Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (Bu gün, 17:31)
"Qala Həyat” geriləməkdə davam edir

 
“Qala Həyat” sığorta şirkəti geriləməkdə davam edir.
Valyuta.az xəbər verir ki, həyat sığorta şirkəti bu ilin yanvar-oktyabr aylarında 20,36 milyon manat sığorta yığımı toplaya bilib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 5,1% və ya 1,09 milyon manat azdır. 2023-cü ilin ilk on ayında “Qala Həyat”ın yığımları 21,45 milyon manat təşkil edib.
Halbuki, bazar üzrə digər dörd həyat sığorta şirkətinin yığımlarında artım qeydə alınıb.
Həyat sığorta şirkəti bu dövrdə 3,79 milyon manat sığorta ödənişi edib ki, bu da illik müqayisədə 36% çoxdur. Belə ki, 2023-cü ilin eyni dövründə şirkətin ödənişləri 2,79 milyon manat təşkil edib.
Yığımların azalması və ödənişlərin artımı sığorta şirkətinin zərərliliyinə (ödəniş-yığım nisbəti) mənfi təsir edib. Belə ki, “Qala Həyat” 2023-cü ilin yanvar-oktyabr aylarında topladığı hər 100 manata görə 13 manat ödəniş edibsə, bu ilin eyni dövründə bu rəqəm 18,6 manata yüksəlib.
Xatırladaq ki, “Qala Həyat Sığorta” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 13,04 milyon manatdır. Şirkətin səhmlərinin 90%-i “Azre Təkrarsığorta” ASC-yə (“Qala Sığorta” ASC-nin 100 %-lik səhmdarı), 10 %-i isə Kamal İbrahimova (Direktorlar Şurasının sədri) məxsusdur.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024