İqtisadiyyat (19-10-2019, 16:36)
“SOCAR AQŞ” Ankarada ofis açıb
Oktyabrın 18-də Ankarada “SOCAR AQŞ”nin ofisinin açılış mərasimi keçirilib.
Report xəbər verir ki, şirkətin Ankara ofisində ilk tədbir 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr edilib.
Mərasimdə Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, “SOCAR AQŞ”nin baş direktoru Ramin İsayev, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sabiq rəhbəri Necdət Ünüvar, “SOCAR AQŞ”nin baş direktorunun müşavirləri Tofiq Məhəmmədov və Sənubər Nəzərova çıxış ediblər.
Mərasimdə səfir bildirib ki, “SOCAR AQŞ”nin Ankara ofisinin 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günündə açılması özündə böyük rəmzi məna əks etdirir:
“Çünki müstəqilliyimizin qorunmasında və ölkəmizin hərtərəfli inkişafında neft strategiyası tarixi əhəmiyyət daşıyır”.
“SOCAR AQŞ”nin baş direktoru da bildirib ki, Azərbaycan hökuməti məqsədli şəkildə sənayeni modernləşdirmək strategiyası həyata keçirir və milli şirkətlərin ölkə xaricində fəaliyyət göstərməsinə əsaslı zəminlər yaradır.
O qeyd edib ki, “SOCAR AQŞ” iş imkanlarını cəmləşdirərək, eyni zamanda Türkiyədəki biznes tərəfdaşları ilə bir yerdə çalışmaq üçün bu ölkədə başladığı layihəni müvəffəqiyyətlə başa çatdıracaq.
Qeyd edək ki, oktyabrın 17-də İstanbulda “SOCAR AQŞ” və "China CAMC Engineering Co. Ltd. - IC İçtaş Construction Industries&Trade Inc." şirkəti arasında “Duz Gölü” yeraltı qaz anbarının genişləndirilməsi” layihəsi üzrə qazma müqaviləsi imzalanıb.
Müqaviləyə əsasən, “SOCAR AQŞ” Türkiyənin Aksaray vilayətinin Duz Gölü bölgəsində 40 quyu qazaraq sifarişçiyə təhvil verəcək. Müqavilənin dəyəri, təxminən, 100 mln. ABŞ dolları civarındadır.
“SOCAR AQŞ” MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və “Abşeron Qazma Şirkəti” tərəfindən 2007-ci ildə təsis edilib. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.
Hazırda “SOCAR AQŞ” “Dayazsulu Günəşli” yatağında yerləşən 7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 10 saylı və “Bulla” yatağında 6 saylı Dəniz Stasionar Özüllərində (DSÖ) qazma işləri aparır.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024