Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 12:36)
“Holcim” şirkəti sürücülərini yoxlamadan keçirmir – Məhkəmə

Ölkənin tanınmış klinker və sement istehsalçısı olan “Holcim” (Azərbaycan) ASC ilə bağlı cərimə protokolu imzalanıb.

Tribunainfo.az xəbər verir ki, şirkətə məxsus yük avtomobil sürücülərinin reysqabağı yoxlanılmadığı məlum olub. Belə ki, Şirkət İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.

“Holcim” (Azərbaycan) ASC ilə bağlı iş baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilib. 2 oktyabr tarixində hakim Rufan Mürsəlovun sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, “Holcim” (Azərbaycan) ASC 1999-cu illərdən Azərbaycanda fəaliyyətə başlayıb. Şirkətin Baş Direktoru Xalid Samaka, Texniki direktoru Əli Hüseynovdur.

шаблоны для dle 11.2

Xəbər lenti
23 09 2025
23 09 2025
23 09 2025
23 09 2025
23 09 2025
23 09 2025
23 09 2025
23 09 2025
23 09 2025
23 09 2025
23 09 2025
23 09 2025
23 09 2025
23 09 2025
23 09 2025
23 09 2025
23 09 2025
23 09 2025
23 09 2025
23 09 2025
23 09 2025
23 09 2025
23 09 2025
23 09 2025
23 09 2025
23 09 2025
23 09 2025
23 09 2025
23 09 2025
23 09 2025