Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Karusel (20-06-2020, 13:24)
Reabilitasiya mərkəzləri koronavirus bəhanəsi ilə işləmirlər - GİLEY

"Reabilitasiya mərkəzləri koronavirus bəhanəsi ilə işləmirlər". Bu barədə DİA.AZ-a Qarabağ əlilləri - Müşfiq İsmayılov, Yusif Cəbrayılov, Mehdi Kərimov və başqalarının adından daxil olan müraciətdə deyilir.

Müraciət müəllifləri yazır: "Əlillərin daimi həkim nəzarətinə ehtiyaclarının olmaları kimə gizlin olsa da, səhiyyə , sosial müdafiə qurumlarına gizlin olmaz, yəqin. Koronavirus epidemiyası ilə əlaqədar fəaliyyət göstərən NK yanındakı Operativ Qərargah da ən sərt karantin rejimində belə xüsusi risk qrupuna aid edilən əlilliyi olan şəxslərin müalicə müəssisələrinə icazəsiz gedə bilmələrini təsbit edir. Bu kateqoriyadan olan daimi yardım və qulluğa ehtiyacı olan şəxslərə qulluq edənlərin də bu məqsədlə evdən çıxmalarına “yaşıl işıq yandırılıb”. Di gəl, sosial xidmət sahəsində yarıtmazlığı bir qırağa qoyaq, heç reabilitasiya həkimlərinin özləri işə çıxmaqdan imtina edir. Səbəb də budur ki, koronavirus epidemiyası ilə əlaqədar əlillərin, sağlamlıq imkanları məhdud şəxslərin reabilitasiya mərkəzlərinə qəbulu dayandırılıb! (?) Niyə? Buna kim qərar verib? Belə tibbi, sosial xidmət olar? Əlillərin bərpa mərkəzlərində olduğu kimi, Bakının Şağan kəndindəki müharibə veteranlarının müalicə mərkəzində də durum ürəkaçan deyil. Müalicə almaq istəyən müharibə veteranlarına, əlillərə karantin rejiminin başa çatmasını gözləməyi təklif edirlər! (?) Qarabağ əlillərinin bildirdiklərinə görə , müalicə həkimləri 1-2 əlilə görə işə gəlməyin əlverişsiz (?) olduğunu bildirib , xidmətdən imtina edirlər.

ƏƏSMN statistik rəqəmlərlə əhalinin yarısına sosial xidmət etməsi görüntüsü yaradır , nazir əlillərin “fatihəsini ” , mətbuat katibi isə “əlləzinə” oxuyur “".

Qarşı tərəfləri dinləməyə hazırıq...шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024