Sosial (Bu gün, 14:35)
15 illik əməkdaşını işdən çıxaran “Azəriqaz” məhkəməni UDUZDU - Zamin Mehrəliyev komandasını yığır?

“Azəriqaz” İstehsalat Birliyinin (İB) 15 illik işçisi əsassız yerə işdən çıxarılıb. Söhbət Bakı Regional Qazın Satışı Departamentinin İstehlakçılara Satılan Qaza Nəzarət Şöbəsinin mühəndisi vəzifəsində çalışan Ramil Əliyevdən gedir. O, işdən çıxarılmasına etiraz edərək məhkəməyə müraciət edib.
Əmək müqaviləsinə xitam verilməsini qanunsuz sayan şikayətçi işə bərpa olunmaq və məcburi iş buraxma dövrü üçün əməkhaqqının ödənilməsini tələb edib.
Bu barədə Bizim.Media-ya danışan Ramil Əliyevin sözlərinə görə uzun müddət işində məsuliyyətlə çalışıb, heç bir intizam cəzası almayıb. Lakin 2025-ci ilin yayında onun ştatı ixtisar olunub və Ramil Əliyev işdən çıxarılıb:
“27 may 2010-cu ildən 28 iyul 2025-ci ilədək “Azəriqaz” İB-də müxtəlif vəzifələrdə işləmişəm. 2016-cı ildən isə Bakı Regional Qazın Satışı Departamentinin İstehlakçılara Satılan Qaza Nəzarət Şöbəsində 10-cu dərəcə mühəndis vəzifəsinə müddətsiz işə qəbul olunmuşam.
2025-ci ilin fevralında şirkətdə struktur dəyişiklikləri aparıldı. Bakı Regional Qazın Satışı və Bakı Regional Qaz İstismarı Departamentləri ləğv edilərək Bakı Regional Qaz İstismarı İdarəsi yaradıldı. Həmin vaxt mənə tutduğum 10-cu dərəcə mühəndis vəzifəsi təklif olunmadı. Yalnız 9-cu dərəcə mühəndis vəzifəsi göstərildi ki, bunu da qəbul etmədim. Bu işlərin başında isə Bakı Regional Qazın Satışı Departamentinin rəisi Zamin Mehrəliyev dayanır.
Düz işlədiyim üçün mənlə yola getmirdi və işdən kənarlaşdırmağa maraqlı idi. Zamin Mehrəliyevin "Azəriqaz" İstehsalat Birliyində öz komandası var və mən ona bir işçi kimi sərf etmirdim. Əslində orda digər işçiləri də 9-cu dərəcəyə endiməli idilər.
Sonra atamın səhhətində problem yaşandı və başım qarışıq oldu. Nəyisə məni çağırıb işdən çıxmaq üçün ərizə yazdırdılar. İmza atıb işdən çıxdım. Sonra ayıldım ki, heç bir işçini 9-cu dərəcəyə endirməyiblər. Hamısı 10-cu dərəcədə qalıb. Məcbur qalıb məhkəməyə müraciət etdim”.
Şikayətçi bildirib ki, 5 ay Xətai rayon Məhkəməsində işə baxılıb və “Azəriqaz”ın hüquqşünası məhkəməyə saxta sənədlər təqdim edib:
“Guya ki, iyul ayında tərtib olunmuş aktı noyabr ayında məhkəməyə təqdim etmişdilər. Hətta məndə o aktı tərtib edənlərin birinin səsyazısı belə var. Qarşı tərəf təkzib etsə, onu sübut kimi də təqdim edə bilərəm. Bu barədə Baş Prokurorluğa da müraciət edəcəyəm”.
Ramil Əliyev vurğulayıb ki, 6 aydır işsizdir və o, ailəsinin yeganə təminatçısıdır. Həmçinin iki azyaşlı övladı var və şəkərli diabet xəstəliyindən əziyyət çəkir. İşdən çıxarılması onun üçün həm maliyyə, həm də sosial baxımdan ciddi çətinlik yaradıb.
Beləliklə Xətai rayon Məhkəməsində hər iki tərəfin izahatları alınmaqla məhkəmə prosesləri keçib və iddiaçı tərəf, yəni Ramil Əliyevin xeyrinə qərar çıxarılıb.
Qərara görə “Azəriqaz” İB-nin 28.07.2025-ci il tarixli əmri ləğv olunmalı, Ramil Əliyev 10-cu dərəcə mühəndis vəzifəsinə işə bərpa edilməlidir. Həmçinin məcburi iş buraxma dövrü üçün əməkhaqqı ödənilməlidir.
Ramil Əliyev Xətai Rayon Məhkəməsinin ədalətli qərar verdiyini vurğulayaraq, hələlik qarşı tərəfin məhkəmə qərarına əməl etmədiyini bildirib. O əlavə edib ki, əgər “Azəriqaz” İB qərara etiraz etsə, məsələni sonadək davam etdirəcək.
Qeyd edək ki, yerli mediada Bakı Regional Qazın Satışı Departamentinin rəisi Zamin Mehrəliyevin adı bir çox qalmaqallarda çəkilir. İddialara görə o, "Azəriqaz" İstehsalat Birliyinin strukturlarına təxminən 30-dan artıq qohumunu yerləşdirib.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...
Mövzunu diqqətdə saxlayacağıq...
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026



























