Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 10:53)
Reablitasiya mərkəzləri... İŞGƏNCƏ MƏRKƏZİDİR? - AÇIQLAMA

“Reabilitasiya mərkəzləri lisenziya veriləcək obyektlər siyasında deyillər. Qanunda boşluqlar var və bu boşluqlar aradan qaldırılmalıdır. Reabilitasiya mərkəzləri bir-bir sistemə salınmalı, düzgün, protokollara uyğun şəkildə fəaliyyət göstərmələri üçün tibb müəssisəsi formatında tanınmalıdırlar. İndi istənilən bir şəxs qanundakı boşluqlardan istifadə edərək "reabilitasiya mərkəzi" adı altında fəaliyyət göstərə bilir. Əslində, qanunvericilik bir növ imkan verir ki, reabilitasiya mərkəzlərinin yaradılmasının qarşısı alınsın. Mütləq şikayət xarakterli müraciətlər olduqdan sonra müvafiq orqanlar prosesi araşdırır”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyib.

Deputat bildirib ki, reabilitasiya mərkəzləri narkotikdən əziyyət çəkənlərin müalicəsində suda boğma, yüksəkdən asma metodlarında istifadə edirlər: “Bunlar yanlışdır və hər biri inzibati məsuliyyət tələb edəcək, insan sağlamlığına zərər verirsə, hətta cinayət məsuliyyəti tələb edəcək hallardır. Burada təbabətdən söhbət gedə bilməz. Tamamilə yanlış istiqamətlərdir, çünki sübutlu təbabət var. Sübutlu təbabətin öz işləmə mexanizmləri mövcuddur. Bunlar isə konkret kliniki protokollar əsasında həyata keçirilməlidir. Hazırda yaradılan reabilitasiya mərkəzləri isə elmi deyil, daha çox özlərinin narkotikdən sağalmaq üçün sınaqdan keçirdikləri müalicə metodlarını təqdim edirlər. Hansısa xarici ölkələrdə istifadə olunmuş metodları tətbiq edirlər. Heç birində nə elmi, nə də sistemləşmiş yanaşma yoxdur. Bu cür reabilitasiya mərkəzlərinin hər biri qanunsuz tibbi fəaliyyət qisminə girir”.


шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 09 2025
27 09 2025
27 09 2025
27 09 2025
27 09 2025
27 09 2025
27 09 2025
27 09 2025
27 09 2025
27 09 2025
27 09 2025
27 09 2025
27 09 2025
27 09 2025
27 09 2025
27 09 2025
27 09 2025
27 09 2025
27 09 2025
26 09 2025
26 09 2025
26 09 2025
26 09 2025
26 09 2025
26 09 2025
26 09 2025
26 09 2025
26 09 2025
26 09 2025
26 09 2025