Lakin məmurların iş adamlarına yaratdığı problemlə bağlı ciddi tədbirlər görülmür. Məhz bunun nəticəsidir ki, dövlətin ayırdığı vəsaitlərdən daha çox bu məmurların çətiri altında olan biznes qurumları faydalanırlar, üstəlik, onlar inhisar yaradaraq ölkədə biznesin inkişafına ciddi şəkildə mane olurlar. Belə bir inhisarçılıq Rusiyaya ixrac edilən kənd təsərrüfatı malları ilə bağlı ortaya çıxıb.
Bununla bağlı redaksiyamıza daxil olan məlumata görə, TST Rüfət kimi tanınan şəxs bu sahə üzrə tam monopoliya həyata keçirir və onun himayəsindən kənarda olan iş adamlarını təhdid edir. Rəsmi qurumlar tərəfindən qorunduğunu iddia edən bu şəxs tək monopoliyası ilə deyil, həm də dövlət maraqlarına ciddi zərbə vurması ilə tanınıb. Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Gömrük İdarəsinin sabiq rəisi Rauf Rzayevlə sdıx əməkdaşlıqda olan TST Rüfət kənd təsərrüfatı məhsulu ixrac etmək istəyən sahibkarlar qarşısında keçilməz səd yaratmışdı. Ali məhkəmənin sabiq sədri Ramiz Rzayevin qardaşı Rauf Rzayevlə birləşən TST Rüfət kənd təsərrüffatı məhsullarının ixrac zamanı sahibkarlara qanundan kənar süni maneələr yaradırdı. O vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ixrac olunan malların invoys dəyərini qanunsuz olaraq qaldırırdı. Bundan başqa adətən sahibkarlar öz məhsullarını Rusiyada gömrük rəsmiləşdirilməsini özləri edirlər. Bu da Rusiyada malların idxalı zamanı Azərbaycandan suni şəkildə ixrac olunmuş malların dəyərinə görə 20 % əlavə dəyər vergi ödəyirlər ki, həmin xərclər Azərbaycan vətəndaşının şəxsi vəsaitindən, dolayı yoldan valyutanın ölkədən kənara axınına və Rusiya Federasiyasının büdcəsinə axır. Göründüyü kimi, gömrük əməkdaşları qanunsuz olaraq invoys dəyərini qaldırılması ilə Azərbaycan Respublikasının daxilində 5-ci kalona və Azərbaycan sahibkarlarının əli ilə Rusiya Federasiyasının dövlət büdcəsini doldurulmasına xidmət edirlər…
Sonradan bu şəbəkə ifşa olundu və bu sistemlə işləyən bəzi ixracatçılar həbs olundu. Belə ki, bir il öncə, Xaricə ixrac etdikləri 578 milyon manat dəyərində kənd təsərrüfatı məhsulundan əldə olunan pul vəsaitlərini ölkəyə qaytarmayan vəzifəli şəxslər ifşa edilib.
Xarici iqtisadi fəaliyyətlə məşğul olan bəzi sahibkarlıq subyektləri tərəfindən müvafiq valyutada olan pul vəsaitlərinin Azərbaycan Respublikasına qaytarılmamasına dair Dövlət Gömrük Komitəsindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş materiallar əsasında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.
İstintaqla Məmmədov Tərlan Firuddin oğlu, Hüseynov Gündüz İsmayıl oğlu, Rezzahnicat Hafiz Malik oğlu, Əmrahov Elşən Bayram oğlu, İmanov Röyal Mahir oğlu, Nəsirov İntiqam Feyruz oğlu, Əlimərdanov Nicat Kərim oğlu və qeyrilərinin cinayətkar niyyətlə təsis etdikləri “Xaçmaz Aqro”, “Natural Fruit”, “Fresh Fruits Group”, “Global Trade Group”, “Garden Store” və digər məhdud məsuliyyətli cəmiyyətlərlə xarici ölkələrdə fəaliyyət göstərən şirkətlər arasında müxtəlif növ kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müqavilələr bağlayaraq əldə olunan ümumilikdə 340 milyon ABŞ dollarından artıq məbləğdə pul vəsaitini (müvafiq dövrün məzənnəsi ilə 578 milyon manatdan artıq) vəzifə səlahiyyətlərindən sui-istifadə edib Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarmamalarına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında həmin şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələri ilə ittiham elan edilib. Maraqlıdır ki, bütün bu prosesin arxasında duran TST Rüfət azadlıqda qalıb.(cumhuriyyet.az)
шаблоны для dle 11.2