Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (Bu gün, 16:18)
Anar Əlizadə ARANI NECƏ... və NİYƏ QATIR? - İLGİNC

 Bir vaxtlar ortaq olan iş adamları Mübariz Mənsimov və Anar Əlizadə arasında münasibətlər uzun illərdir ki, məhkəmələr və qarşılıqlı ittihamlarla müşayiət olunur. Daha doğrusu Mübariz Mənsimovun bu barədə sərt açıqlamaları, Anar Əlizadənin isə dolayısı ilə keçmiş ortağına qarşı hücumları gizlin deyil. İndi isə bu xətt yenidən aktiv fazaya keçib.
Prokurorluğunun Ekol TV açıqlaması
Türkiyə mediasında yayılan xəbərlərə görə, İstanbul Küçükçekmece Prokurorluğu bağlanan Ekol TV ilə bağlı çirkli pulların yuyulması iddiaları üzrə araşdırmaya başlayıb. Proses çərçivəsində bir sıra adlar gündəmə gətirilib və bu fakt istintaqın mediada geniş rezonans doğurmasına səbəb olub.
İddiaların yayılmasından sonra Mübariz Mənsimov mövqeyini sərt şəkildə ortaya qoyaraq Ekol TV ilə hər hansı əlaqəsinin olmadığını bildirib. O, yayılan məlumatları böhtan xarakterli adlandırıb və bunların reputasiyasına zərbə vurmaq məqsədi daşıdığını vurğulayıb.
Eyni zamanda Küçükçekmece Cümhuriyyət Baş Prokurorluğu da mətbuat üçün rəsmi açıqlama yayıb və bildirib ki, “09.01.2026 tarixində bəzi media orqanlarında Mübariz Mənsimovun adının “Ekol TV” ilə bağlı çirkli pulların yuyulması iddiaları çərçivəsində hallandırılması həqiqətə uyğun deyil və yayılan məlumatlar tamamilə əsassızdır.
Qeyd olunan xəbərlərdə, Ekol TV üzərindən çirkli pulların yuyulması iddiası ilə başlanan istintaqda guya əsas şübhəli şəxs Veysel Şahinlə yanaşı Mübariz Mansimov, İdarə Heyətinin sədri Emrah Doğru, İdarə Heyətinin üzvü Arif Çetin və vəkil Ersan Şen də daxil olmaqla 12 nəfərin yer aldığı dosyenin səlahiyyətsizlik qərarı ilə İstanbul Respublika Baş Prokurorluğuna göndərildiyi iddia olunmuşdur. Bildirilən bu məlumatlar reallığı əks etdirmir. Sözügedən iddialar həqiqətə uyğun deyil”.
Yəni, Mənsimovun özü ilə yanaşı prokurorluq da Ekol TV ilə bağlı prossesdə onun iştirakını inkar etdiyi halda nə üçün Palmali şefinin adı bu şəkildə hallanır? Mənsimovun bu şəkildə gündəmə gəlməsinin arxasında Anar Əlizadə olmasın?
Anar Əlizadə əli…
Görünən odur ki, Mənsimovu qarabaqara izləyən və ya izlədən əzəli rəqib Anar Əlizadənin bu qolu qaçırmayıb. Əlinə düşdüyü bütün fürsətlərdə Mübariz Mənsimovu vuran Əlizadə bu dəfə də ənənəsinə sadiq qalıb. Baxmayaraq ki, Adnan Əhmədzadənin həbsindən sonra onun passiv fəaliyyətə keçdiyi bildirilirdi. Həbsdəki milyonerin arxasındakı əsas füqur olaraq, ifadə verdikdən sonra Dubaya getdiyi yazılan iş adamının yenidən əvvəlki hücum vəziyyətinə qayıtması onun həm də “ayaqdayıq” mesajı kimi də qiymətləndirilə bilər.
Kanalın əsas sahibləri və digər məsul şəxslərinə epizodik toxunularaq, hazırda kanalda heç bir hissəsi olmayan Mübariz Mənsimov hədəf taxtası qoyulur.
Anar Əlizadəyə ünvanlanan ittihamlar…
Maraqlıdır ki, Anar Əlizadə ilə bağlı da ciddi iddialar ortaya atılıb. Xarici mənbələrdə onun SOCAR və Maltada qeydiyyatdan keçmiş “Alkagesta“ şirkəti əleyhinə xaricdə məqsədli “qara PR” kampaniyası apardığı iddia olunur. Bu materiallarda Azərbaycan neft sektoruna dair ağır və əsasız ittihamların səsləndirildiyi bildirilir. Yəni, Mənsimovu çirkli pullarda yumaqda ittiham “etdirən” Anar Əlizadə ilə bağlı iddialar daha ciddidir.
Kompromat savaşı…
Mövcud mənzərə göstərir ki, tərəflər arasındakı savaş artıq klassik biznes mübahisəsi çərçivəsindən çıxıb. Burada kompromatların savaşı gedir.
Görünən odur ki, Mübariz Mənsimov – Anar Əlizadə qarşıdurması hələ uzun müddət davam edəcək. Ancaq hər iki tərəfi yaxından tanıyan mənbələr bu informasiya savaşının hələ də sənədlərsiz davam etdiyini söyləyirlər. Bunun isə tərəflərin bir gün barışmaq üçün körpü saxladıqları anlamına gəlib-gəlmədiyini zaman göstərəcək…
Camal Cavanşir - yenicag.azшаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
13 01 2026
13 01 2026
13 01 2026
13 01 2026
13 01 2026
13 01 2026