Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (Bu gün, 16:06)
Deputatın şirkətinə 5,5 milyonluq “dövlət yağışı” - “EMBAWOOD”un tender DOSYESİ

 

2025-ci il “EMBAWOOD” MMC üçün sadəcə uğurlu biznes ili yox, dövlət büdcəsi hesabına qurulmuş milyonluq sıçrayış ili olub. Rəsmi e-tender.gov.az portalının məlumatları göstərir ki, şirkət təkcə bir il ərzində 13 tender udaraq 5,5 milyon manata yaxın dövlət vəsaitini cəmləyib.
Ən diqqətçəkən məqam isə bu tenderlərin hansı qurumlar tərəfindən verilməsidir.
İlin ən iri sifarişlərindən biri Prezident yanında Ali Attestasiya Komissiyasından gəlib 1 milyon 791 min manat. Bunun ardınca başqa bir dövlət qurumu faktiki olaraq şirkətin “daimi müştərisinə” çevrilib: təkcə bir tenderlə 1 milyon 300 min manat, daha iki ayrı tenderlə isə 827 min manat 745 min manat “EMBAWOOD”un hesabına köçürülüb.
 Siyahı bununla bitmir.
Naxçıvan Dövlət Universiteti şirkətə 124 min manat, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi 104 min manat, Gəncə Şəhər Birləşmiş Xəstəxanası 119 min manat, Naxçıvan Şəhər Təhsil Şöbəsi 82 min manat, Naxçıvan Əmək və Əhalinin Sosial Müdafiəsi qurumları 67 min manat ödəyib. Hətta Konstitusiya Məhkəməsi belə “EMBAWOOD”a büdcədən vəsait ayıran qurumlar siyahısına düşüb.
Üstəlik, 26 194,82 AZN-lik payı ilə Tibb Müəssisələrinin Akkreditasiyası Mərkəzi də “çorbada mənim də duzum olsun” deyib.
Bir il. Bir şirkət. Onlarla dövlət qurumu. 5,5 milyon manata yaxın büdcə pulu.
Bu mənzərə artıq sadəcə “uğurlu biznes” təsiri bağışlamır — bu, dövlət satınalmaları bazarında sistemli şəkildə açılmış xüsusi yol görüntüsüdür.
Məsələ ondadır ki, “EMBAWOOD” MMC mediada dəfələrlə Milli Məclisin deputatı Məşhur Məmmədovla əlaqəli şirkət kimi təqdim olunub. Yəni söhbət sıradan bir sahibkardan yox, deputata bağlı olduğu iddia edilən biznes strukturundan gedir. Elə Məşhur Məmmədovun tərcümeyi-halında da şirkətin təsisçisi olduğu yazılıb. Qanunvericilik icazə vermədiyi üçün deputat olandan sonra şirkətlə rəsmi əlaqəsinin kəsildiyi də dəfələrlə açıqlanıb.
Bu halda sual artıq tenderlərin texniki tərəfi deyil. Sual budur:
Deputatın təsisçisi olduğu şirkətin demək olar ki, bütün strateji dövlət qurumlarından milyonluq sifarişlər alması təsadüfdürmü?
Əgər bütün bunlar sadəcə “uğurlu biznes fəaliyyəti”dirsə və burada heç bir qeyri-adi məqam yoxdursa, onda ortaya çox sadə, amma cavabı ağır olan suallar çıxır.
Niyə onlarla dövlət qurumu, fərqli sahələr, fərqli ehtiyaclar və fərqli büdcələr olmasına baxmayaraq, dönə-dönə eyni şirkəti seçir? Necə olur ki, milyonluq müqavilələr demək olar, növbə ilə və fasiləsiz şəkildə eyni ünvana yönəlir? Və ən əsası niyə bu bazarda fəaliyyət göstərən onlarla başqa şirkət bu miqyasda görünmür, bu tenderlərin “yaxınlığına” belə düşə bilmir?
Əgər tender sistemi həqiqətən açıq, rəqabətli və bərabər imkanlara əsaslanırsa, onda uğur da paylanmalı, bazar da paylaşılmalı, qaliblər də dəyişməlidir. Amma ortada tam əksi görünür: sabit qalib, dəyişməyən ünvan və axan milyonlar.
Bu mənzərə artıq ayrı-ayrı tenderlərin texniki detalları ilə izah oluna bilməz. Bu, artıq etik problem də deyil. Bu, birbaşa dövlət idarəçiliyinin keyfiyyəti, satınalma sisteminin etibarlılığı və büdcə vəsaitlərinin necə bölüşdürüldüyü məsələsidir.
Çünki söhbət 5,5 milyon manatdan getmir.
Söhbət sistemdən gedir.
Söhbət prinsipdən gedir.
Camal Cavanşir - yenicag.azшаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026