Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 13:26)
Tanınmış idmançı vəkilinin pulunu vermədi: Məhkəmədə uduzdu... - TƏFƏRRÜAT

“Olympus Park” tikinti şirkətinin Xətai rayonunda “Lider” idman klubunu sökməsi, yerində bina inşa etməsi ilə bağlı yaranan problemə görə məhkəmə çəkişmələri barədə məlumatlar dərc etmişdik. Bu qalmaqallı iş təxminən 2 il davam etdi. 2023-cü ilin aprel ayında isə qalmaqallı işlə bağlı tərəflərin razılığından sonra məhkəmə yekun qərarını verdi.

Musavat.com xəbər verir ki, “Olympus Park” tikinti şirkətinin Xətai rayonunda “Lider” idman klubunu qanunsuz olaraq sökməsinə görə obyektin sahibi İlham Sərdarov 1.7 milyon manata yaxın təzminat tələb edirdi. Lakin tərəflər bu məbləğə razılaşmadığı üçün bir neçə instansiya məhkəməsində məhkəmə prosesləri baş tutdu. Həm şirkətin, həm də zərərçəkmişin xeyrinə məhkəmə qərarları çıxsa da, tərəflərin heç biri geri çəkilmirdi.

Nəhayət, 2023-cü ilin aprel ayında tərəflər razılığa gəldi. Razılığa əsasən, “Olympus Park” zərərçəkmiş tərəfə ümumi dəyəri 1 milyon 600 min manata yaxın əmlak və nağd pul ödədi.

Tərəflərin razılığından 2 aya yaxın vaxt keçəndən sonra başqa bir qalmaqallı hadisə ortaya çıxdı.

Bu dəfə “Lider” idman klubunun rəhbəri olan İlham Sərdarovu öz vəkili İntiqam Hacıyev məhkəməyə verdi. Buna səbəb isə İlham Sərdarovun müqavilə öhdəliyini yerinə yetirməməsi oldu. Belə ki, İlham Sərdarov müqavilədə razılaşmışdı ki, iş onun xeyrinə yekunlaşdığı təqdirdə alacağı təzminatın 2 faizini ödəniş olaraq vəkilinə verəcək. Amma “Olympus Park”a qalib gələndən sonra vədinə əməl etməyib və müqavilə şərti ilə razılaşmadığını deyib.

Vəkil isə müqavilə şərtinə əsasən İlham Sərdarovdan ödəniş olaraq 2 faizlik ödənişi tələb etdiyini bildirib. Buna görə də vəkil məhkəməyə müraciət edib.

Çıxarılan məhkəmə qərarı ilə İlham Sərdarova vəkilinə 10 min manat pul vəsaiti ödəməlidir. Həmçinin 600 manata yaxın məhkəmə xərcləri də İ.Sərdarov tərəfindən ödənilməlidir.

Bu qətnamə 4 aprel 2025-ci il tarixdə bakı Apellyasiya Məhkəməsi tərəfindən icraya yönəldilib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
16 09 2025
16 09 2025
16 09 2025
16 09 2025
16 09 2025
16 09 2025
16 09 2025
16 09 2025
16 09 2025
16 09 2025
16 09 2025
16 09 2025
16 09 2025
16 09 2025
15 09 2025
15 09 2025
15 09 2025
15 09 2025
15 09 2025
15 09 2025
15 09 2025
15 09 2025
15 09 2025
15 09 2025
15 09 2025
15 09 2025
15 09 2025
15 09 2025
15 09 2025
15 09 2025