Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 12:49)
Yasamalın AĞACYEYƏNİ... - Bir gün yediklərini yəqin ki qusmalı olacaq...

 

İcra hakimiyyətinin əməkdaşları Yasamaldakı böyük çinar ağaclarını kəsə bilmək üçün müxtəlif yollarla onların kökünü qurudur və bu bəhanəylə yaşıllıqları məhv edirlər.

Tribuna.az xəbər verir ki, bu barədə məlumatı yasamal sakini, jurnalist Fimar Asimqızı ictimailəşdirib. Ağacların məhv edilməsini lentə alan sakinin sözlərinə görə, bu qayda ilə artıq üçüncu böyük ağacdır ki, kəsilir:

“Eyvanımızın tuşunda uç çinar ağacı vardı. Əvvəl birini qurutdular. Quruyan kimi o ağacı “külək aşırdı”. Sonra ikincini qurutdular. Bu gün də “külək onu aşırdı”. İndilərdə gəlib doğrayıb daşıdılar. Çəkdim.
Mədənləri, doğrayanları da çəkmişəm. Deyir, yaşıllaşdırma idarəsinin işçiləriyik. İnanmadım. Yasamal Rayon İcra Hakimiyyəti, sizin adamlardır, məncə. Maraqlansanız deyin ki, “tanıdım””.

Məsələ ilə bağlı icra hakimiyyətinin mövqeyini öyrənməyə çalışdıq. Lakin icra hakimiyyətinə etdiyimiz zənglərin heç birinə cavab verən olmadı. İH-in mövqeyini, açıqlamasını dərc etməyə hazırıq.

Qeyd edək ki, Yasamal rayonunda yaşıllıqların məhv edilməsi, səkilərin və boş ərazilərin obyekt sahiblərinə satılması uzun müddətdir ki, sakinləri narahat edir. Bununla əlaqədar dəfələrlə şikayətlər edilib və məsələ ictimailəşdirilib. Lakin problem həllini tapmır. Yasamal rayonunda yaşıllıqların məhvi, səkilərin zəbti davam edir.

Xatırladaq ki, Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovdur. O, bu vəzifəni 2019-cu ildən icra edir.


шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026