Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 10:01)
Maştağada qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video

 Sabunçu rayonunun Maştağa qəsəbəsində inşa edilən iri ölçülü iaşə obyektinin tikintisi ciddi suallar doğurur. Ərazidən çəkilmiş fotolardan da göründüyü kimi, tikinti işləri heç bir əsas tikinti normativlərinə və şəhərsalma qaydalarına uyğun aparılmır.
Müşahidələrə əsasən, obyekt yol kənarında, piyada hərəkəti və yaşıllıq zolaqları nəzərə alınmadan inşa edilib. Daha ciddi məqam isə ərazidə mövcud olan irigövdəli ağacların vəziyyətidir. Yerli sakinlər və ekoloji müşahidələr əsasında ağacların süni maneələr yaradılmaqla qurudulduğu ehtimal edilir. Bu isə Azərbaycan Respublikasının ekoloji qanunvericiliyinin kobud şəkildə pozulması deməkdir.
Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına rəsmi sorğular ünvanlanıb. Eyni zamanda, obyektin hüquqi əsaslarla inşa edilib-edilmədiyini dəqiqləşdirmək məqsədilə Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa qəsəbə üzrə nümayəndəliyi ilə əlaqə saxlanılıb.
İcra nümayəndəliyindən verilən açıqlamada bildirilib ki, sözügedən iaşə obyektindən tikinti sənədlərinin təqdim olunması tələb edilib. Lakin bu tələbə əməl edilmədiyinə görə məsələ hazırda məhkəmə müstəvisində mübahisələndirilir. Rəsmi qurum tikintinin qanuniliyinə yalnız məhkəmə qərarından sonra hüquqi qiymət veriləcəyini qeyd edib.
Qeyd edək ki, normativlərə zidd aparılan tikinti işləri təkcə şəhər görünüşünə deyil, həm də ətraf mühitə, kommunikasiya xətlərinə və insanların təhlükəsizliyinə birbaşa təhdid yaradır. Xüsusilə yaşıllıqların məhv edilməsi faktı təsdiqlənərsə, bu, cinayət və inzibati məsuliyyət doğura bilər.
Məsələ nəzarətdə saxlanılır. Aidiyyəti qurumların rəsmi mövqeyi əldə edildikdən sonra ictimaiyyətə əlavə məlumat veriləcək.Bakunews.az
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026