiyi, dövlət vəsaiti hesabına abadlaşdırılmış ictimai məkandan gedir.
Azərbaycan Respublikasının “Ətraf mühitin mühafizəsi haqqında” Qanununun 54-cü maddəsinə əsasən:Yaşıllıqların, ağac və kolların qanunsuz məhv edilməsi qadağandır və məsuliyyət yaradır.Bundan əlavə, Şəhərsalma və Tikinti Məcəlləsinin 4, 12 və 80-ci maddələri açıq şəkildə bildirir ki:İctimai istifadədə olan ərazilərdə hər hansı tikinti yalnız təsdiqlənmiş layihə, ictimai maraqlar və rəsmi icazələr əsasında aparıla bilər.Maraqlıdır ki, Sumqayıtda bir vətəndaş həyətində bir ağac budayanda dərhal cərimələnir. Amma bulvar kimi strateji ərazidə ağaclar kəsilərkən nə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, nə də yerli icra strukturlarının “gözü” açılır.Məsələyə kölgə salan əsas məqamlardan biri də Sumqayıt bulvarının rəhbərliyi ilə bağlıdır.İddialara görə, bulvarın müdiri Seymur Məmmədov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun yaxın çevrəsinə aid olan adamlardan biri kimi tanınır. Məhz bu yaxınlıq səbəbindən bulvarda baş verən qanunsuzluqlara uzun müddətdir göz yumulduğu iddia olunur.

Qarşı tərəfin cavab haqqını tanıyırıq.
 Mediatv.az

   шаблоны для dle 11.2

Xəbər lenti
8 01 2026
8 01 2026
8 01 2026
8 01 2026
8 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026